76
modabaz harın qızlara, bu macəra axtaran gələcəyin həkim
oğlanlarına bundan artıq pambıq yığdırmaq başa gələn sövda
deyildi. Orxan gözəlcə anlayırdı bunu. Tələbələrlə kolxozçular
arasında düşmən bir münasibət yaranmışdı. Hektarçı qadınlar
xüsusilə davakar qırımdaydılar. Hər gün gedib tələbələrdən
kuratotlara, dekanlara şikayət edirdilər, deyirdilər yığıb aparın
bu tələbələri burdan, qoymadılar qoza qala pambıqda, axşama-
dək qırıb bir-birini daşlayırlar. Saday adlı bir briqadir bütün
hektarçı qadınları öyrədib, hərəsinin əlində bir paya, tələbələrin
üstünə göndərmiş, qadınlar da tələbələri gerçəklicə döyə-döyə
qovub sahədən çıxarmışdılar. Bu iş üstündə Saday töhmət almış
olsa da, tələbələr də bir az yavaşımışdılar, az yığsalar da qozanı
qırıb sahəni korlamırdılar, kolları tapdalayıb əzmirdilər.
hər gün
iclas keçirilirdi: ax
şam iclas, sabah iclas, günorta iş üstündə
iclas. Kuratorlar, komsomol katibləri, həmkarlar təşkilatı
rəhbərləri, qrup nümayəndələri danışırdılar...
Orxan
maşından hamıdan gec düşdü. Baxışlarını tarlanın
genişliyi çəkib aparmışdı. Yox, nəsə axtarırdı baxışları, əvvəlcə
bu nəsənin nəsəliyini heç özü də bilmirdi. Bildi sonra. Tarlanın
lap qurtarac
ağından
şosse yolu keçib gedirdi,
bu şosse yolundan
da o tərəflərdə hələ bundan da geniş olan başqa tarla vardı. O
tarlada bir gün əvvəl Sürəyya adında bir kolxozçu qız pambıq
yığırdı...
Bu düşüncədən ala-tala olub baxışları bu genişlik içində
itdiyində maşın yerindən tərpəndi.
-
Ey, Şotlandiyalı, hara qayıdırsan, düş gəl mənimlə
yığaq!
-
Günortadan sonra! Hələlik
sağ olun, görüşənədək!
Natella rənginin qırmızılığına görə Şotlandiyalı deyir ona.
Hardansa oxuyub, ya eşidib Şotlandiyalıların qırmızıyanaq
old
uğunu. Orxan heç vaxt əhəmiyyət verməyib buna, heç
verməyəcək də. Bir də axı kimdi Natellanın sözlərinin başını
qovan?
77
Maşın kənd yoluna çıxanda kabinanı döyüb aşağı düşdü,
şoferdən xahiş etdi onu "Sosializm" kolxozuna gedən yolda
qoysun. Şofer könülsüz də olsa eşitdi. Asfaltda hərləyib onu
istədiyi yerdə düşürüncə şoferin cibinə bir təklik basdı, dil-
hüzur eləyib geri yola saldı. Təkliyə görə deyəsən razı qaldı
şofer. Üzünün təbəssümündən duydu Orxan.
Dünənki tarlanın içinə girincə ürəyi titrəyib əsməyə
ba
şladı, qəribə hisslər axışıb doldu içinə, qızışıb yanmağa
başladı üzü-gözü,dərisi. Özü də mat qalmışdı özünə. Axı bir
kolxozçu qız nəydi ondan ötrü belə həyəcan keçirirdi. Dünənki
çəkilliklər yanında yenə bir dəstə pambıqyığanlar tökülmüşdü.
"Görən Sürəyyagil deyillər" deyə düşündü. Yaxınlaşdıqca
həyəcanı artırdı. Ta görüncə yenə balaca uşaqlardı burdakılar,
ürəyinin təpməsi dayanmadı. Gözləriylə balacaların arasını
axtardı, gördü. Sürəyya yoxdu onların içində. Bunu bilincə də
eləbil boşaldı içi, buxarlanıb uçdu həyəcanı, quruca bir taxtaya
döndü sinəsi, duyğusuz, həyəcansız. Gəlib dünən yatdığı yerdə
oturub corablarına yapışmış pışpışıları təmizləməyə başladı.
Lap uzaqlarda, görünür yenə dünənki avrallar yığırdılar.
Sonradan sağa dönsə də Sürəyya dünən onlara doğru qaçmışdı.
Bəlkə elə yenə onların içindədi? Bəlkə durub yavaş-yavaş
onlara sarı getsin? Lakin lap tutalım getdi, gördü də Sürəyyanı,
nədeyəcək ona, necə yaxınlaşacaq bir belə yad adamın içində?
Vaz keçdi bu fikrindən. Şirin bir umudla bu tarla içində uzanıb
göylərə tamaşa etmək hamısından yaxşıdı. Lakin göylərə
baxmaqdan da doyunub ayağa durdu başını aşağı salıb
pambığını yığmağa başladı. Gözəl-gözəl umudlar, xəyallar
içində pambığını yığ, heç kəs də mane olmasın sənə, bu
ümidlərə, istəklərə düşmüş xəyallarının karvan-karvan gəlişinə-
gedişinə...
Dostları ilə paylaş: