***** ****** *****
Müalicə-profilaktika fakültəsinin yerləşdiyi uşaq bağ-
çasının geniş həyəti vardı. Həyətin kənarında adamlar əyləşmək
üçün taxtadan bir neçə uzun oturacaqlar qayrılmışdı. Onlardan
102
birinin üstü Fikrət Zalovun gitaraçı, skripkaçı həmkarları
tərəfindən tutulmuşdu. Fikrətin özünün gur estrada səsi vardı,
sarışın, saqqal buraxmış nazicək bir oğlandı. Avropa müğən-
niləri sayaq hərəkətlər edə edə estrada mahnıları, romanslar
oxuyurdu. "Sənsiz", "Sevgili canan" romansları ən çox
oxuduğu, burda ən çox sevilib bəyənilən mahnılardı. Orxana ən
xoş gələn "Sevgili canan" idi. Huş aparırdı onu dinlədiyi yerdə.
Bu gün hələ oxunmamışdı romans, oxunacaqdı ancaq, mütləq
oxu
nacaqdı. Bu anı gözləyirdi. Taxta oturacaq üstündə
sıralanmışdılar. Əlbəttə, yenə Natellanın sayəsində. Kim oturur
otursun gəlib qolundan tutub qaldırar, özü əyləşirdi. Adili,
Orxanı, Musanı, Sahibovu çağırıb yanında əyləşdirirdi.
Di gəl Rafael müəllimin güləş dairəsi gözlərinin qabağını
kəsmişdi, Zalovun, yoldaşlarının hərəkətlərini görə bilmirdilər.
Rafael müəllim həyətin göyçümənliyi üstündə halay qurub
cavanları güləşdirirdi. Yaman da həvəskarlar toplamışdı
həndəvərinə. Fikrətin azarkeşləri onunkundan azdı bu gün. Rus
sektorunun bütün oğlan-qızları Rafael müəllimin ətrafında
toplaşmışdılar. Qızların belə toplaşması güləşi on qat qızışdırır,
barışmaz bir yarışa çevirirdi.
Birdən dörd nəfər geyimli-geçimli, bazlı-burutlu ala-bula
cavan gəlib girdi həyətə, güləşənlərin yanına. Girən kimi də
dərhal üst paltarlarını soyunub güləş formasında fırlanmağa
başladılar. Bunlar Elxanın dəstəsiydi. Natella sucuxub,
qurcalandı yerində. Bir tərəfində Adil, bir tərəfində Orxan.
Kurs yoldaşları olsalar da Elxanı qandımaq çətin olacaqdı.
Amma yox, qız hələ bir az da mehribanlaşıb deyəsən onlarla.
Elxan adi bir tələbədən çox Kavboy filmləri qəhrəmanına
oxşayırdı. Ucaboy, enlikürək, ağbəniz, şəvə kimi enli lopa bığlı,
boynu bədəninə kip oturmuş olduqca gözəl bir oğlandı.
Meksikalıya oxşayırdı. Gözlərindən adama sarı dəli bir zəhm
yağırdı. Natellanı cəlb edən də elə bu görkəm, bu bər-bəzək, bu
dəli zəhm olmuşdu. Elxan hansı qıza bir balaca zənd ilə baxsa,
qız özünü itirib karıxırdı. Bu zahiri görkəmlə çoxlarının ağlını
103
başından alb oynatmış, bir az hərləyib sonra buraxmışdı.
Natellanı ancaq buraxa bilmirdi, görünür bərk sevirdi qızı.
Natella da elə onun kimi dəli deyildimi? Fəqət bu iki dəli
arasındakı oyunda uduzan yenə Natella olacaqdı. Çünki,
ayrılsalar, pozuluşsalar, Natellanın adı ləkəli qalacaqdı. Elxan
üçün bu tay da bir fəxrdi belə bir qızla beş il gəzibdi. Bunu
gərək lap əvvəldən düşünəydi Natella. Orxana görə qızın
buraxdığı ən böyük səhv də elə bunu düşünməməsi idi. İndi bu
səhvinin ağrısını çəkirdi. Tez-tez dalaşırdılar. Hətta adamlar
arasında, tələbələrin gözü qabağında. Bir neçə dəfə Elxan hətta
qalabalıq içində silləylə vurmuşdu qızı. Bəlkə daldada lap
Natellanın ayaqlarına yıxılıb yalvarırdı, barışsın deyin, lakin
kim görürdü bunu, kim
bilirdi? Bildikləri, gördükləri Natellaya
vurulan sillələrdi. İlk baxışdan bənd olmanın formaya, var-
dövlətə al olmanın, ağrı-acılarını hələ çox çəkəcəkdi Natella.
Birdən güləşənləri dövrələyən halay pozulub oradan
idman kostyumunun ala-
bulasına qərq olmuş Elxan göründü,
Gəlib Orxanın biləyindən tutub qəfil özünə tərəf çəkdi:
-
Rafael müəllim, mən kursun uzun bu igid cavanıyla
güləşmək istəyirəm! - deyib qımışdı.
Orxanın qanı üzünə təpdi, ürəyi şiddətlə döyünməyə
başladı. O heç gözləmirdi bu dəvəti. Hazır da deyildi buna.
Gü
ləşməyi ən çirkin bir iş hesab edirdi. Dili dodağı səyriyib
əsməkdəydi. Elxanın da üz-gözündən görünürdü ki, o Orxandan
az qəzəbli deyil.
-
Nə qaz kimi qızardın ədə, kişi deyilsən? Yıxılarsan da
yıxılarsan yumurtan-zadın əzilməyəcək ha!..
Orxanın səsi batmışdı, dili-dodağı təpimişdi. İndi onun
dünyada ən çox nifrət bəslədiyi bir adam vardısa özü idi.
Özünün belə aciz qalmasıydı, onlarla tələbənin içində,
oğlanların, qızların içində, Natellanın gözləri qabağında belə
aciz bir vəziyyətdə qalmasıydı. Günorta Natellaya o sözləri
deyən oğlan, axşam bu heyvərənin qabağını ala biləydi gərək.
Hirsinin şiddətindən qıçları titrəyib dizləri əsə-əsə, başı
104
hərlənə-hərlənə halayın ortasına girdikdə Rafael müəllim onu
geri itələdi?
-
Get soyun gəl adə, güləşin qayda-qanunu var, hər şey
gərək qayda-qanunla olsun.
Bu sözə Adil yerindən sıçrayıb gəldi:
-
Rafael müəllim, güləşdə qayda-qanun məgər təkcə elə
budurmu soyunub gəlib güləşəsən?
-
Yox, döşək olmalıdı, varımızdı, bu gög otlar döşəkdən
yumşaqdı. Sudya da var, mən respublika dərəcəli hakiməm.
-
Bəs siz necə respublika dərəcəli hakimsiniz, Elxan
Orxan
dan bir pud ağır ola-ola güləşdirirsiniz onları?
-
Ədə, bozbala, nə dilotu yemisən, bu güləş ha deyil, elə
belə sınaşmaqdı! - deyə Elxan Adilə acıqlandı.
-
Sınaşmaqdı, kişisən özün çəkidə bir adam tap sınaş! Ya
da əgər Orxanla güləşmək istəyirsənsə, qoy ya sənin bir
yerindən bir pud ət kəsək götürək, ya da onun hər tərəfindən bir
yarımpudluq daş asaq sən çəkidə olsun!
-
Yəni siz ikiniz birlikdə mən çəkidə olmazsınız? İkiniz
bir
, mən tək,gəlin güləşək!
-
Nədi, sənə nə dəyən dəyib, gərək elə bizimlə güləşəsən?
Özün kimi bir zırpısını tapa bilmirsən?
-
Səfehləmə ədə, sən öl sənə bir qapaz çəkərəm burnunun
qanı şora verər!
Elxan bunu deyib bir əlilə Orxandan, bir əlilə Adildən
necə tutub çəkdisə boş durmuş dostlar baş-başa dəydilər. Rus
sektorunun qızlarından şən bir gülüş qopdu. Onlar bir nəfər
kimi Elxana azarkeşlik eləyirdilər. Elxanın boy-buxununa,
bədən gözəlliyinə, bir David heykəlliyinə. Lakin gülmək yeri
yoxdu burda. Orxanın fikrində indi yalnız bir fikir dolanırdı:
Adilin fin bıçağı! Bu heyvərənin əllərindən çıxıb Adilin
oturacaq üstündə qoyub gəldiyi pencəyinin cibindən fin
bıçağını götürüb qayıdıb elə hamının gözü qabağında
harasından gəldi saplamaq. Qulaqları guvuldayaq, tir-tir əsirdi.
Elxanın tutub buraxmadığı, məngənə barmaqlarının bərk-bərk
105
sıxdığı biləyinin məngənədən qurtulacağı anı gözləyərək
dartınırdı. Birdən, Adillə baxşları qarşılaşdı. Nəsə göz-qaş
edirdi Adil. Yəqin deyirdi ikimiz də birdən qəfil girişək buna.
"
Olsun, nə deyirəm ay Adil. İkimiz belə, bunun öhdəsindən
gələ bilməyəcəyiksə tay onda biz niyə kişi oluruq?" Ancaq
Orxan hiss edirdi ki, iki yox,
lap dörd nəfər olsalar yenə bu
institut çempionunun öhdəsindən gələ bilməyəcəklər.
Birdən Adil Rəfael müəllimə üz tutdu:
-
Mənim bir təklifim var, Rəfael müəllim! Qoy Elxan
qabaqca mənimlə güləşsin, özü də bütün qaydalar üzrə. Gedib
soyunum gəlim, mən kasıb adamam sarıçkam, maykam cırılıb
eləyər.
-
Di tez get gəl. Sən də hazırlaş ədə! - Elxan Orxana
kəkəzləndi.
-
Yox qaqa, şərt belədi, əgər məni yıxsan, o da güləşəcək
sənlə, yox yıxa bilməsən güləşməyəcək. Marağı olmaz çünki,
biz öz aramızda güləşmişik, Orxan məni yıxır. Mən indi səni
yıxsam, demək Orxan səni də yıxar. Belə deyilmi Rəfael
müəllim?
-
Əlbəttə, əlbəttə, düz deyirsən.
-
Qırıldama, di tez ol soyun gəl! Ha-ha-ha!
Elxan gülə-gülə qız döşü kimi dikəlmiş pəhləvan sinəsini
çabaladıb oynadırdı. Orxan bir də gördü bu biri tərəfdə də Adil
oynatmağdadı döşünü. Adilə baxınca quruyub qaldı: əsəbiliklə
titrəşən sinəsinə, qol-bud əzələsinə bax, nəymiş bu Adil! Lakin
o Elxanın polad bədəni önündə yenə cılız görünürdü. Azı yarım
pud artıqdı Elxan çəkidə. Orxan lap arxayın olsun deyə
oturacaqların yanına gedərək Adilin cibindən fin bıçağını
xəlvətcə çxarıb öz cibinə qoydu. Əlbəttə günah öləndə olur.
Öldürən də çox vaxt acizlikdən öldürür, ayrı bir çıxış yolu
qalmır, öldürür. Özünü adamların halayına vurub lap ön sırada
dayandı. Fikrində də buydu: belə fədakarlıq edib onu bu ağır
vəziyyətdən qurtarmaq istəyən Adili əgər yıxsa Elxan, sındısa
bir belə adamın içində, Natellanın, Zərifənin gözləri önündə, fin
106
bıçağını harasından gəldi var gücüylə saplayacaq ona Fikrinin
qətiliyindən ürəyinin içi titrəyirdi.
Güləşənlər hələ də güləşə başlamamışdılar. Elxan ortada
atılıb düşə-düşə gözlərilə adamların üstündən hey ora-bura
tuşlanırdı, lakin görünür axtardığını tapa bilmirdi, bənd almırdı
gözləri bir yerdə. Natellanı axtarırdı yəqin. Fira ilə Zira qızlar
arasındaydı, Zira bənizindən ölüb qurtarmışdı, Firanın gözləri-
qaşları gülürdü. Orxan nə qədər eləyirdi Adilin baxışlarını tuta
bilmirdi, amma misilsiz bir çeviklik, igidlik dingildəməkdəydi
Adildə. Birdən qabaqqabağa gəlib götürüşdülər. Elxan elə belə
yıxmaq istəmirdi Adili, pişik siçanı necə hərləyib, oynadıb
yeyirdisə eləcə dolaq gəlməklə, gülünc vəziyyətlərə onu
salmaqla qıxmaq istəyirdi. Bir dəfə də belə Adili oynada-
oynada hərlədib adamların başı üzərindən görmək istədiyini
axtardığı yerdə Adil qəfil bir həmləylə onu içindən çıxılması
mümkün olmayan bir qurquya salıb kürəklərini yerə vurdu.
-
Tam qələbədirmi, yaxşı bax, Rafael müəllim?
-
Adə bu neydü adə, bu ki, təmiz qələbədür?
Adil Elxanın üstündən durunca Sahibov qrupuna
qoşulmuş Azərbaycan sektoru tələbələrinin qışqırığı, alqışları
altında Orxan Adilin iki qıçları arasına girib meydanda
dolanbaba hərlənməyə başladı. Sahibov özünü yetirdi, Musa
yetirdi, Zahid yetirdi, Adili dolaylandırıb qolları üstündə atıb
tutmağa başladılar. Fikrət Zalovun sonuncu dinləyiciləri onun
yanından qaçıb meydançaya gəldilər. Adili yoldaşları bayaq
əyləşdikləri taxta üstünə gətirib öpüşlərə bulaşdırdıqları yerdə
Elxan Rafael müəllimi firitləməkdəydi:
-
Mən onu oynadırdım, bimirdim güləşçi olduğunu, ikinci
dəfə güləşməliyik!
-
Adə düz deyir adə, dur bura gəl adə...
Yoldaşları Adili buraxmadıqda Elxanın dördlüyü gəlib
onların döşündə əl-qol oynatmağa başladılar. Orxan kinindən
qap-
qara qaralmışdı, dili güclə söz tuturdu Xəlvətcə Adili
dürtmələdi:
107
-
Götürün hərəmiz birini götürək!
Adil işin dava ilə sonuclanacağını görüb bir təhər
Musanın əlindən qopub meydançaya atıldı:
-
İndi bilirsənmi güləşçiyəm? Di gəl, yenə güləşək. Amma
vicdanım haqqı bu dəfə də səni yıxsam, bir də bizim bu olacağa
gəlsəniz sizi burdan ölümcül edib yolluyacam! Gəl bəri!
-
İkinci dəfə tutaşdılar. Indi Elxan oynatmaq düşüncəsində
deyi
ldi, gözünü dolandırıb ora-bura baxmaq halı yoxdu, hər
şeyi unudub bütün gücü, ciddiyyəti ilə güləşə qapılmışdı. Bəzən
Adili qaldırıb ayaqlarını yerdən üzürdü, bəzən qurquya salıb
hərləyir, töyəcidirdi, elə qaytarıb yerə vurmaq istəyində Adil
neyləyirdisə qurqudan çıxıb yenə dingildəyirdi böyür başında.
Indi Orxan görürdü bu dəfə çox çətin olacaq Adilə, elə hey
özünü savınır Adil. Bir qurquda Adil üzü üstə yerə düşdü, rus
sektoru qızlarınını çapanı altında Elxan onu qaldırıb arxası üstə
çevirərək kürəklərini yerə vurmağa çalışdı. Rəfael müəllim
doğrudan da respublika dərəcəli hakim kimi bütün rəsmiyyəti
ilə güləşə hakimlik edir, ən xırda qaydalardan kənara çıxma
hallarını dərhal dayandırıb yol vermirdi.
Elxan budu bir neçə dəqiqəydi, üzü üstə uzanmış Adili
k
ürəkləri üstdə çevirməyə çalışırdı. Hər ikisinin bədənləri
tərləyib şişmiş, sürüşkən olmuşdu, əllərində dayanmırdı. Adil
başını qaldırıb dikəlmək istədikdə Musa pıçıldadı:
-
Hələ yor.
-
Musanın pıçıltısını bir belə səs-küyün içində Adillə
Orxandan savayı bəlkə də bir kəs eşitmədi. Orxan indi başa
düşdü Adilin kələyini. Güləşdə üç ünsür görünür başlıca şərtdi:
çeviklik, güc, bir də ağıl. Bu üç ünsürün kombinasiyası kimdə
üstünsə o da yıxmalıdı. Orxan ap-aydın görürdü ki, çeviklikdə,
ağılda Adil üstündü, amma Elxan çox güclüdü. Bu dəli
tərpənişi, çabalayışı, hər şeyi bu dəli gücü hesabına başa çatdır-
mağa coşması ilə Elxan bu gücünü də itirib tükəndirməkdədi.
Adil isə üç qat az qüvvə sərfi ilə onu işlətməyə vadar
etməkdədi. Birdən Musa iki dəfə çatal öskürdü, Adil guya bu
108
öskürəyə bənd imiş. Qəflətən sıçrayıb Elxana cumdu. Fır-fır
fırlanırdı Adil, bir-biri ardınca qurqular qururdu. Bir neçə dəfə
tö
yəcitmişdi Elxanı, büdrədib dizlərini yerə vurmuşdu. Hər dəfə
də Sahibov qrupunun, onlara azarkeşlik edən Azərbaycan
sektoru tələbələrinin sürəkli alqışları ilə qarşılanmışdı. Zahidin
çığırtısı bəlkə bir kilometrlikdən eşidilərdi. Orxan fin bıçağını
unutmuşdu, qəlbinin ən dərin guşələrindən coşqun bir sevinc
fırtınası axıb gəlirdi.
Birdən Elxan yenə Adili qaldırıb ayaqlarını yerdən üzdü,
bir neçə oğlanın, qızın çapanı altında Adili hərləyib nəzərdə
tutduğu fənd ilə yerə çırpmaq istəyəndə hamının təəccübünə
rəğmən iş tamam tərsinə oldu: bir anın içində Elxan sarsıyıb
yıxıldı, ayağı yerə toxunan anda Adilin ona qurduğu hansısa bir
qarşı fəndin dolaşığına düşüb kürəkləri üstə yerə çırpıldı. Adil
də böyrü üstə onun üstünə gəldi. Amma Adil üstdə olduğundan
çəpikliklə çevrilib Elxanın onsuz da yerə qoşa toxunmuş
kürəklərini otlar üstünə sıxdı. Tam qələbənin çalındığı ap-aydın
gö
z qabağında idi. Fit, qışqırıq səsləri altında, Zahidin coşğun
çığırtısı, Sahibovun tutqun bağırtısı, Musayla Orxanın “Urra”sı
altında Adil hələ bir dəqiqə də Elxanı yerə sıxıb altından
buraxmadı. Tavəd Rafael müəllim dil olub:
-
Təmiz qələbədür adə! – deməyincə.
Sahibov qrupuna qoşulan bir dəstə tələbə Adili başları
üzərində atıb-tutub bayaqkı oturacaq üstündə yerə qoydular.
Indi Adilin üzündə qalib, xoşbəxt bir təbəssüm oynaşırdı. Lakin
əsil xoşbəxtlik Orxanınkı idi, bəlkə də güllələnmə cəzasından
qurtarm
ışdı Orxan. Adili geyindirib taxta üstündə oturuşdular.
Zalov “Sevgili canan” oxumağa başladı. Elxangil hələ də
geyinib bəzənib burada fırlanırdılar. Adil ayağa qalxıb onu sillə
altına salmaqla qovmaq üçün yanırdı. Dostları buraxmırdılar.
“Sevgili canan”
ın dalğaları onları sehrli bir aləmə götürüb
aparmaqdaydı. Birdən geyinib bəzənmiş, süslənib bir qu
tüküncə yumşaq, yüngül, bir bahar çiçəyincə əlvan, ətirli, bir
Avropalı kino aktrisasınca baxımlı olmuş Natella göründü.
109
Elxanın, yoldaşlarının gözü qabağında Musanı çəkib durquzub
Adillə Orxanın aralığında əyləşdi:
-
Nə gözəl oxuyur ə, bu canı yanmış!..
Elxan gili elə bil yel apardı. Natella cəld qaçıb tələbələrin
arasında görünməz olduqda Adil də durub qızın ardınca getmək
istədi:
-
Gedim görüm hara qaçdı, birdən Elxan acıqlanıb vurub
eləyər qızı.
-
Yox Adil, Elxanın dalınca getsəydi, gəlib sənin yanında
oturardımı? Yəqin bir işi var gedib.
-
Bəlkə də sənə bir hədiyyə gətirməyə getdi – deyə Orxan
inamla Musanı təsdiqlədi.
Birdən “Sevgili canan” oxuyan Zalovun səsi çatallaşdı elə
bil, yonulub cilalaşdı, mərmərləşdi, nazilib, gözəlləşib bir
möcüzəyə çevrildi. Kimsə bir qız qoşulmuşdu Zalova, qoşulub
da heyrətamiz bir gözəllik, incəlik gətirmişdi romansa. Zalovun
tenor səsi yanında son dərəcə məlahətli, son dərəcə axımlı,
nazicək bir qız səsi də ucalıb gecənin çılçıraq aydınlığını bir
əfsanəyə çevirmişdi.
-
Durun gedək görək kimdi bu oxuyan?
Yoldaşları Zalovu dövrələmiş halay içinə qatışdılar.
Adillə Orxan ikisi qaldı yerlərində.
-
Dur biz də gedək! Görək kimdi bu oxuyan qız?
-
Zəhmət çəkmə, Natellanın səsidi, tanımırsanmı? Sənə
ərməğandı belə. Sənin tərəfində dayandığını göstərmək istəyir
hamıya.
-
Mənim ya sənin?
-
İndi biləcəyik. Oxuyub qurtaran kimi qaçıb bizim
yanımıza gələcək, kiminçin oxuyurdusa onun yanında oturacaq.
-
Nə bilirsən?
-
İndi görərsən!
Lakin dinləyicilər hələ buraxmadılar onu. Ikinci, üçüncü
dəfə oxutdular, axırda Zalovdan da ayırıb tək səsilə segah
təsnifi oxutdular. Hər hansı bir Avropalı aktrisa qibtə edərdi bu
110
alqışa, bu sevgiyə, məftunluğa. Bu gözəl boy buxuna, yaraşığa,
allığa, gözəlliyə. Bu gözəllik, cavanlıq ki, Natellada vardı, bu
bir şəxsi aidiyyət deyildi, bir el sərvətiydi, bir ümumxalq
sərvətiydi, hər eldə, hər obada hər zaman aranıb tapıla bilməyən
aristokrat bir gözəllikdi Natella.
Bir az da keçmiş ara sakitləşib baş yenə Zalova qarışanda
Natella qaça-
qaça gəlib Orxanı bir tərəfə, Adili bir tərəfə
itələyib ikisinin arasında əyləşdi.
Xoşbəxt bir sevinc dalğalanmaqdaydı Natellanın
çöhrəsində. Qızın az qala o biri tərəfi görünən bəm-bəyaz
çöhrəsinə ani baxıb təkcə Orxan anladı nə qədər qurama, nə
qədər yapmadı bu çöhrənin göz görən xoşbəxtliyi. Bu
xoşbəxtlik altında çılğınca bir dərd, qorlana-qorlana közərən,
yanan bir ocaq yarası var.
-
Nə düşünürsünüz ə, qardaşlar, Elxan elə belə gəlmişdi
bura, ya kimsə, nəsə çatdırıbdı ona?
-
Sən çıx yeri bizim yanımızdan Natella, günortanı
çatdıran indini də çatdırar.
-
Çatdırsın, cəhənnəmə çatdırsın!
-
Mən sənə qardaş kimi deyirəm dur yeri bizim yanı-
mızdan!
-
Dəymə Adil, qoy otursun. Belə yaxşıdı, belə lazımdı.
Adil dönüb qəzəblə, təəccüblə Orxana baxdı, lakin bir söz
deməyib məzəli bir söhbət başladı Natellaya.
Dostları ilə paylaş: |