Zarafatcıllıq
Əli Sadiqi, Əkbər Növcavan
Ciddi məsələlərdə çox ciddi, zarafat zamanı da çox
zarafatçı idi. Çoxları onu buna görə sevirdilər.
Xörək yeməkdə xüsusi xarakteri vardı. Xörək bol
olanda yaxşı yeyib deyirdi: "İdmana və ağır fiziki
fəaliyyətə görə bədənimizin yaxşı qidaya çox ehtiyacı
var".
Bir dəfə Gilanqərbin yerli uşaqlarının biri ilə birgə
Kermanşaha kəlləpaça yeməyə getdilər. Onlar iki nəfərə
üç heyvanın bütün kəlləpaçasını yemişdilər. Uşaqların biri
İbrahimi nahara dəvət edib üç nəfərə altı yumurta, çoxlu
düyü və digər yeməklər hazırlamışdı. Və təbii ki, heç bir
xörəkdən artıq qalmadı.
***
İbrahim yaralananda onu görməyə getdim. Oradan
motosikletlə dostların birinin evinə iftara yollandıq.
Ev sahibi İbrahimin yaxın dostlarından idi, tez-tez xörək
təklif edirdi. İbrahimin isə təklifə ehtiyacı yox idi. Qısası,
İbrahim əlindən gələni etdi və süfrədən təxminən heç nə
qayıtmadı.
Bizim dostlarımızdan olan Cəfər Cəngru da orada idi.
İftardan sonra tez-tez yandakı otağa keçib qonaqları
çağırır, bir-bir İbrahimin yanına gətirib deyirdi: "İbrahim
can, bu qardaş səni görmək istəyir”.
İbrahim həm çox yemişdi, həm də yaralı olduğuna görə
ayağı ağrıyırdı. Lakin gələnlərə hörmət olaraq, ayağa
qalxıb görüşməyə məcbur olurdu. Cəfər də arxada səssizcə
gülürdü.
İbrahim oturanda Cəfər gedib başqa birini gətirirdi. Bu
iş bir neçə dəfə təkrar olundu.
136
Çox əziyyət çəkən İbrahim xüsusi soyuqqanlılıqla dedi:
"Eybi yox, Cəfər can, bizim də növbəmiz çatar".
Gecə qayıdanda İbrahim mənim motosikletimə minib
dedi: "Tez getdik".
Cəfər də öz motosikletinə minib arxamızca gəlirdi.
Onunla məsafəmiz çoxaldı. Yoxlanış yerinə çatanda
dayandım. İbrahim ucadan dedi: "Qardaş, buraya gəl".
Silahlı gənclərin biri yaxınlaşdı.
– Əziz dost, mən müharibə əliliyəm. Bu sürücü də
korpus uşaqlarındandır. Bizim arxamızca bir motosiklet
gəlir...
Sonra bir qədər dayanıb əlavə etdi: "Mən bir söz
deməsəm, yaxşıdır. Lakin çox ehtiyatlı olun. Məncə,
silahlıdır".
Sonra icazə aldı və yolumuza davam etdik. Bir qədər
irəliləyib səkidə dayandıq və ikimiz də gülməyə başladıq.
Cəfərin motosikleti çatanda dörd əlisilahlı ətrafını sardı.
Sonra belindəki tapançanı gördülər. Daha nə deyirdisə,
heç kim əhəmiyyət vermirdi.
Təxminən yarım saat sonra başçıları gəlib Hacı Cəfəri
tanıdı, çox üzr istədi və postun uşaqlarına dedi: "Bu,
Seyyidüş-şühəda diviziyasının komandirlərindən olan
Hacı Cəfər Cəngrudur".
Keşikçilər utanıb ondan üzr istədilər. Cəfər çox
hirslənmişdi. Bir söz demədən silahını təhvil aldı və
motosikletə minib yola düşdü.
Bir qədər irəlidə İbrahimin səkidə dayanıb ürəkdən
güldüyünü görəndə nə baş verdiyini anladı.
İbrahim yaxınlaşıb Cəfəri qucaqladı və öpdü. Cəfər də
gülməyə başladı.
|