Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə50/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   46   47   48   49   50   51   52   53   ...   86
Salam-olsun-İbrahimə-1

Çəfiyə 
Abbas Hadi 
1982-ci ilin martı idi. İbrahim məzuniyyətə gəlmişdi. 
Gecə evə gəldi və bir qədər söhbət etdik. Cibində böyük 
bir pul dəstəsi var idi. 
–  Doğrudan,  dadaş,  bu  qədər  pulu  haradan  gətirirsən? 
Mən neçə dəfə camaata kömək etdiyini, əzadarlıq heyətinə 
pul  xərclədiyini  görmüşəm.  İndi  də  cibində  bu  qədər  pul 
var. 
Sonra zarafata keçdim. 
– Düzünü de, xəzinə tapmısan?! 
Güldü. 
– Yox əşi. Bunları dostlar verirlər, özləri də deyirlər ki, 
hansı işə xərcləyim. 
Ertəsi  gün  İbrahimlə bazara  getdik.  Bir neçə döngədən 
keçib bir mağazaya girdik.  
Təxminən böyük bir mağaza idi. Mağazanın qoca sahibi 
və  onun  gənc  köməkçisi  İbrahimlə  görüşüb  öpüşdülər. 
Bildim ki, onu yaxşı tanıyırlar. 
Bir qədər söhbətdən sonra İbrahim dedi: "Hacı, inşallah 
sabah Gilanqərbə gedirəm". 
- İbrahim can, uşaqların nəyəsə ehtiyacı var? 
İbrahim cibindən bir kağız çıxarıb qocaya verdi. 
-  Bunlardan  əlavə  bir  videokameraya  ehtiyacımız  var. 
Çünki  bu  qəhrəmanlıqlar  qeyd  olunmalıdır.  Gələcək 
nəsillər  bu  dinin  və  bu  ölkənin  necə  qorunduğunu 
bilməlidirlər. 
Sonra  əlavə  etdi:  "Döyüşçü  uşaqların  özlərinə  də  bir 
qədər çəfiyə lazımdır". 


 
 
134 
Bu  yerdə  qocanın  oğlu  yaxınlaşıb  dedi:  "Kamera  heç, 
amma  ağa  İbrahim,  çəfiyə  nə  üçündür?  Məgər  siz  lotu 
kimi boynunuza dəsmal atırsınız?” 
İbrahim bir qədər dayanıb  dedi:  "Qardaş,  çəfiyə  boyun 
dəsmalı  deyil.  Döyüşçülər  dəstəmaz  alanda  çəfiyə 
dəsmaldır,  namaz  qılanda  səccadədir,  yaralananda 
sarğıdır..." 
Qoca  İbrahimin  sözünü  kəsib  dedi:  "Baş  üstə,  ağa 
İbrahim, onu da həll edərik". 
Ertəsi  gün  günortadan  öncə  həmin  qoca  yük  dolu  bir 
vanetlə
1
 gəldi. Tez İbrahimi çağırdım. 
Qoca  İbrahimə  bir  videokamera  və  digər  şeylər  verib 
dedi: "İbrahim can, bu da bir vanet çəfiyə". 
İbrahim  sonralar  dedi  ki,  o  çəfiyələrdən  Fəthülmübin 
əməliyyatında istifadə etdik. 
Get-gedə  çəfiyədən  istifadə  İslam  döyüşçülərinin 
simvoluna çevrildi. 
                                                 
1
 Kiçik yük maşını 


 
 
135 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin