SəRBƏst iŞ TƏLƏBƏ: Kərimova Səmanur faküLTƏ


Eşitmə Orqanlarının Mühafizəsi



Yüklə 0,7 Mb.
səhifə4/4
tarix01.03.2023
ölçüsü0,7 Mb.
#123713
1   2   3   4
Kərimova Səmanur (1)

Eşitmə Orqanlarının Mühafizəsi: Bərk və davamlı səs-küyün təsirindən eşitmə orqanlarına toxunacaq xəsarətin qarşısını almaq üçün səs-küyün səviyyəsi praktik cəhətdən mümkün qədər aşağı salınmalıdır. Praktik cəhətdən mümkün olmayan yerlərdə eşitmə orqanlarının mühafizəsi üçün müvafiq vasitələr təmin olunmalıdır. Səs-küy aşağıda göstərilən səs-küyün ölçügötürmə səviyyələrindən artıq olduqda eşitmə orqanlarının mühafizə vasitələridən istifadə olunmalıdır:

  • 85 dB(A) 8-saatlıq növbə zamanı;

  • 83 dB(A) 12- saatlıq növbə zamanı.

Eşitmə orqanlarını mühafizə etmək üçün iki əsas vasitə vardır: qulaqlar üçün tıxaclar və qulaqlıqlar. Eşitmə orqanlarının qorunması üçü istifadə edilən tıxaclar və qulaqlıqlar BS EN 352-1 standartına cavab verməlidir.
Qulaqlar üçün tıxaclar: Bir dəfəlik qulaq tıxaclarını barmaqlar arasında sıxaraq hər qulağa taxmaq lazımdır və bu zaman qulaq seyvanı yuxarı dartılmaqla qulaq kanalı düzləşdirilməlidir. Nəticədə tıxaclar genəlir və qulaq kanalının formasında yerində kipləşir. Qulaq tıxacları, ehtimal ki, xarici qulaq xəstəliyindən əziyyət çəkən adamlar üçün yararlı ola bilməz. Əgər işçinin qulaq kanalı xəstəliyi və ya qulaq kanalı qıcıqlanması varsa, onda o, eşitmə orqanlarının başqa növ mühafizə vasitələrindən istifadə etmək üçün həkim məsləhəti almalıdır.
Qulaqcıqlar: Qulaqlıqlar xarici qulaq üzərinə taxılan sərt qapaqlardan ibarət olub, boyuna taxılmış yay və ya başa taxılmış tutqac vasitəsilə yerində saxlanır. Qoruyucu dəbilqələrə bərkidilə bilən və lazım olmadıqda kənar edilə bilən qulaqlıqlar da mövcuddur.
Tənəffüs orqanlarının mühafizəsi: Tənəffüs orqanlarının mühafizəsi avadanlığının iki növü mövcuddur:

Yüksəklikdə iş zamanı mühafizə: “Hündürlükdə İş Zamanı Texniki Təhlükəsizlik Qaydaları”nın 3.1 bəndinin tələbinə uyğun olaraq işəgötürən texniki-texnoloji və təşkilati tədbirlərin həyata keçirməlidir. Bu tədbirlərən biridə, kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqini təmin etməkdir. İşçi hündürlükdən yıxılmağa məruz qaldığı təqdirdə, o, yıxılma hadisəsi baş verərsə, xəsarət alma ehtimalının azaldılması üçün nəzərdə tutulmuş yıxılmadan mühafizə avadanlığından istifadə etməlidir. Təhlükəsizlik kəmərləri, çatılar və troslar aşağıdakı şəraitdə işləyən personal tərəfindən istifadə olunmalıdır:Yer səviyyəsindən hündürlükdə,Bortdan kənarda, Açıq çalaların yaxınlığında və ya qapalı sahənin içində.Yıxılmadan mühafizə avadanlığı BS EN 361 standartının tələblərinə cavab verməlidir.
İş fəaliyyəti zamanı FMV-i ilə bağlı işverən və işçinin qarşılıqlı öhdəlikləri vardır. İşverən yuxarıda sadalanan şərtlərə əməl edərək işçiləri sağlam və standarta uyğun FMV vasitələri ilə təmin etməli və həmin vasitələrdən düzgün istifadə qaydalarını işçilərə öyrətməlidir. Eyni zamanda hər bir işçi, onun üçün ayrılmış FMV vasitələrindən düzgün istifadə və həmin FMV vasitələrinə düzgün qulluq etməlidir. Hər bir müəssisədə, FMV ilə bağlı qaydalar açıq şəkildə tərtib edilməli və həmin qaydalara riayət edilməsinə ciddi nəzarət mexanizmi (həvəsləndirici mükafatlar vəya intizam tədbirləri) olmalıdır.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin