ŞƏRİ suallara cavab


MEYYİTƏ TƏYƏMMÜM VERMƏYİN QAYDASI



Yüklə 6,71 Mb.
səhifə18/47
tarix03.06.2018
ölçüsü6,71 Mb.
#52481
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

MEYYİTƏ TƏYƏMMÜM VERMƏYİN QAYDASI


Sual 352. Meyyitə təyəmmüm necə verilir? Xahiş edirik açıqlayasınız.

Cavab: Meyyitə təyəmmüm vermək istəyən kəs gərək öz əlini yerə vursun və meyyitin üzünə və əllərinin arxasına çəksin. Vacib ehtiyata əsasən əgər mümkündürsə meyyitin öz əli ilə də ona təyəmmüm versinlər.

MEYYİT NAMAZI


Sual 353. Əgər meyyitə namaz qılınan zaman başqa bir cənazə gətirilsə, ikinci meyyiti birinci meyyitin qalan təkbirlərinə qoşmaq caizdirmi?

Cavab: Bəli caizdir, amma gərək hər biri üçün məxsus olan dualar oxunsun. Birinci meyyitin namazı tamam olandan sonra ikinci meyyitə aid olan qalan təkbirləri və duaları desinlər.

Sual 354. Əgər meyyit həddi-büluğ olmasa, İmam Xomeyni (r) buyurmuşdur ki, dördüncü təkbirdən sonra bu dua oxunsun: «Əllahummə inna la nələmu minhu illa xəyra.» Sizin də nəzəriniz belədirmi?

Cavab: Sualın cavabı budur ki, təkbirdən sonra (sualın mətnində) qeyd olunan duanı oxuyun və sonra beşinci təkbiri deyib namazı tamamlayın.

Sual 355. Günahkar və namaz qılmayan bir şəxs dünyadan getmişdir, onun cənazə namazında dördüncü təkbirdən sonra: «Əllahummə inna la nələmu minhu illa xəyra.» duası oxunsa namaz səhih və caizdirmi? Ya gərək başqa dua oxunsun?

Cavab: Bu cümləni deməyin heç bir maneəsi yoxdur və səhihdir.1

Sual 356. Əgər meyyitə namaz cəmiyyətlə qılınsa imamın arxasında duranların iqtida etmələri lazımdırmı? İmam-camaatda ədalət şərtdirmi?

Cavab: Bəli, meyyit namazının da gündəlik yovmiyyə namazları kimi camaatla qılınması müstəhəbbdir. Burada iqtida etmək camaat namazı niyyəti ilə namaza daxil olmaqdır. Lakin namazı camaatla qılan bir kəs gərək onun təkbir və dualarını oxusun. Əlbəttə müstəhəbbdir ki, imam-camaat təkbir və duaları ucadan, onunla namaz qılanlar isə ahəstə oxusunlar. Aydındır ki, İmam-camaat meyyit namazı qılanda camaat namazında deyilən İmam-camaat şərtlərinə malik olmalıdır.

MEYYİTİN DƏFNİ


Sual 357. Bir şəxs vəsiyyət etmişdir ki, onun Quranını təbərrük qəsdi ilə onunla qəbrə qoysunlar. Bu cür vəsiyyət səhih və yerinə yetirilməsi lazımdırmı?

Cavab: Bəli, Quran onun malının üçdə birindən artıq olmasa, ya əgər artıq olsa vərəsə icazə versə vəsiyyət səhihdir və yerinə yetirilməsi lazımdır.

Sual 358. Bir şəxsi vəsiyyətinə əsasən məsciddə dəfn ediblər. Bu vəsiyyət və dəfn düzgündürmü?

Cavab: Məsciddə meyyitləri dəfn etmək məscidə bağlı olan hissələrdə düzgün deyil. Bu cür vəsiyyət də səhih deyil. Çünki, vəqfin ziddinə olan bir işdir. Suala əsasən əgər cənazəni təzə dəfn ediblərsə, iylənməyibsə gərək qəbri açsınlar cənazəni çıxardıb başqa bir yerdə dəfn etsinlər. Bu iş o halda düzgündür ki, bir şəxs öz mülkünü məscidə vəqf edir və öz dəfni üçün əvvəldən bir yeri təyin edir. Bu surətdə onun dəfni o yerdə, ya o məscidin kənarında və yaxud məscidin yolu üstündə olsa heç bir maneəsi yoxdur.

Sual 359. Meyyitin süni dişlərini (əgər qızıl olsa) çıxartmağın hökmü nədir?

Cavab: Əgər meyyitin əziyyətinə səbəb olmazsa heç bir maneəsi yoxdur.

Sual 360. Qəbirlərin üzərində məqbərə, otaq tikdirmək və ya qəbir ətrafına hasar çəkdirmək caizdirmi?

Cavab: Bu cür işlər adi insanlar üçün düzgün deyil və şəri üstünlüyü də yoxdur. Əlavə olaraq, ümumi dəfn üçün vəqf olunan qəbrstanlıqlarda ölülərin dəfninə mane olan hər cür zəbt etmə də səhih deyildir və vəqfin xilafınadır. Meyyitə heç bir faydası da yoxdur. Daha yaxşıdır ki, bu cür işlərə sərf olunan pullar meyyitin niyyəti ilə ona xeyri olan sədəqə, başqa xeyirli və savab işlərə sərf olunsun.

QƏBİRLƏRİN AÇILMASI


Sual 361. Tovzihul-məsail risaləsində buyurmusunuz: Meyyiti əvvəl sidr suyu ilə, ikinci kafur suyu ilə və üçüncü xalis su ilə qusl versinlər. Səhvən bir nəfər birinci kafur, sonra sidr suyu ilə qusl verib, dəfndən sonra səhvini başa düşüb. Qəbri açıb quslu tərtiblə təkrarlamaq lazımdırmı?

Cavab: Əgər meyyitin cəsədi aradan getməyibsə və qəbrin açılması meyyitin əziyyətinə və ya iy cəhətdən camaatın əziyyətinə səbəb olmayacaqsa vacibdir ki, qəbri açsınlar və quslları səhih halda təkrarlasınlar, əks halda lazım deyil.

Sual 362. Qusldan əvvəl kafur su nəcis olub, cənazəni həmin nəcisli kafur su ilə qusl verib və dəfndən sonra başa düşüblərsə, vəzifə nədir?

Cavab: Verilən suala əsasən, meyyitin bədəni iylənməyibsə qəbri açmaq və quslları təkrarlamaq çətinliyə səbəb olmazsa vacibdir ki, qəbri açsınlar, kafur və xalis su ilə quslu təkrarlasınlar, kəfəni paklasınlar, ya dəyişdirsinlər, təkrar hənut və namazdan sonra dəfn etsinlər. Amma əgər meyyitə hörmətsizlik olarsa, ya iylənmişdirsə heç bir vəzifəsi yoxdur.

Sual 363. Dəfndən sonra məlum olmuşdur ki, meyyiti hənutsuz dəfn ediblər, qəbri açıb hənut vurmaq lazımdırmı?

Cavab: Qəbri açmaqda çətinlik yaranmazsa, qəbri açsınlar və qəbrin içində meyyitə hənut vursunlar və cənazəni çölə çıxartmaq lazım deyil.

Sual 364. Bir şəxsi müsəlman qəbristanlığında dəfn ediblər, sonradan müsəlman olmadığı məlum olub (bəhai, ya kafir). Qəbri açıb onu müsəlman qəbristanlığından xaric etmək lazımdırmı?

Cavab: Onun qəbrini açmaq camaata əziyyət olmazsa və müsəlmanlara çətinlik yaratmazsa qəbri açıb onun cəsədini başqa yerdə dəfn etsinlər. Əgər onun müsəlman qəbristanlığında olması müsəlmanlara hörmətsizlik gətirərsə qəbri açıb, cəsədi başqa yerdə dəfn etmək vacibdir.

Sual 365. İcra başçısı qədim qəbristanlığı yol çəkmək səbəbi ilə xarab edir və torpağını da götürür. Onun bir hissəsində neçə il əvvəl meyyit dəfn edilib; qəbri açıb meyyitin sümüklərini başqa bir yerdə basdırmaq caizdirmi?

Cavab: Qəbri açmaq və xarab etmək caiz deyildir, amma hörmətsizliyə və xarabalığa məruz qalsa maneəsi yoxdur.

Sual 366. Əgər müsəlman qeyri-müsəlman qəbristan-lığında dəfn olunsa qəbri açmaq və cənazənin yerini dəyişmək caizdirmi?

Cavab: Hörmətsizlik sayılsa qəbri açmaq və cənazəni münasib yerə dəyişmək vacibdir.

Sual 367. Qədim qəbristanlıqda köhnə qəbirdə sümüklərin çürüyüb torpağa qarışdığını güman edərək qəbri qazıblar. Təsadüfən əvvəlki sümüklərin çürümədiyinin şahidi olublar, vəzifə nədir? Açılan qəbirdə hazırkı cənazəni dəfn etmək caizdirmi? Əlbəttə qəbristan ümumi və qədimdir, qəbir sahibi də naməlumdur.

Cavab: Birincisi cənazə və sümüklərin çürüyüb torpağa qarışmağına yəqinlik hasil olmayınca qəbri açmaq düzgün deyil. Amma bir halda ki, belə bir hadisə baş verib, verilən suala əsasən gərək əvvəlki meyyitin sümüklərini dəfn etsinlər və hazırkı cənazəni də həmin qəbirdə dəfn etməyin heç bir maneəsi yoxdur.

Sual 368. Əgər on nəfəri bir qəbirdə dəfn etsələr və dəfndən sonra onlardan birinin quslsuz dəfn olunduğu məlum olsa təklif nədir?

Cavab: Qeyd olunan halda qəbri açmaq hörmətsizlik gətirər, heç bir vəzifəniz yoxdur.

Sual 369. Böyük şəxsiyyətlərdən birinin qəbri qeyri-münasib yerdə qərar tutub, yol üstündədir. Onun qəbrinin ətrafını boşaldıb qəbri açmadan müasir avadanlıqlarla qəbri münasib yerə köçürmək caizdirmi?

Cavab: Verilən suala əsasən qəbir açılmırsa maneəsi yoxdur. O yerdə qəbrin qalması meyyitə hörmətsizlik gətirərsə, qeyd olunan iş üstün və bəzi hallarda lazımdır.

Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin