ŞƏRİ suallara cavab



Yüklə 6,71 Mb.
səhifə20/47
tarix03.06.2018
ölçüsü6,71 Mb.
#52481
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

NAMAZ

NAMAZIN ŞƏRTLƏRİ

Namazın vaxtı


Sual 385. Aylı gecələrdə sübh azanından sonra sübh işığı ay işığına qalib gələn vaxta kimi sübh namazını təxirə salmaq olarmı?

Cavab: Bizim nəzərimizə görə sübh namazının vaxtı1 dan yeri sökülən zamandır, istər dan yerinin sökülməsi görünsün, ya görünməsin və aylı gecəylə qaranlıq gecə arasında bu cəhətdən bir fərq yoxdur. Əlbəttə, dan yerinin sökülməsinə yəqinlik olmalıdır. Şübhə ilə sübh namazına başlamaq olmaz.

Sual 386. Zöhr və əsr namazlarının vaxtı qüruba qədərdir, ya məğrib azanına qədər?

Cavab: Məğrib azanına qədər.

Sual 387. Namaz və Orucun vaxtı barəsində İran İslam Respublikası tele-radiosundan yayımlanan azana əməl etmək olarmı?

Cavab: Yayımlanan ərazidə və yaxın üfüqdə olanlar İran İslam Respublikasından adından yayımlanan azana əməl edə bilərlər.

Sual 388. Siz İran universitetinin hazırladığı şəri saatlara əməl etməyə icazə verirsinizmi?

Cavab: Sübh vaxtı ilə əlaqədar olan vaxtla radio proqramının düzgünlüyünə yəqini olan şəxslərin, ona əməl etməyinin eybi yoxdur.

Sual 389. İsveçrənin bəzi yerlərində 52 gün müddətində günəş qürub etmir. Bəzi məntəqələrdə isə günün uzunluğu 23 saatdır.

Digər məntəqələrdə günün uzunluğu 17 saatdır. Bu məntəqələrdə müsəlmanların namaz və oruc barədə vəzifələri nədir?



Cavab: Birinci halda namaz və oruc vaxtları ölçü üçün olaraq gecə və gündüzləri təqribən bərabər olan tanınmış ölkə və şəhərləri (Məkkə və Mədinə ) qərar versin. Yəni zöhr və əsr namazını qılsın və altı saatdan sonra məğrib və işa namazlarını qılsın. On bir saatdan sonra sübh namazını qılsın. Orucu da həmin ölçüyə əsasən tutsun. Həmin halda vətənini və şəhərini ölçü götürə bilər. Məsələn, əgər Tehrandan gedibsə zöhr və əsr namazını Tehranın zöhr azanı ilə, sübh namazını sübh azanı ilə, məğrib və işa namazlarını məğrib və işa azanı ilə qılsın. Orucu da həmin ölçü ilə tutsun.

Eyni halda həmin məntəqəyə olan səfər lazımı bir səfər deyilsə, elə bir məntəqəyə səfər etsin ki, ibadətləri öz şəri vaxtlarında icra edə bilsin.



İkinci və üçüncü halda sübh namazını günəşin qalxmasından əvvəl qılsın. Zöhr və əsr namazlarını günün ikinci hissəsində (günortadan sonra) qılsın. Məğrib və işa namazlarını isə qürubdan sonra qılsın. Orucu da vaxt uzun olsa da sübh azanından əvvəl qüruba qədər tutsun. İkinci halda günün uzunluğu 23 saatdır. Əgər səfər lazımı bir səfər deyilsə, mümkündür ki, bir məntəqəyə səfər etsin ki, gecə daha uzun olsun və namazlar arasında daha böyük fasilə ilə namaz qılsın və oruc tutsun.

Sual 390. Sübh namazı nə vaxt qəzaya gedir?

Cavab: Günəş üfüqü namaz qılınan yerdə görünən vaxt sübh namazı qəza olur.

Sual 391. Əgər insan sübh namazına yaxın bir vaxtda oyansa, bilsə və ya ehtimal versə ki, ikinci dəfə yatsa namazı qəzaya gedəcəkdir, onun yatması caizdirmi?

Cavab: Verilən suala əsasən, əgər yatmaq namaza etinasızlıq və onu yüngül saymaq olmasa, təkrar yatmağın heç bir maneəsi yoxdur və haram deyil.

Sual 392. Qonağı və ailə üzvlərini namaza oyatmaq lazımdırmı?

Cavab: Yuxu halında vəzifə götürülür. Amma onları oyatmamaq namaza ehtiramsızlıq və yüngüllük gətirərsə, onları oyatsın və əgər onların özü razılaşsa oyatmağın heç bir maneəsi yoxdur.

Sual 393. Zöhr namazının vaxtının keçdiyini güman edən bir şəxs əsr namazı niyyət edib, namazdan sonra zöhr namazı üçün ən azı bir rəkət namaz qılmaq miqdarında vaxt qalıb. Qıldığı namazı zöhr niyyətinə döndərib əsr namazını təkrarən qılsın, ya başqa bir vəzifəsi vardır?

Cavab: Zöhr namazını əda niyyəti ilə qılsın və qəza olmamışdır. Lakin müstəhəbb ehtiyat odur ki, əda və qəza niyyəti etməsin. Yaxşıdır ki, zöhr, ya əsr niyyəti də etməsin, dörd rəkət qürbət qəsdi ilə qılsa kifayətdir.

Sual 394. Adətən işə vaxtında hazır olan fəhlələr vaxtın daxil olmasına yəqinlik tapmadan təkcə saata baxmaqla, ya azanı eşitməklə namazlarını qılırlar, bu səhihdirmi?

Cavab: Əgər vaxtın daxil olmasına yəqinlik tapsalar, ya iki adil şəxs şahid olub vaxtın daxil olmasına şəhadət versə, ya vaxtı tanıyan inanılmış müəzzin azan versə namaz qıla bilərlər, amma vaxtın daxil olmasına şəkk etsələr gərək səbr etsinlər.

Sual 395. Namazdan əvvəl, ya namaz vaxtında qonaq gəlsə namazı əvvəl vaxt qılmağa hazırlığı yoxdursa, ya bir səbəbə görə namaza hazır deyilsə ev sahibi onu qəbul edib onunla söhbət edir. Bu vaxt ev sahibi namazı vaxtında qılsın, ya daha yaxşıdır ki, qonağı qəbul etməyə məşğul olsun və namazı vaxtından sonraya saxlasın?

Cavab: Ümumi halda bütün namazlarda fəzilət budur ki, namaz ya əvvəl vaxtında, ya əvvəl vaxtına yaxın qılınsın (xüsusi hallar istisna olmaqla). Bunun üçün namazı qabağa salıb vaxtında qılmaq fəzilətlidir. Amma bir müsəlmanın istəyini yerinə yetirən vaxtda namazı qabağa salmaq əfzəl deyil, bu vaxt qonaq və başqaları arasında heç bir fərq yoxdur.

Sual 396. Namazını axır vaxtda qılan bir şəxs namazını aram və müstəhəbbi işləri yerinə yetirməklə qılsa namazın bir hissəsi vaxtdan keçir. Bu halda vəzifə nədir?

Cavab: Verilən suala əsasən vaxt az olduğu üçün gərək namazın müstəhəbbilərini tərk etsin, ən azı vacibatla kifayətlənsin və namaza qalan vaxtda namazı yerinə yetirsin. Müstəhəb işləri yerinə yetirsə günah etmişdir, amma namazı batil deyil.

Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin