ŞƏRİ suallara cavab


Dəfn, qəbrin açılması və qəbrin təmirinə aid məsələlər



Yüklə 6,71 Mb.
səhifə19/47
tarix03.06.2018
ölçüsü6,71 Mb.
#52481
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

Dəfn, qəbrin açılması və qəbrin təmirinə aid məsələlər


Sual 370. İllərcə bundan qabaq dəfn olunan bir şəxsin qəbrində meyyit dəfn etmək (ehtimal budur ki, birinci meyyit aradan getmiş, təkcə sümükləri qalmışdır) düzgündür, ya yox?

Cavab: Başqa şəxsin qəbrində meyyit dəfn etmək qəbrin açılmasına, cəsədin görsənməsinə və ehtiramsızlığa səbəb olan surətdə caiz deyil. Qəbir sahibinin sümüklərinin çürüyüb torpağa qarışmasına yəqinlik hasil olmasa onun qəbrini açmaq caiz deyildir. Əgər qanunsuz yolla açılıbsa, şəriət baxımından başqa bir meyyiti orada dəfn etməyin eybi yoxdur, lakin xoşagəlməz bir haldır.

Sual 371. Zərbə və təcavüz nəticəsində dünyadan gedən bir şəxs dəfn olunmuşdur. Cənazənin ölüm səbəbini müayinə etmək üçün qəbri açmaq caizdirmi?

Cavab: Bir halda ki, haqqı sübut etmək qəbrin açılmasına bağlıdır, eybi yoxdur.

Sual 372. İki təbəqəli qəbirlərin aşağı təbəqəsində qadın dəfn olunubsa, yuxarı təbəqədə qadına məhrəm olmayan başqa bir kişini dəfn edə bilərlərmi?

Cavab: Əgər aşağı təbəqədə olan meyyitin qəbrini açmaq lazım olmasa heç bir maneəsi yoxdur.

Sual 373. Tanınmış kəndlərin birində Pirğeyb adlı bir məqbərə vardır, yaşlıların dediyinə əsasən orada ziyarətgah tikilmişdir. Şəcərənaməsi olmadığı halda onun üstündə ziyarətgah tikdirməyin bir maneəsi varmı?

Cavab: Əgər yuxarıda qeyd olunan şəxslərin qəbir sahibinin saleh imamzadələrdən birinin olduğuna yəqinlikləri varsa, onun üzərində ziyarətgah tikdirməyin maneəsi yoxdur.

Sual 374. Qəbirləri ağ, ya qara mərmərlə zinətləndirməyin maneəsi varmı?

Cavab: Haram deyil.

Sual 375. Yol çəkmək, ya geniş meydan salınması nəticəsində qəbristanlıq aradan getmişdir. Su arxının kənarında bir qəbir tapılmışdır. Ona hörmətsizlik olmasın deyə qəbrin qalan hissəsini açıb onu ümumi qəbristanlığa aparmaq caizdirmi?

Cavab: Əgər suyun axarını dəyişmək mümkün olmasa qeyd olunan halda yer dəyişmək düzgündür.

Sual 376. Bir şəxs vəsiyyət edib ki, öləndən sonra onu dəfn olunduğu yerdən müqəddəs torpağa (yəni imamların dəfn olunduğu yerlərə) aparsınlar. Bu caizdirmi?

Cavab: Müqəddəs yerlərə aparmaq üçün qəbri açmaq, əgər vəsiyyət etsə də belə, ehtiyatın ziddinədir? Əgər vəsiyyəti dəfndən əvvələ aid olsa vəsiyyətinə düzgün əməl olunmayıbsa, qəbri açmaq caiz, bəlkə də vacibdir. Qəbri açmaq meyyitə hörmətsizlik gətirməzsə, ya meyyit çürüyüb aradan getməyibsə, qəbri açıb cənazəni vəsiyyət etdiyi yerə aparsınlar.

Sual 377. Qəbrin açılmasının haramlığı hansı səbəblər əsasındadır?

Cavab: Qəbrin açılmasının haram olması səbəbi cəsədin görünməsinin və ona qarşı hörmətsizliyin haram olmasıdır. Əgər qəbrin torpağından bir miqdar götürsələr cəsəd üzə çıxmasa və camaat arasında hörmətsizlik hesab olunmasa qəbir açılmayıb və (bu iş) haram deyil. Xülasə qəbrin açılmasının haram olma səbəbi cəsədin görünməsi və ona qarşı hörmətsizlikdir. Ola bilsin ki, bu iki səbəbin hər ikisi bir yerdə və tək-tək olsun. Cəsədin görünməsi səbəb olsun, ya da tək hörmətsizlik səbəb olsun.

MEYYİTƏ AİD OLAN MÜXTƏLİF MƏSƏLƏLƏR


Sual 378. Meyyitə qusl verməmişdən əvvəl məscidə qoymaq düzgündür, ya yox?

Cavab: Əgər məscidin nəcis olmasına səbəb olmazsa, heç bir maneəsi yoxdur.

Sual 379. Dünyadan gedən bir şəxsin çox imkansız və kasıb olan qohum və yaxın adamları üç, yeddi və qırx günündə xərc çəkirlər, bu xərcin hökmü nədir?

Cavab: Bu cür xərc çəkmək vacib deyil, hətta şübhəlidir. Çünki, kasıbları zəhmətə salırlar və həm də onların abır-həyası gedir.

Sual 380. Yeddi və qırx mərasimində hansı əməlləri yerinə yetirmək lazımdır və bahalı təbii gülləri qəbir üstə aparmaq israfdırmı?

Cavab: Daha yaxşı olar ki, mərhum şəxs üçün xeyirli işlər görülsün və faydasız işlərdən çəkinib ehtiyat edilsin.

Sual 381. Yəhudi və xristian qəbristanlığının yanından keçəndə fatihə oxumaq olarmı?

Cavab: Onları nəzərdə tutub fatihə oxumaq olmaz. (Yəni onların ruhuna hədiyyə etmək olmaz.)

Sual 382. Tanınmayan bir cənazəni Behişti-Zəhrada dəfn ediblər. Onun qohumları tapılıb və şəhərdən kənarda yaşayırlar. Onlar üçün qəbir üstə gediş-gəliş çətinlik yaradır, anası rahatlıq tapmır. Belə olan surətdə qəbri açıb cənazənin yerini dəyişmək caizdir, ya yox?

Cavab: Verilən suala əsasən əgər qəbri açmaq meyyitə hörmətsizlik gətirməzsə, heç bir maneəsi yoxdur.

VƏHŞƏT NAMAZI


Sual 383. Vəhşət namazında Ayətəl-kürsü hara qədər oxunmalıdır?

Cavab: Vacib ehtiyata əsasən «xalidun» kəlməsinə qədər oxunsun.

Sual 384. Vəhşət namazında «Ayətəl-kürsü» və «Qədr» surəsinin yerinə «Qul-huvəllah» oxuna bilərmi?

Vəhşət namazı üçün əcir olunmuş şəxs, əgər bu namazı vəfatın 1-ci gecəsi oxumasa, onun qəzasını yerinə yetirə bilərmi?



Cavab: Dəfn gecəsi qılınan namazın göstərişi risalədə yazılan kimidir, onu dəyişmək ya başqa cür oxumaq səhih deyil. Əgər əcir tutulan şəxs unutqanlıq və ya başqa səbəbdən dəfnin birinci gecəsində vəhşət namazını qılmasa, gərək pulu əcir tutana qaytarsın və onun razılığını ələ gətirsin. Onun qəzaya getməsinə aid bir dəlil nəzərə çatmamışdır.

Əgər birinci rəkətdə Ayətəl-kürsünü yaddan çıxartsa, ya ikinci rəkətdə İnna-ənzəlna surəsini on dəfədən az oxusa, vəhşət namazı caiz deyil, əcir tutulduğuna görə gərək həmin gecə təkrar etsin.




Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin