ŞƏRİ suallara cavab


NAMAZ QILARKƏN NƏCİS BİR ŞEYİN İNSANDA OLMASI



Yüklə 6,71 Mb.
səhifə22/47
tarix03.06.2018
ölçüsü6,71 Mb.
#52481
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

NAMAZ QILARKƏN NƏCİS BİR ŞEYİN İNSANDA OLMASI


Sual 429. Əgər xumsu verilməmiş pul dəsmal və bu kimi şeylər ya namaz qılanın üstündə olsa onun namazı batildirmi?

Cavab: Batil olmaz.

Sual 430. Ana, bədəni nəcis olan uşağını namaz qıldıqda qucağına alsa namazında çatışmazlıq meydana gələrmi?

Cavab: Uşağın bədənində nəcasət və ya təklikdə eyib yerlərini örtə biləcək nəcis bir paltar olmasa eybi yoxdur.

Sual 431. Süni əl və ya ayağın nəcis olmasının namaza maneçiliyi varmı?

Cavab: Eybi yoxdur.

NAMAZ QILANIN YERİ


Sual 432. Atam xums vermir. Onun evində və ya palazının üstündə namaz qıla bilərəmmi?

Cavab: Əgər xumsun evin torpağına, ya palaza aid olub-olmadığını bilməsəniz namaz qılmağın eybi yoxdur.

Sual 433. Bir nəfər indiyə qədər xums verməyib və indi də vermir. Onun evinə daxil olub mənzilində olan palazın üstündə namaz qılmağımıza, ya evində dəstəmaz alıb qusl etməyimizə icazə varmı?

Cavab: Qohumluq əlaqələrinə görə, düz yola çağırmaq və yaxşı işlərə əmr etmək üçün daxil olmağın heç bir maneəsi yoxdur. Əgər mənzilində, palazında və həyətində xumsun olmasına yəqinlik olmasa orada namaz qılmağın eybi yoxdur. Su da mübah olsa onunla dəstəmaz və qusl almaq düzgündür.

Sual 434. Bir qadın lazımi vəzifələrindən boyun qaçırdığı üçün naşizə (itaətdən boyun qaçıran) olub. Şəriətin hökmünə uyğun olaraq xərclik, paltar və məskən haqqı olmadığı halda ərinin evində ərinin aldığı paltarla namaz qılması düzgündürmü?

Cavab: Bu halda əgər əri razı olmasa namazı batildir.

Sual 435. Bir mənzil bir neçə varisə aiddir. Digər varislərin razılığı olmadan varislərdən birinin orada namaz qılması düzgündürmü?

Cavab: Ümumiyyətlə müştərək olan ev və mülklərdə başqa şəriklərin icazəsi olmadan namaz qılınmasına və başqa şəkildə istifadə etməsinə icazə verilmir, orada namaz qılmaq batildir.

Sual 436. Qardaşlarım mənim və digər bacılarımın miras payımızı verməyiblər. Razı olmadığımız halda bütün evdən istifadə edib orada oturublar. Onların həmin evdə namaz qılması düzgündürmü?

Cavab: Digər şəriklərin razılığı olmadan müştərək maldan istifadə etməyə və orada namaz qılmağa icazə yoxdur. Orada qılınan namaz da batildir.

Sual 437. Qəbristanlıqda namaz qılmağa icazə varmı?

Cavab: Maneəsi yoxdur, amma məkruhdur.

Sual 438. Ümumi və ya dövlət namazxanalarında namaz qılmağa icazə varmı?

Cavab: İcazə verilir.

Sual 439. Xəstəxana taxtı üzərində namaz qılmaq düzgündürmü?

Cavab: Bir halda ki, taxt tərpənmir, səcdə yeri sabit və dəyişməzdirsə onun üzərində namaz qılmağın heç bir maneəsi yoxdur.

Sual 440. Bir müddət əvvəlki rejimin əsil sahiblərindən alıb əkinçilərə verdiyi torpaqda bu məsələyə diqqət vermədiyim halda namaz qılmışam. İndi isə xəbərdar olmuşam, keçmiş namazların hökmü nədir?

Cavab: Əgər hamılıqla məsələnin hökmündən xəbərsiz olmusunuzsa keçmiş namazlar düzgündür və qəzası yoxdur.

İndi isə bilirsiniz riayət edin və namaz yeri üçün icazə əldə edin. Həzrət İmam Xomeyninin (r) vaxtında əkinçilərin yuxarıdakı torpaqlara sahibkarlığı təkrar hökümlə bəyənildi. Ondan sonra qılınan namazlar düzgündür.



Sual 441. Üzərində Quran ayələri yazılmış səccadə və xalçaların üzərində namaz qılmağın hökmü nədir? Çünki, oturduqda və ya səcdəyə gəldikdə Quran ayələri ayaq altında qalır.

Cavab: Əgər bilərəkdən və etinasızlıq üzündən onu ayaqlayırsa Quranı təhqir etməkdir. Buna icazə verilmir. Bundan əlavə namazın da eybi var.

Sual 442. Musiqi səsi eşidilən yerdə namaz qılmaq düzgündürmü?

Cavab: Tar və başqa əyləncə alətlərindən istifadə olunan (namaz qılanın eşitdiyi halda belə) yerdə namaz qılmaq batildir. Əgər namaza başladıqdan sonra əyləncə məclislərinə münasib olan həyəcanlandırıcı musiqi səsi eşidilsə və namaz qılan şəxs qulaq asmasa namazı düzgündür. Amma namaza başlamazdan əvvəl başqa yerdən səs eşidilsə imkan daxilində namazı başqa yerdə qılmalıdır.

Sual 443. Mənzilin yeri və xalça mübahdır, amma xalçanın altında olan qəsbidir, onun üzərində namaz qılmağın hökmü nədir?

Cavab: Qəsbi bir şeyin üzərində əgər bir vasitə ilə olsa da oturmaq və qalxmaq caiz deyil. Onun üzərində namaz batildir.

Sual 444. Mənim qeyri-şəri (haram) yolla pul qazanan dostum və bir qohumum vardır. Həmin pulla mənzil və xalça alıb, bizi dəvət edir, ya qohumluğa görə onun mənzilinə gedirik. Onun mənzilində namazımızın nə hökmü vardır?

Cavab: Yerin və xalçanın haram olmasını bilməsəniz namaz qılmağın eybi yoxdur.

Sual 445. Bir şəxs məsciddə camaat namazında yer saxlayıb və çölə çıxıb. Camaat namazı başlayana kimi qayıtmamışdır, camaat namazı başlananda onun haqqı o yerdən götürülürmü və başqaları o yerdən istifadə edə bilərmi?

Cavab: Camaat namazı başlayandan sonra ehtiyat odur ki, İmam birinci rəkətin rükusuna gedənə qədər onun yerini tutmasınlar. Bəli, əgər birinci cərgədə yer tutubsa birinci rükuya qədər səbr etmək cərgənin birləşməsində ixtilafa səbəb olar, bu surətdə səbr etmək lazım deyil.


Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin