ŞƏRİ suallara cavab


Öz vətənindən keçən müsafir



Yüklə 6,71 Mb.
səhifə40/47
tarix03.06.2018
ölçüsü6,71 Mb.
#52481
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

Öz vətənindən keçən müsafir


Sual 764. Ərak şəhərindən olan bir müsafir Qum şəhərinə gəlib, sonra Qumdan Bürucerd şəhərinə getməyi qəsd edib yola düşmüşdür. Ərak şəhərinə həddi-tərəxxüsdən az olan (Ərakın evlərinin divarlarını görür və şəhərin azan səsini eşidir) özünün əkin sahələrinin yanından keçəndə namaz üçün dayanmışdır. Onun namazı orada qəsrdir, ya bütöv?

Cavab: Verilən suala əsasən onun namazı bütövdür.

Sual 765. Vətənim Qum şəhəridir, amma Ərak şəhərində sakinəm. Səfər zamanı Qumdan keçsəm və Qumdan on kilometr aralıda yerləşən qəsd etdiyim yerə çatsam, orada namazım tamamdırmı? Bu halda şəri məsafəni Qumdan hesablayım, yoxsa Ərakdan?

Cavab: Verilən suala əsasən sizin namazınız bütövdür, şəri məsafəni gərək Qumdan hesab edəsiniz.

Vətəndən imtina etmək


Sual 766. «Vətəndən imtina etmək» nədir?

Cavab: «Vətəndən imtina etmək» vətəni tərk etmək və oraya bir daha qayıtmamağı qərara almaqdır. Belə ki, bir daha orada yaşamaq fikrində olmasın.

Sual 767. Mənim işim ayrı bir şəhərdədir. Öz vətənimə qayıdanda namazımın hökmü necədir?

Cavab: Əgər öz vətəninizdən imtina etməmisinizsə, namazınız bütövdür.

Sual 768. Öz şəhərində doğulub boya-başa çatan qız, başqa bir şəhərə ərə gedib. Hal-hazırda ərinin vətənində yaşayır. Öz vətəninə qayıtdıqda onun namaz və orucunun hökmü necədir?

Cavab: Əgər öz əsli vətənindən bir dəfəlik imtina edib və həmişəlik ərinin vətənində yaşamağı qərara alıbsa, ərinin vətəni onun vətəni hesab olunur. Bəzi vaxtlarda öz əsli vətənində yaşayan qohumlarına baş çəkməyə gələrsə, on gün qalmağı qəsd etməmiş olsa, namazı qəsrdir və orucu da səhih deyil.

Vətəndə qadın və övladın tabeçiliyi


Sual 769. Qadın vətən məsələsində ərinə tabedirmi?

Cavab: Qadın tabe deyil, öz niyyəti və qərara gəlməsi meyardır.

Sual 770. Övladın valideyndən namazı bütöv, ya qəsr qılmaqda tabeçilik etməsi barəsində: Birinci, övlad ata-anasının hər ikisinə tabedir, yoxsa təkcə atasına? Anasının vətəni atasının vətənindən ayrı olduğu təqdirdə övladın vəzifəsi nədir? (Nəzərə alınsın ki, atası anasının vətənində müsafirdir.)

İkinci: Bu tabeçilik nə vaxta qədərdir?



Üçüncü: Övlad bir şəhərdə doğulmuşdur, lakin bu şəhər nə atasının, nə də anasının vətəni deyilsə, bura onun vətəni hesab olunurmu?

Cavab: Tabeçilik müstəqil şəkildə yaşaya bilməyən bir şəxsin digər bir şəxsin iradə və himayəsində yaşamasına deyilir. Bu cəhətdən kiçik və böyük, ata və həyat yoldaşı və özgələr arasında heç bir fərq yoxdur. Buna görə də əgər övlad anasına tabedirsə, istər-istəməz anası ilə və anasının vətənində yaşayıb orada böyüsə, anasının vətəni onun da vətəni hesab olunacaq. Əgər ora atasının vətəni hesab olunmasa və atası orada müsafir olsa da belə. Bu tabeçilik o vaxta qədərdir ki, övlad yaşayışında müstəqil olsun və orada qalıb-qalmayacağını öz meylinə uyğun qərara alsın.

Sual 771. Qadın öz ərinə və uşaq atasına bir yerdə məskunlaşma, ya köçüb getmə məsələsində tabeçilik etməkdə məcburdur, yoxsa yox? Qərarlaşma və niyyət qadın və övladın özlərinə aiddir, ya xeyr?

Cavab: Qadın və övladın bir yerdə məskunlaşma və köçüb getmə məsələsində tabeçiliyi yoxdur. Amma qadın «ərim harada yaşasa məndə orada yaşayacağam», övlad da «atam harada yaşasa məndə orada yaşayacağam» desə və özünün müstəqil qərarı olmasa məskunlaşma, ya köçüb getmə məsələsində tabeçilik adi qayda üzrədir. Amma orada müstəqil qərara almaq vardırsa və qadın öz əsli vətənindən üz çevirməyibsə, əri fikrindən dönsə də köçüb getmək məsələsi həqiqiləşmir. Övlad da həmin qayda ilədir. Övlad müstəqil olandan sonra tabeçilikdən xaricdir.

Sual 772. Bir şəxs Qum şəhərindən Tehrana köçüb, orada ailə qurub yaşamağa başlamışdır. Amma vətəni olan (Qum) şəhərindən imtina etməməmişdir. İndi buyurasınız: Əgər həyat yoldaşını Quma iki, ya üç günlük ziyarətə və qohum-əqrəbaya baş çəkmək üçün gətirərsə, öz namazı Qumda tamam oluğu halda həyat yoldaşının vəzifəsi nədir?

Cavab: Verilən suala əsasən Quma gələn zaman həyat yoldaşının namazı qəsrdir. Əlbəttə orada on gün qalmaq niyyəti olmasa.

Sual 773. Ərə gedən bir qız özünə vətən təyin etməkdə ərinə tabedirmi, yoxsa gərək özü müstəqil şəkildə qərara gəlsin. Əgər öz əsli vətəninə gedərsə vəzifəsi nədir?

Cavab: Qadın vətən təyin etməkdə ərinə tabe deyil, öz əsli vətənindən imtina etmədiyi surətdə orada öz namazını tamam qılmalı və orucunu da tutmalıdır.

Sual 774. Qadın vətən təyin etmək və ya vətəndən imtina etmək məsələsində ərinə tabedir, ya müstəqil ola bilər?

Cavab: Vətən məsələsində qadın ərinə tabe deyil və əri ilə bir yerdə onun yaşadığı yerdə yaşamaq istədiyi surətdə ərinin vətəni onun da vətəni hesab olur. Amma ərinin razılığı ilə, ya hətta ərinin razılığı olmadan başqa bir yerdə daimi yaşamaq istəsə, o yer onun vətəni sayılır.

Sual 775. Övlad vətən məsələsində, ya köçüb getməkdə atasının tabeçiliyindədir, yoxsa müstəqildir?

Cavab: Övlad müstəqil olmayana qədər vətən məsələsində öz hamisinə tabedir. Amma nə vaxt müstəqil yaşamağa başlasa özü üçün vətən təyin edə bilər və ya bir yerdən imtina edər.

Sual 776. Əgər insan başqa bir şəhərdən evlənsə, qadının vətəni öz şəhəridir, yoxsa ərinin yaşadığı şəhər?

Cavab: Ərinin niyyəti ömrünün axırına qədər öz vətənində yaşaması olsa və qadının da qəsdi ömrünün axırına qədər həyat yoldaşı ilə birgə onun şəhərində yaşamaq olsa, ərinin vətəni onun da vətəni hesab olunur, qadının öz şəhəri daha onun vətəni hesablanmaz.

Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin