ŞƏRİ suallara cavab



Yüklə 6,71 Mb.
səhifə38/47
tarix03.06.2018
ölçüsü6,71 Mb.
#52481
1   ...   34   35   36   37   38   39   40   41   ...   47

Ayət namazı


Sual 732. Ayət namazı ucadan qılınsın, ya ahəstə? Bu cəhətdən təklikdə, ya camaatla qılınan namaz arasında bir fərq varmı?

Cavab: Mükəlləf ayət namazını ahəstə ya ucadan qılmaqda ixtiyar sahibidir. Furada ya camaatla qılınmasında bir fərq yoxdur.

Sual 733. Qadın heyz ya nifas halında olan zaman ayət namazını vacib edən səbəblərdən biri baş verərsə bu qadının vəzifəsi nədir?

Cavab: Əgər günəş ya ay açılana qədər, yəni axır vaxta kimi qadın pak olmasa adət halında olduğu üçün namaz qıla bilməz, müstəhəbb ehtiyata əsasən pak olandan sonra qılsın. Ayət namazına səbəb olan sair şeylərə görə də belədir.

Sual 734. Bir ay bundan əvvəl baş verən zəlzələdən bu gün xəbər tutmuşam. Mənim öhdəmə ayət namazının məsuliyyəti, günün və ayın tutulmasının qəzası gəlir ya yox?

Cavab: Vacib ehtiyata görə zəlzələ kimi, ayət namazını da qılmaq lazımdır.

Sual 735. Zəlzələdən sonra baş verən kiçik titrəyişlərə görə ayət namazı lazımdır, yoxsa hamısı üçün bir namaz kifayət edər?

Cavab: Kiçik titrəyişlər həmin zəlzələnin davamıdırsa və ilk təkandan sonra el arasında onlar bir zəlzələ hesab olunsa, bir namaz kifayət edər. Amma el arasında iki, ya üç dəfə zəlzələ oldu–desələr, bu halda hər bir zəlzələ üçün bir namaz vacib olar.

Sual 736. Beynəlxalq mətbuat bürolarından elmi, ya astronomik hesablamalara görə ayın, ya günəşin tutulması haqqında məlumat alınsa, təsadüfən onlar tutulan zaman insan xəbərsiz ya yuxuda olsa tamamilə açılandan sonra yadına gəlsə, ya yuxudan oyansa, ayət namazını qılmaq lazımdırmı?

Cavab: Verilən suala əsasən əgər günəş ya ay tamam tutulubsa gərək ayət namazının qəzasını qılsın, əks halda vacib deyil. Bəli, əgər əvvəlcədən günəşin ya ayın tutulmasında xəbərdar olsaydı və o vaxt da unutsa və ya yuxuda olsa, bu halda ehtiyata əsasən ayət namazının qəzasını hətta onlar tamam tutulmasa da belə qılsın.

Fitr bayramı namazı


Sual 737. İmam camaat iki məsciddə camaat namazı qılır, fitr namazını da hər iki məsciddə qıla bilərmi?

Cavab: Vacib ehtiyatın xilafınadır.

Sual 738. Ruhani bir şəxs fitr bayramı namazını iki dəfə iki kənddə, ya iki məsciddə qıla bilərmi? Əgər caiz olmasa bu şəkildə əvvəllər qılınan namazların hökmü necədir?

Cavab: Bir İmam üçün bir neçə məsciddə fitr bayramı namazını qılmaq düzgün deyil, amma əvvəldə bu cür qıldığı namazlar səhihdir. Buna əlavə olaraq bayram namazını furada niyyəti ilə də qılmaq olar. Bir şəxs İslam dinində bir İmamın iki bayram namazı qıla bilməsinin mümkünlüyünü bilib, namazı iki dəfə qılsa caiz deyildir.

Sual 739. Zöhrdən sonra fitr bayramının olması sabit olsa, bayram namazını sonrakı gün qılmaq düzgündürmü?

Cavab: Bəli, rəvayətdə gəlmişdir ki, əgər ayın əvvəli zöhrdən sonra sabit olsa, bayram namazını ertəsi günü qılsınlar.

MÜSAFİRİN HÖKMLƏRİ

Həddi-tərəxxüs


Sual 740. «Həddi-tərəxxüs» nədir?

Cavab: Şəhərin divarlarının görünmədiyi və azan səsinin eşidilmədiyi bir yerdir. Həddi-tərəxxüs, yerlərin müxtəlifliyi cəhətindən yerin hamar və maneənin olub-olmaması baxımından məsələn, dağın olması kimi fərq edir.

Sual 741. Əvvəllər ayrı olan iki yaşayış məntəqəsi hal-hazırda genişlənərək bir-birinə birləşmişdi. Amma onların adları dəyişilməyib. Bu iki yerin əhalisi tərəxxüs həddini haradan hesablasınlar?

Cavab: Əgər onlar bir yaşayış yeri kimi tanınarsa, hətta iki ad daşısalar da belə, həddi-tərəxxüsü bir yerdən hesablasınlar.

Sual 742. Tehranda yaşayan bir şəxs Qum şəhərinə doğru gedərsə harada namazını qəsr qılmalı və orucunu iftar etməlidir? Əgər Rey şəhərinə çatsa namazı hansı hökmdədir?

Cavab: Vətəni Tehran olan surətdə, Tehranın axırıncı evlərindən Qum və Rey şəhərinə tərəf hərəkət edirsə, Tehranın axırıncı evlərinin görünmədiyi və sonuncu məhəllələrinin azan səsini eşitməsə namazını qəsr qılmalı və orucunu iftar etməlidir.

Sual 743. Əvvəllər bizim kəndimizin şəhərlə fasiləsi var idi. Amma indi inkişaf nəticəsində birləşərək bir olmuşlar. Səfər zamanı tərəxxüs həddini haradan hesablayaq? Habelə səfərdən qayıdanda şəhərə çatanda namazımız bütövdürmü?

Cavab: Ümumi halda həddi-tərəxxüsdə bir neçə kənd və şəhərin, ya iki şəhərin bir və ya bir neçə olması el arasında müəyyən olunur. Verilən suala əsasən, əgər kənd şəhərin bir hissəsi olsa və camaat - bu kənd şəhərə qarışıb, artıq bir şəhər hesab olunur - desələr, tərəxxüs həddi şəhərin axırından ölçülür. Amma camaat arasında iki müstəqil yer hesab olunursa, (Rey şəhəri və Baqirabad kəndi kimi) bu surətdə tərəxxüs həddi kəndin axırından hesablanır.

Sual 744. Bir şəxs səfər qəsdi ilə tərəxxüs həddindən kənarda yerləşən aeroporta gedir. Bilir ki, təyyarə havaya qalxandan sonra şəhərin üstündən keçəcəkdir. Aeroportda onun namaz və orucunun hökmü necədir?

Cavab: Verilən suala əsasən aeroportda bu şəxsin namazı qəsrdir və oruc tutmağı da səhih deyil. Qayıdan vaxtda da bu qayda ilədir.

ŞƏRİ MƏSAFƏ


Sual 745. Şəri məsafə nə qədərdir?

Cavab: Şəri məsafə səkkiz fərsəxdir; bu da 45 kilometrdən ibarətdir. Bir şəxsin gedib-qayıtması səkkiz fərsəx olsa, bu şərtlə ki, onun getməyi dörd fərsəxdən az olmasa, gərək namazını şikəstə qılsın.

Sual 746. Şəri məsafə haradan haraya kimi hesab edilir?

Cavab: El arasında axırıncı yer hesab olunan məkandan əvvəlinci yerin başlanğıcına qədər hesab olunur.

Sual 747. Mənim vətənim İsfahan şəhərinin ətrafındadır. İsfahana gedəndə şəhərin əvvəlinə kimi dörd fərsəx deyil, lakin mənim məqsədim olan (İsfahan bazarı kimi) yerə qədər dörd fərsəxdir. Namaz və orucum hansı hökmdədir? Əlbəttə həmin gün qayıtmaq fikrindəyəm.

Cavab: Verilən suala əsasən namaz tamam və oruc da səhihdir.

Sual 748. Kəndlə şəhər arasında məsafə var, amma yolun kənarında yarım kilometri əhatə edən mağaza və iş yerləri tikiblər. Buna görə şəri məsafə az hesablanır. Buyurasınız ki, bu yerlərdə şəri məsafə necə hesablanır və meyar nədir?

Cavab: Ümumiyyətlə meyar kəndlə şəhər, ya iki şəhər arasında olan fasilədir. Onlar arasında məsafə olsa namaz qəsrdir. Bu işdə meyar iki şəhərin sonuncu evlərinin arasında olan fasilədən ibarətdir və qeyd olunan maqazalar, zavodlar və tikinti obyektləri meyar deyil və hesablanmır.

Sual. 749. Səfərdə gərək başlanğıc (yəni vətən) və məqsəd arasındakı məsafə 22, 5 km olsun. Sual budur ki, bu məsafə boş bir düzənlik olsun, ya əgər bu məsafəni başqa bir şəhər doldurursa, yəni başlanğıc və məqsəd arasında bir şəhər yaransa kifayət edirmi? (Tehran və Baqirabad kimi ki, Rey şəhəri onların arasında yerləşib və şəri məsafəni doldurub.)

Cavab: Meyar iki yer arasında olan fasilədir. Bu fasilənin çöl, ya səhra olmasının heç bir fərqi yoxdur. Hətta orada şəhər, ya kənd də yerləşmiş olsa da.

Sual 750. Bir şəxs araşdırma aparandan sonra iş yeri ilə vətəni arasında olan məsafənin 4 fərsəxdən az olmasını yəqinləşdirir. Buna əsasən öz namazını tamam qılmış və orucunu da tutmuşdur. Bir neçə müddətdən sonra öz səhvini başa düşmüşdür ki, şəri məsafə 4 fərsəxdən çoxdur. Tamam qıldığı namazların və tutduğu orucların qarşısında vəzifəsi nədir?

Cavab: Bu şəxs səfərdə tamam qıldığı namazları qəsr qəza etsin və səfərdə tutduğu orucların da qəzasını tutsun.

Yüklə 6,71 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin