ШәР’и суаллара ҹаваб


Cavab: Əgər yuxu aparsa və işa namazı qəzaya getsə, müstəhəbbi ehtiyat odur ki, sabahısı oruc tutsun. Sual 5



Yüklə 1,08 Mb.
səhifə148/249
tarix04.01.2022
ölçüsü1,08 Mb.
#54587
1   ...   144   145   146   147   148   149   150   151   ...   249
Cavab: Əgər yuxu aparsa və işa namazı qəzaya getsə, müstəhəbbi ehtiyat odur ki, sabahısı oruc tutsun.

Sual 589. Bir şəxs öz namazlarını qəza etmək istəyir, azan və iqamə demək lazımdırmı?

Cavab: Vacib deyil, müstəhəbbdir. Hər dəfə qəzaya başlasa və bir azan və bir iqamə desə, sonra hər bir namaz üçün bir iqamə desə müstəhəbbə əməl etmiş olur.

Sual 590. Bir çoxları mübarək Ramazan ayının qədr gecələrində qəza namazlarını camaatla qılırlar. Qədr gecələrinin nafilələrini qılmaq fəzilətlidir, ya qəza namazını, onu camaatla qılmaq səhihdir, ya xeyr?

Cavab: Qəza namazlarını qılmaq daha mühümdür. Xüsusilə ehtimal verilsə ki, sonradan namazların qəzalarını qılmağa tovfiq tapmayacaq. Qəza namazı nafilə namazının yerini tutmur. Onu camaatla qılmaq o halda səhihdir ki, İmam-camaatın da qəza namazı olmuş ola, yaxud vəfat edən bir şəxsin niyyəti ilə namaz qılsın.

Sual 591. Ramazan ayının 19-21-23-cü gecələrində məscidə yığışan camaat adətən öz qəza namazlarını camaatla qılırlar. İmam-camaat da meyyitin isticari namazlarının qəzasını, ya öz namazlarını ehtiyata əsasən təkrar qılır. İmamın və mə’mumların ehtiyat etməsini onların keçmiş namazlarına xələl gətirməsinə ehtimal veriləcəyini fərz etsək, bu əməl səhihdirmi?

Cavab: Verilən suala əsasən nə təkcə səhih və işkalsızdır, hətta daha fəzilətli və daha üstündür. Mə’mumlar müəyyən olunmuş qəza namazlarını, İmam isə ehtiyata görə öz namazını təkrar qılırsa, iqtida etmək müşküldür.

Sual 592. Bə’zi vaxtlarda, xüsusilə qədr gecələrində bir gecə gündüz qəza namazını qılmaq istəyən şəxs bu cür niyyət edir ki, özünün qəza namazı varsa özü üçün olsun, əgər özünün qəza namazı yoxdursa, atası üçün, onun da qəzası yoxdursa anası üçün hesab olunsun; onların da qəza namazları yoxdursa bacısı üçün hesab olunsun, bu niyyətlə qılınan namaz səhihdirmi?

Cavab: Bəli bu niyyətlə yerinə yetirilən namaz və hər hansı bir ibadət zahirən səhihdir, iqtida edib camaatla qılmağın da işkalı yoxdur, amma İmam-camaat bu niyyətlə qala bilməz. Əvvəlki sualın cavabında deyilən yerlərdən başqa.

Sual 593. Yatağa düşən bir xəstənin özünü paklamağa hərəkəti yoxdur. Həmin nəcis paltar və bədənlə təyəmmüm edib namaz qılmışdır. Sağalandan sonra qıldığı namazları qəza etməlidirmi?


Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   249




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin