1) Imam (ə)-ın bərqərar etdiyi mühitin tamamilə azad bir mühit olması. Belə ki, hökumət barəsində hamı özünün müxtəlif rəy və fikirlərini aşkar edə bilirdi. Imam (ə)-ın qarşısında həm müvafiqlər, həm də müxaliflər öz əqidələrini bildirməkdə bərabər idilər, müxaliflər silaha əl atmayınca, silahlı qiyam etməyincə tam azadlığa malik idilər.
2) Peyğəmbər(s) sülaləsinin qorunub saxlanması. Quran o həzrətin sülaləsini "Kövsər" adlandırmışdır, onu qorumaq islamda ən mühüm vacib əməllərdəndir. Imam (ə) Müaviyə və sayı çox da az olmayan daxili müxalifətlə mübarizəni davam etdirsəydi, bu iş Həsənlə-Hüseynin (ə) şəhid olmalarına, Peyğəmbər (s)-in sülaləsinin kəsilməsinə, həmçinin imamətin aradan getməsinə səbəb olacaqdı. Imam Zaman (ə)-ın zühuruna kimi məsumların nəslinin qalıb davam etməsinə dair Allahın iradəsi Əli (ə)-ın həkəmiyyəti qəbul etməsini gərəkli edirdi. Bu məsələ həkəmiyyətin qəbul edilməsinin yeganə dəlili deyildi, amma Imam (ə)-ı bu işə vadar edən səbəblərdən biri sayılırdı.