ARA-SIRA HÜCUMLƏR
Nümayəndələrin göndərilməsi və məktublaşma Cəmadiyul-əvvəl ayının axırına qədər davam etdi. Bu müddət əzində ara-sıra hücumlar baş verirdi. Lakin bu hücumlar müharibəyə və ya qan axıdılmasına gətirib çıxarmamışdı, çünki, bu müddətdə şamlı və iraqlı qarilər vasitəçilik edərək, onları bir-birindən ayırırdılar.111
ƏBU-IMAMƏ VƏ ƏBUD-DƏRDA
Bu iki səhabə qan axıdılmasının qarşısını almaq üçün Müaviyənin yanına getdilər və ona dedilər: Nə üçün Əli ilə müharibə edirsən?
Müaviyə cavabında dəfələrlə Imam (ə)-dan və onun dostlarından eşitdiyi elə həmin bəhanələri gətirdi. O iki səhabə Müaviyənin sözlərini Imam (ə)-a çatdırdılar. Bu dəfə Imam (ə) Müaviyəyə başqa cür cavab verdi: öz köməkçiləri arasında belə bir xəbər yaydı ki, Müaviyə xəlifənin qatillərini istəyir. Gözlənilmədən hamısı başdan-ayağa zirehli paltar geymiş, gözlərindən başqa hər yeri bürünmüş iyirmi mindən artıq adam çölə axışdı, hamısı da xəlifənin qatili olmasını iddia etdi.112
Vəziyyəti belə görən o iki səhabə hər iki ordunu tərk etdilər ki, müharibənin şahidi olmasınlar. Amma onların haqqı aydınlaşdırmaq üçün səy göstərmələri və haqqı müdafiə etmələri daha yaxşı olardı.
36-cı ilin rəcəb ayı gəlib çatdı, pərakəndə həmlələr dayandı. Müaviyə iki qoşunun arasında məskən salmış Quran qarilərinin Əli (ə)-a qoşulacağından qorxurdu, buna görə də Imam (ə)-ın ordusunda qarışıqlıq yaratmaq məqsədilə islam müharibələri tarixində misli çox az görünən bir hiyləyə əl atdı.
Dostları ilə paylaş: |