Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə65/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   61   62   63   64   65   66   67   68   ...   162

IMAM (ə)-IN ÇIXIŞI


Müaviyənin məkr işlətməklə, özünü dindarlığa vurmaqla şamlıları mübarizəyə dəvət etməsi xəbəri Imam (ə)-a çatdıqda hamının bir yerə yığışmasına dair göstəriş verdi. Ravi deyir: Imam öz kamanına söykənmiş və Peyğəmbərin dostlarını ətrafına yığmışdı. O, camaatı Peyğəmbər səhabələrinin onun ətrafında olmasından agah etmək istəyirdi. O, Allaha həmd-səna etdikdən sonra dedi:–"Camaat! Sözlərimə qulaq asın, yadda saxlayın ki, özünü bəyənməyin mənşəyi əmr və fərmandan çıxmaq, lovğalığın mənşəyi isə kibr və özünü görməkdir. Şeytan sizə puç və batil vədələr verən bir düşməndir. Agah olun: müsəlman müsəlmanın qardaşıdır. Nalayiq sözlər danışmayın və (bir-birinizə) köməyinizi əsirgəməyin. Şəriət bir, onun yolları da düzdür. Hər kəs o yolu tutsa, ona qoşar və hər kəs o yolu tərk etsə, ondan çıxmış olar. Hər kəs də ondan ayrılsa, məhv olmuşdur. Əmanətdar sayılan, lakin xəyanət edən, yaxud vədə verib ona əməl etməyən, danışanda yalan danışan adam müsəlman deyildir. Biz rəhmət ailəsiyik, sözlərimiz doğru, əməllərimiz üstündür. Peyğəmbərlərin sonuncusu da, islamın rəhbərliyi də, Allah kitabının qariləri də bizdəndir. Mən sizi Allaha və Peyğəmbərə, həmçinin Allah düşmənləri ilə cihada, Onun yolunda müqavimət göstərməyə, razılığını kəsb etməyə, namaz qılıb, zəkat verməyə, Allah evini ziyarət etməyə, Ramazan ayının orucunu tutmağa, beytül-malı onun öz sahiblərinə çatdırmaqda çalışmağa dəvət edirəm. Dünyanın qəribə işlərindən biri də budur ki, əməvi sülaləsindən olan Müaviyə və Əmr As camaatı dindarlığa təşviq etməyi qərara almışlar. Bilirsiniz ki, mən Peyğəmbərlə heç vaxt müxalifət etməmişəm, qəhrəmanların qorxudan geri çəkilib bədənləri lərzəyə düşdüyü vaxt mən canımı ona qalxan etmişəm. Allaha şükürlər olsun ki, məni bu fəzilətlə əziz etdi. Allahın Rəsulu, başı mənim sinəmdə olan halda can verdi. Ona təklikdə qüsl verdim; mələklər onun pak cəsədini o yana-bu yana döndərirdilər. Allaha and olsun ki, hansısa bir ümmət öz peyğəmbərlərinin vəfatından sonra ixtilafa düçar olublarsa, (həmin vaxt) batil əhli haqq əhlinə qələbə çalıbdır.131

Bu zaman o həzrətin imanlı dostu və vəfalı silahdaşı Əmmar camaata dedi:–Imam sizə bunu bildirmək istəyir ki, ümmət nə işin əvvəlində düzgün yol seçdilər, nə də axırında.

Ibni Müzahimin yazdığından aydın olur ki, Imam (ə) bu sözləri səfər ayının altısında, bazar ertəsi günü (axşamçağı) buyurmuş, axırda da fitnə-fəsadın kökünü kəsmək üçün ordunun hərtərəfli hücuma keçməsini istəmişdi.

Imam (ə) səfərin yeddisində, çərşənbə axşamı günü ordunu kütləvi hücum üçün hazırladı və bir xütbə söyləyərək döyüş taktikasını bəyan etdi.



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin