Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


MÜAVIYƏNIN CAVABININ TƏHLILI



Yüklə 249,24 Kb.
səhifə61/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   57   58   59   60   61   62   63   64   ...   162

MÜAVIYƏNIN CAVABININ TƏHLILI


Müaviyə dəlil gətirərkən vahid bir mövqe seçmir, hər dəfə şəraitə uyğun şəkildə danışırdı. Bəzən Imam (ə)-ın qatil olmasına israr edirdi. Amma bu dəfəki danışıqlarda Osmanın qətlində o həzrətin şərik olmadığını qəbul etdi. Lakin Imam (ə)-ın xəlifənin qatillərini ona təhvil verməsinə dair israr edirdi. Halbuki onun belə bir məsələni (intiqam almağı) irəli çəkməyə heç bir səlahiyyəti yox idi. Çünki o nə xəlifənin varisi idi, nə də müsəlmanların hakimi. "Qatillər təhvil verilməlidir" deyə təkid etməkdə məqsədi yalnız Imam (ə)-ın ordusunda ikitirəlik yaratmaq idi. O bilirdi ki, xəlifənin zülmkar məmurlarının əlindən cana gələn və xəlifənin qətlindən sonra Əli (ə)-la beyət edən Iraq, Misir və Hicaz inqilabçıları elə xəlifənin qatilləridir. Bu böyük qrupu tutub təhvil vermək qeyri-mümkün bir iş olmaqla yanaşı, dövlətin süqut etməsindən, qiyamların baş qaldırmasından başqa bir nəticəsi də olmayacaqdı. Müaviyə bu müzakirələrdə xəlifənin qatillərinin təhvil verilməsini özünün mərkəzi hökumətə tabe olması üçün kafi hesab edirdi. Halbuki öz sözlərinin birində israr edirdi ki, hakimiyyət məsələsi hökmən müxtəlif məntəqələrdə yaşayan ənsar və mühacirdən təşkil olunan şura yolu ilə həll edilməlidir. Bu cür ziddiyyətli sözlər onun hər bir şəraitə uyğun olaraq öz fikrini dəyişməsinə aşkar dəlildir.

Indi isə Müaviyənin Əli (ə)-ın nümayəndələri ilə apardığı müzakirənin davamını qeyd edirik. Şibs ibni Ribi dedi:–Ey Müaviyə, səni and verirəm bir olan Allaha, əgər Əmmar Yasiri sənə versələr, onu öldürərsənmi? Halbuki Peyğəmbər (s) Əmmarın barəsində "Onu ən zülmkar qövm öldürəcəkdir" - deyə buyurmuşdu.

Müaviyə dedi:–Allaha and olsun, əgər Əli Süməyyənin oğlu Əmmarı mənim ixtiyarımda qoysa, onu Osmanın qulamı Nailin əvəzində öldürərəm!

Şibs dedi:–Yerin-göyün Allahına and olsun ki, ədalətli yol seçməmisən! Tək olan Allaha and olsun ki, heç vaxt Süməyyənin oğlunu öldürə bilməzsən! Əgər bu işi görmək istəsən, onda gərək başlar bədəndən ayrılsın və yer özünün bu qədər genişliyi ilə sənə dar gəlsin.

Müaviyə dedi:–Yer mənə dar gəlsə, sənə məndən də çox dar gələr!

Bu yerdə danışıqlar sona çatdı və nümayəndələr heç bir müsbət nəticə əldə edilmədən, Müaviyənin təfəkküründə azacıq belə dəyişiklik hasil olmadan geri qayıtdılar. Müaviyə Ziyad ibni Həfsəni çağırdı və onun əqidəsinə təsir edə biləcəyini fikirləşdiyi üçün təklikdə söhbət etmək istədiyini bildirdi.

Müaviyə dedi:–Əli qohumluq əlaqələrini kəsmiş, bizim imamımızı (Osmanı) öldürmüş, onun qatillərini gizlətmişdir. Sən gəl öz qəbilə və qohum-əqrəbanla birlikdə bizə kömək et. Söz verirəm ki, qələbədən sonra iki böyük şəhərin (Kufə və Bəsrənin) hansının hakimliyini istəsən sənə verim.

Ziyad ibni Həfsə dedi:–Pərvərdigarım tərəfindən olan dəlil və Onun mənə verdiyi nemətlərə görə heç vaxt cinayətkarlara arxa durmaram!118

Bu sözləri deyib Müaviyənin yanından çıxdı. Əmr As da bu müzakirələrdə iştirak edirdi. Müaviyə ona dedi: Biz onların hansı biri ilə danışırıqsa, çox yaxşı cavab verir. Hamısının ürəyi bir ürək kimidir, məntiqləri də birdir.119


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin