Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IKI KEÇMIŞ SIYASƏTBAZIN HƏMKARLIĞI



Yüklə 249,24 Kb.
səhifə7/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   2   3   4   5   6   7   8   9   10   ...   162

IKI KEÇMIŞ SIYASƏTBAZIN HƏMKARLIĞI


Nəhayət Bəni-Səhm tayfasının, eləcə də öz əsrinin tanınmış siyasətbazı və siyasətdə hər şeyi rəva görən, heç bir əxlaqi normalara riayət etməyən Əmr As dünyanı axirətdən üstün tutdu, qocalıq çağlarında yenidən Misrə hökmranlıq etmək sevdası ilə Fələstindən Şama yola düşdü. O, Müaviyənin onun tədbir və siyasətinə ciddi ehtiyaclı olduğunu yaxşı bildiyinə görə onunla həmkarlıq edəcəyinə dair verdiyi iltizamın əvəzində Müaviyədən ağır məbləğdə pul almağa cəhd edirdi.16

Müzakirə zamanı Müaviyənin rəğbətini mümkün qədər qazanmaq üçün istədiklərini daha çox saf-çürük edirdi. Ilk müzakirədə Müaviyə üç çətin məsələni irəli çəkdi ki, onların içərisində, Əli (ə)-ın Şama həmlə etmək üçün hazırlaşması onu hər şeydən çox narahat etmişdi. Bu müzakirəni Nəsr ibni Müzahimin "Tarixi-Siffeyn" kitabından olduğu kimi nəql edirik:

Müaviyə:–Bir neçə gündür ki, üç məsələ məni çox narahat edir. Həmişə onların barəsində fikirləşirəm. Bunların çıxış yollarını mənə göstər.

Əmr As:–Bu üç çətin məsələ hansılardır?

Müaviyə:–Məhəmməd ibni Əbu Hüzeyfə Misir zindanından qaçmışdır. O, dinə qarşı (əslində Müaviyənin hökumətinə qarşı!) bir bəladır.

Izah: Osmanın xilafəti dövründə Misrin idarə olunması Əbdüllah ibni Səd ibni Əbi Sərhəyə tapşırılmışdı. Məhəmməd ibni Əbi Hüzeyfə camaatı dövrün hakiminə qarşı qiyama səsləyən şəxslərdən biri idi. Osmanın qətlindən sonra onun təyin etdiyi hakim camaatın qorxusundan öz yerinə bir nümayəndə qoyub Misirdən qaçdı. Amma Əbu-Hüzeyfənin oğlu camaatı hakimin nümayəndəsinin əleyhinə qiyama səslədi və nəhayət, onu Misirdən çıxartdı, hakimiyyəti öz əlinə aldı. Imam (ə)-ın xilafətinin əvvəllərində Misrin idarə olunması Qeys ibni Sədə tapşırılmış, Məhəmməd işdən götürülmüşdü. Müaviyə Misri öz hakimiyyəti altında keçirəndə Məhəmmədi həbs etdi, lakin o dostları ilə birlikdə zindandan qaçdı. Bəli, Məhəmməd ibni Əbu Hüzeyfə mahir hərbçi və çevriliş törədən bir şəxs idi. Özü də Müaviyənin dayıoğlusu idi.17

Əmr As:–Bu məsələ çox da əhəmiyyətli deyildir. Sən bir dəstə adam göndərə bilərsən ki, onu ya öldürsünlər, ya da tutub sənə təhvil versinlər. Onu ələ keçirə bilməsən də narahat olma, çünki, o, hakimiyyəti səndən ala biləcək qədər təhlükəli adam deyildir.

Müaviyə:–Roma padşahı Qeysər, bir dəstə qoşunla Şama tərəf hərəkət etmək, bu vilayəti bizdən almaq üçün hazırlaşır.

Əmr As:–Qeysərlə əlaqədar çətinliyi çoxlu hədiyyələr–romalı qullar, kənizlər və qızıl-gümüş qablar göndərməklə həll edib onu dinc yanaşı yaşamağa dəvət etməlisən. Tezliklə bu işə bir əncam çəkiləcəkdir.

Müaviyə:–Əli Kufədə düşərgə salıb bizə tərəf hərəkət etməyə hazırlaşır. Bu müşkül barəsində fikrin nədir?

Əmr As:–Ərəblər heç vaxt səni Əli ilə bərabər tutmazlar. Əli müharibənin qayda-qanunlarını bilir. Qüreyş tayfasında onun misli-bərabəri yoxdur. O, əlində olan hökumətin həqiqi sahibidir. Amma ona zülm edib haqqını əlindən ala bilərsən.

Müaviyə:–Mən istəyirəm ki, sən də onunla müharibə edəsən, çünki o, Allah hökmünün əksinə əməl edib xəlifəni öldürmüş, fitnə qoparmış, cəmiyyətin birliyini pozmuş və qohumluq əlaqələrini kəsmişdir!

Əmr As:–Allaha and olsun, sən şərəf və fəzilətdə Əli ilə əsla bərabər deyilsən! Səndə nə onun mühacirət fəziləti var, nə onun Peyğəmbərlə müsahib olması, nə onun müşriklərlə cihad etməsi, nə onun elm və dərrakəsi, nə də onun digər fəzilətləri. Allaha and olsun, Əlinin iti fikri, saf zehni, yorulmaz səyləri var. O, fəzilətli və səadətli, Allah yanında sınaqdan və imtahandan çıxmış bir adamdır. Belə bir fəzilətli şəxslə vuruşmaq üçün nə qədər qiymət qoyursan ki, səninlə həmkarlıq edim? Özün bilirsən ki, bu həmkarlıqda necə xətərlər vardır!

Müaviyə:–Ixtiyar sahibisən. De görüm nə istəyirsən?

Əmr As:–Misrin hakimiyyətini.

Müaviyə son dərəcə hiyləgərliklə dünya-axirət məsələsini irəli çəkərək dedi:–Mən istəmirəm ki, ərəblər sənin dünyəvi qərəzlər naminə bizə qoşulduğunu fikirləşsinlər. Çox yaxşı olardı ki, onlar sənin Allah rizasına və axirət savabına görə bizə kömək etməyini təsəvvür etsinlər. Heç vaxt əhəmiyyətsiz dünya malı axirət mükafatları ilə bərabər deyildir!

Əmr As:–Bu sözləri boşla!18

Müaviyə:–Mən istəsəm səni aldada bilərəm.

Əmr As:–Mənim kimilər aldanmazlar. Mən sənin təsəvvür etdiyindən çox-çox ayığam.

Müaviyə:–Yaxına gəl, qəlbimin sirrini sənə deyim.

Əmr As ona yaxınlaşdı, qulağını Müaviyənin ağzına yaxınlaşdırdı ki, onun sirlərini eşitsin. Birdən Müaviyə onun qulağını dişləyib dedi:–Indi gördünmü ki, mən səni aldada bilərəm?! Sən bilirsən ki, Misir də Iraq kimi böyük vilayətdir?!

Əmr As:–Bəli, bilirəm! Misir mənim olanda Iraq da sənin olacaqdır. Halbuki Iraq əhalisi Əliyə itaət edir, onun qoşununda müharibəyə hazırdırlar.

Onlar söhbətə məşğul ikən Müaviyənin qardaşı Ütbə ibni Əbu-Süfyan onların yanına gəlib dedi:–Müaviyə! Nə üçün Misir vilayətini Əmr Asa verməklə onu ələ almırsan? Kaş elə bu Şamın hakimiyyəti sənin üçün qalardı və heç kim sənə mane olmazdı!

Sonra bir şer oxuyaraq Əmr Asın Müaviyə ilə həmkarlıq etməsinin mahiyyətini açıqladı. O şerin bir beytinin məzmunu belə idi:


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin