Sual 33. Elektroliz. Duzların ərintidə və məhlulda elektrolizi
Elektroliz prosesində elektrik enerjisi kimyəvi enerjiyə çevrilir. Elektrolitdən (məhlulda və ya əridilmiş halda) sabit elektrik cərəyanı keçdikdə, elektrodlarda baş verən oksidləşmə və reduksiya nəticəsində maddələrin ayrılması ilə gedən proseslərə elektroliz deyilir. Katod səthində reduksiya, anod səthində oksidləşmə prosesi baş verir. Qalvanik elementlərdən fərqli olaraq elektroliz prosesində mənfi elektrod katod, müsbət elektrod isə anod olur.
Ərintidə (-)katod ←Na+ + Cl-→ anod(+) / \ Na+ + e = Na0 2Cl- - 2e = Cl2 2NaCl→ 2Na0 + Cl20 Məhlulda (-)K ← NaCl + H2O → A(+) / \ 2H2O + 2e = H2 + 2OH - 2Cl - - 2e = Cl2 2NaCl + 2H2O → H2 + 2NaOH + Cl2 Anion oksigenli olduqda, K2SO4 məhlulu misalında elektroliz prosesi aşağıdakı sxem üzrə gedir:
(-) K K2SO4 + H2O A (+) / \ 2H2O + 2e = H2 + 2OH- 2H2O -4e = 4H+ + O2 K2SO4 + 2H2O = 2H2 + O2 + K2SO4
Sual 34. Elektroliz. Faradeyin l və ll qanunu Elektroliz zamanı ayrılan maddənin kütləsilə elektrolitdən keçən cərəyanın miqdarı arasındakı asılılığı öyrənərək ingilis fiziki M.Faradey elektrolizin iki qanununu kəşf etmişdir.