Qatılıq,həll olan maddə ilə həlledicinin miqdar nisbətini əks etdirir.Məhlulun vahid həcmində həll olmuş maddə miqdarına qatılıq deyilir.Məhlulun qatılığını müxtəlif üsullarla ifadə edirlər.
Faizlə qatılıq.Məhlulun faizlə qatılığl onun 100q-da həll olan maddənin qramlarla miqdarı ilə ifadə olunur.
C% = (m / m1)·100 C% - məhlulun faizlə qatılığı; m – həll olan maddənin kütləsi; m1 – məhlulun kütləsidir. Molyar qatılıq (CM). Həll olmuş maddə miqdarının məhlulun həcminə olan nisbətinə onun molyar qatılığı deyilir. Məhlulun molyar qatılığı onun 1 litrində həll olmuş maddə mollarının sayı ilə ifadə olunur.
CM = n / V Burada; n – həll olmuş maddənin mollarının sayı; V – məhlulun həcmidir.
n = m / M olduğundan CM = m / M · V olar.
Molyal qatılıq. Məhlulun molyal qatılığı 1000q həlledicidə həll olmuş maddənin mollarının sayını göstərir.
Cm= ( m / M· m1 )·1000 m- həll olan maddənin küt., m1- həlledicinin küt. M- isə həll olan maddənin molekul kütləsidir.
Normal qatılıq. Məhlulun normal qatılığı onun 1 litrində həll olmuş maddə ekvivalentlərinin sayını göstərir. CH = m / E·V Titrli qatılıq.Məhlulun bir millilitrində həll olan maddənin qramlarla miqdarına məhlulun titri deyilir.
T= CH ·E /1000
Həlledici ilə həll olan maddə hissəciklərinin əks istiqamətli hərəkəti nəticəsində bir-birində bərabər paylanmasına diffuziya deyilir. Təcrübədə birtərəfli diffuziya hadisəsinə də təsadüf edilir. Bu, o zaman mümkündür ki, müxtəlif qatılıqlı iki məhlul, yaxud məhlul ilə həlledici yarımsızdırıcı pərdə vasitəsilə bir-birindən ayrılmış olsun. Belə pərdə həlledicinin molekullarını keçirir, həll olan maddə hissəciklərini isə keçirmir. Yarımsızdırıcı pərdə heyvan və bitki mənşəli ola bilər. Misal olaraq, heyvan mənşəli pərdəni, bağırsaq və mədə divarlarını, bitki hüceyrələrini və s. Göstərmək olar. Təcrübədə, adətən, süni yolla hazırlanmış yarımsızdırıcı pərdələrdən də istifadə olunur. Süni yarımsızdırıcılara perqament kağızını və selofanı göstərmək olar. Həlledicinin birtərəfli diffuziyası nəticəsində yaranan təzyiqə osmos təzyiqi deyilir.
Vant – Hoff müəyyən etmişdir ki, qeyri- elektrolitlərin duru məhlullarının osmos təzyiqini Mendeleyev- Klapeyron tənliyinə əsasən hesablamaq olar: