Sabit temperaturda gedən reaksiyaların sürəti, reaksiyaya daxil olan maddələrin qatılıqları hasili ilə düz mütənasibdir. A + B = AB υ = k ∙ [A] ∙ [B] υ – reaksiyanın sürəti; [A] [B] – A və B maddələrinin molyar qatılığı; k – reaksiyanın sürət sabitidir.
mA + nB = pC υ = k [A]m ∙ [B]n υ = k mCA ∙ nCB Əgər reasiyaya daxil olan maddələrdən biri bərk halda olarsa, reaksiyanın sürəti qaz və ya mayenin qatılığından asılıdır.
C + O2 = CO2υ = k ∙ [O2]
Sual 22. Kimyəvi tarazlıq. Dönən və dönməyən reaksiyalar. Le-Şatelye prinsipi. Kimyəvi reaksiyalar dönən və dönməyən olur. Yalnız bir istiqamətdə gedən reaksiyalara dönməyən reaksiyalar deyilir. Reaksiyanın bir istiqamətdə axıra qədər getməsi üçün alınan məhsullardan biri qaz və ya çöküntü halında ayrılmalı, yaxud zəif elektrolit olmalıdır. ( Bertolle qaydası). Kimyəvi reaksiyaların əksəriyyəti dönəndir. Eyni şəraitdə bir-birinə əks olan iki istiqamətdə gedən kimyəvi reaksiyalara dönən reaksiyalar deyılır.Dönən prosesdə düzünə və tərsinə gedən reaksiyaların sürətinin bərabərləşdiyi hala kimyəvi tarazlıq deyilir.
Tarazlığın yerdəyişməsi Le- Şatelye prinsipinə görə müəyyən olunur (1884): Sistem tarazlıqda olduqda, xarici şəraiti müəyyən edən kəmiyyətlərdən birini dəyişdikdə, sistemin tarazlığı həmin şəraitin təsir effektinin azalması istiqamətində öz yerini dəyişir. Sual 23. Kimyəvi tarazlığa tempraturun, qatılığn və təzyiqin təsiri. Qatılığın təsiri. Dəmir 3- xloridə kalium-rodanidlə təsir etdikdə al-qırmızı rəngli dəmir 3- rodanid əmələ gəlir:
FeCl3 + 3KCNS = Fe (CNS)3 + 3KCl Sistemə FeCl3 əlavə etsək tarazlıq sağa doğru yerini dəyişər. Bunu məhlulun rəngininin tündləşməsi ilə müşahidə etmək olar. Əksinə, reaksiya məhsullarından birinin qatılığını artırdıqda tarazlıq sola doğru yerini dəyişər və dəmir 3- rodanidin qatılığı azaldığından məhlulun rəngi açıqlaşar.