Reaksiyaların sürətindən və mexanizmindən bəhs edən təlimə kimyəvvi kinetika deyilir. Reaksiya nəticəsində alınan maddə miqdarının vahid zamanda dəyişməsinə reaksiyanın sürəti deyilir. Bir fazadan ibarət olan sistemə homogen, müxtəlif fazalardan ibarət olan sistemlərə isə heterogen sistem deyilir. Homogen reaksiyanın sürəti vahid zamanda sistemin vahid həcmində reaksiyaya daxil olan maddənin miqdarı ilə ölçülür. υhomog. = Δn / V Δt Heterogen reaksiyanın sürəti isə vahid zamanda sistemin bərk fazasının vahid səthində reaksiyaya daxil olan maddələrin miqdarı ilə ifadə olunur.
υheterog. = Δn / S Δt
Sual 20. Kimyəvi reaksiyaların surəti və ona tempraturun təsiri. Vant-Hoff qaydası. Reaksiyanın sürətinə təsir edən əsas amillər sırasına qatılıq, temperatur, katalizator, qaz halında maddələr üçün isə təzyiq daxildir. Reaksiya sürətinin temperaturdan asılılığı Vant-Hoff qaydası ilə müəyyən edilir:
Sabit qatılıqda temperaturun hər 100 C artması əksər homogen reaksiyaların sürətini 2 – 4 dəfə artırır. Qaydanın riyazi ifadəsi aşağıda göstərilir: υt2 = υt1 γ t2 – t1 / 10 υt1 və υt2 reaksiyanın t1 və t2 temperaturundakı sürətləri; γ isə reaksiya sürətinin temperatur əmsalıdır. Reaksiya sürətinin temperaturdan asılılığı dəqiq olaraq Arrenius tənliyi ilə ifadə edilir:
k = A∙ e – EA / RT
Reaksiyanın sürətinə təsir edən amillər sırasına qatılıq, tempratur, katalizator, təzyiq daxildir.Reaksiya sürətinin qarşlıqlı təsirdə olan maddələrin qatılıqlarından asılılığı 1867 – ci ildə Norveç alimləri K.Quldberq və P.Vaage tərəfindən müəyyən edilmiş Kütlələrin təsiri qanunu ilə ifadə olunur: