Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu


Sual 13. Kvant ədədləri. Maqnit və spin kvant ədədləri



Yüklə 98,2 Kb.
səhifə6/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   2   3   4   5   6   7   8   9   ...   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

Sual 13. Kvant ədədləri. Maqnit və spin kvant ədədləri


Elektronun atomda energetik halını müəyyən etmək üçün atom spektrləri və 4 kvant ədədindən isdifadə olunur:
1. Baş kvant ədədi (n)
2. Orbital kvant ədədi (l )
3. Maqnit kvant ədədi (ml )
4. Spin kvant ədədi (ms)

Maqnit kvant ədədi. Maqnit kvant ədədi (ml) orbitalların fəzada istiqamətlənməsini göstərir. Xarici maqnit sahəsinin təsiri elektronun atomda energetik vəziyyətini dəyişir, yəni yarımsəviyyələr daha kiçik yarımsəviyyələrə (orbitallara ) ayrılır ki, bu da spektr xətlərinin sayca çoxalması ilə aşkar edilir. Maqnit kvant ədədi orbital kvant ədədindən asılı olaraq + l, 0, - l intervalında dəyişir. l=0, ml = 0 olur.
Spin kvant ədədi. Elektron nüvə ətrafında müəyyən orbitallar üzrə fırlanmaqla yanaşı, öz oxu ətrafında da fırlanır. Elektronun vəziyyətini tam müəyyən etmək üçün dördüncü kvant ədədindən istifadə edilməlidir. Elektronun məxsusi hərəkət miqdarı momenti spin adlanır (spin ingiliscə fırlanma deməkdir.) O, vektor kimi oxla ( ) göstərilir. Elektronun fırlanma istiqamətindən asılı olaraq spin kvant ədədi iki cür qiymət alır: ms = ± ½ . Elektronlar əks-spinli ( ) və paralel spinli ( ) ola bilər. Elektronlardan əks spinlilər qoşalaşmış, paralel spinlilər isə qoşalaşmamış (tək ) elektronlar adlanır.

Sual 14. Pauli prinsipi. Hund qaydası


Elektronların atom orbitallarında paylanmasını tam xarakterizə etmək üçün kvant ədədlərindən başqa Pauli prinsipini və Hund qaydasını da bilmək lazımdır. İsveç alimi Pauli kvant səviyyələrində elektronların mümkün olan sayını müəyyən edən prinsip vermişdir: Atomda bütün kvant ədədlərinin qiyməti eyni olan 2 elektron yerləşə bilməz. Bu elektronlar kvant ədədlərindən heç olmazsa biri ilə fərqlənməlidir. Hər bir orbitalda əks spinli iki elektron ola bilər. Orbitalların sayı hər bir yarımsəviyyədə 2l+1, kvant səviyyəsində isə n² olduğundan Pauli prinsipinə görə həmin səviyyələrdə elektronların maksimal sayı 2(2l+1) və 2n² olmalıdır.
Hund qaydası. Kvant yarımsəviyyələrində orbitalların elektronla dolması Hund qaydası ilə müəyyənləşdirilir.

Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin