Kimyanın ilkin qanunları stexiometrik qanunlar adı ilə məlumdur və bunlardır:
1805-ci ildə Fransız alimi Gey-Lüssak reaksiyaya daxil olan və reaksiya nəticəsində əmələ gələn qazların həcmlərinin dəyişməsini öyrənərək həcm nisbətləri qanununu kəşf etmişdir. Qanun belə ifadə olunur:
Reaksiyaya daxil olan və reaksiya nəticəsində alınan qazların həcmlərinin bir-birinə nisbəti sadə tam ədədlərin nisbəti kimidir.
Bu qanun 1811-ci ildə İtaliyan alimi Avoqadro tərəfindən kəşf edilmişdir.
Eyni şəraitdə müxtəlif qazların bərabər həcmlərində bərabər sayda hissəciklər olur. 1. Normal şəraitdə qaz halında olan müxtəlif maddələrin bir mol miqdarının həcmi eyni olub, 22,4 litrə bərabərdir. Bu həcm qazların molyar həcmi adlanır.
2. Qazların 22,4 litrində və həmçinin istənilən maddənin bir mol miqdarında olan molekul və ya atomların sayı Avoqadro ədədi ( NA = 6,02·1023 mol-1 ) adlanir. 3. Bir qazın kütləsinin digər qazın kütləsinə olan nisbəti, birinci qazın ikinci qaza görə nisbi sıxlığı deyilir.
p1 / p2 = m1 / m2 = M1 / M2 Qazların nisbi sıxlığı D ilə işarə olunur. D = M1 / M2 Qaz halında olan maddələrin molekul kütləsi onların hidrogenə görə sıxlığının iki mislinə bərabərdir.