Elektron stasionar orbitlərdə fırlanan zaman enerji şüalandırmır. O, yalnız bir stasionar haldan digərinə keçdikdə ya enerji şüalandırır, ya da udur. Enerjinin dəyişməsi kvantlarla baş verir və orbitlərin enerji fərqinə bərabər olur. Nüvədən daha uzaq kvant səviyyəsinin enerjisi E2, nüvəyə yaxın yerləşən səviyyəninki isə E1 ilə göstərilir.
𝞓 E = E2 – E1 = hv Burada: E1 və E2 – elektronun müvafiq kvant səviyyələrində kinetik və potensial enerjilərinin cəmini göstərir: E = Ek + Ep
Elektronun atomda energetik halını müəyyən etmək üçün atom spektrləri və 4 kvant ədədindən isdifadə olunur:
1. Baş kvant ədədi (n) 2. Orbital kvant ədədi (l ) 3. Maqnit kvant ədədi (ml ) 4. Spin kvant ədədi (ms) Baş kv ədədi enerji səviyyələrində elektron buludun enerjisini və ölçüsünü müəyyən edir. O tam qiymətlər alır və elektronun şüalanmasının diskret xarakterini əks etdirir. Nüvəyə yaxın olan elektronların enerjisi az, uzaq olanların enerjisi isə çox olur. Nüvədən olan məsafə artdıqca elektron buludun ölçüsü də atrır. Kvant səviyyələri bir birindən fərqləndrmək üçün onlar latın əlifbasının böyük hərflərilə işarə olunurlar:
n: 1 2 3 4 5 6 7
Kvant səv: K L M N O P Q
Orbital kvant ədədi. Orbital kvant ədədi (l ) baş kvant ədədinin qiymətlərinə uyğun gələn enerji səviyyələrinin yarımsəviyyələrdən təşkil olunduğu və orbitalların formasını göstərir. Orbital kvant ədədi sıfırdan başlayaraq n-1-ə qədər tam qiymətlər alır və onun hər bir qiymətinə uyğun gələn yarımsəviyyələr, eləcə də orbitallar latın əlifbasının s, p, d, f, g və s. kiçik hərfləri ilə işarə edilir.