Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 98,2 Kb.
səhifə27/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   ...   19   20   21   22   23   24   25   26   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

Kimyəvi xassələri. Mis az aktiv metaldır.
Cu + 2H2SO4(qatı) → CuSO4 + SO2 + 2H2O
3Cu + 8HNO3(duru) → 3Cu(NO3)2 + 2NO + 4H2O
Cu + 4HNO3(qatı) → Cu(NO3)2 + 2NO2 + 2H2O
Cu2O. Mis 4000-5000C-də qızdırdıqda qara rəngli CuO alınır.11000C-də o, mis 1-oksidə və oksigenə parçalanır.
4CuO → 2Cu2O + O2
CuO. Mis(ıı) oksid misin oksigenlə reaksiyasından və ya mis(ıı) hidroksidin parçalanmasından alınır.
2Cu + O2 → 2CuO
Cu(OH)2 → CuO + H2O
Cu(OH)2. Mis-2 oksid suda həll olmur.Ona uyğun gələn hidroksid dolayı yolla çöküntü şəklində alınır.
CuSO4 + 2NaOH → Cu(OH)2 + Na2SO4
Cu2O3. Mis-3 oksid 200C-də KClO ilə Cu(OH)2-nin təsirindən alınır.
2Cu(OH)2 + KClO → Cu2O3 + KCl + H2O
Mis-3 oksid qırmızı rəngli kristal maddədir.Turşularla həll olur.750C-də yüksək tem. parçalanır.Qüvvətli oksidləşdiricidir.
Tətbiq sahələri. Mis xalq təsərrüfatının bütün sahələrində tətbiq edilir. İstehsal
olunan misin 40-50% elektrotexnikada istifadə olunur. Misin ən mühüm ərintiləri
bürünc və tuncdur.
Bürünc ( Cu + 45% Zn)
Tunc ( Cu + 10% Sn)
Tompak ( 90% Cu + 10% Zn)
Alüminium tuncundan xırda pul, berillium tuncundan isə saat mexanizmləri, müxtəlif yaylar hazırlanır.

Sual 50,51. Sink


Dövri sistemin II əlavə yarımqrupuna sink, kadmium və civə d- elementləri daxildir.
Təbiətdə tapılması. Sinkə təbiətdə yalnız birləşmələr şəklində təsadüf olunur.
ZnS sfalerit
ZnCO3 sink karbonatı, qalmey
ZnO sinkit
Alınması.
2ZnS + 3O2 2ZnO + 2SO2
ZnO + C→ Zn + CO
Sink, həmçinin ZnSO4 məhlulda elektrolizindən alınır.
ZnSO4 + 2H2O → Zn + O2 + H2 + H2SO4
Fiziki xassələri. Sink maviyəçalan gümüşü rəngli metaldır. O, adi şəraitdə kövrəkdir, 100-150oC-də yumşalıb təbəqə şəklində yaxşı yayılır, 200oC-dən yuxarı temperaturda yenə də kövrəkləşir. p=7,1q/sm3, tə = 419,5oC-də əriyir.
Kimyəvi xassələri.
Zn + H2O → ZnO + H2
Zn + 2HCl → ZnCl2 + H2
Zn + 2NaOH → Na2ZnO2 + H2 ərinti
Zn + 2NaOH + 2H2O → Na2[Zn(OH)4] + H2 məhlul
Qatı sulfat turşusu ilə sink turşunun qatılığından və temperaturundan asılı olaraq SO2, S və ya H2S əmələ gətirir.
Zn + 2H2SO4(qatı) → ZnSO4 + SO2 + 2H2O
Sink nitrat turşusu ilə qatılıqdan və şəraitdən asılı olaraq aşağıdakı kimi reaksiyaya daxil olur:
3Zn + 8HNO3(qatı) → 3Zn(NO3)2 + 2NO + 4H2O
4Zn + 10HNO3 (duru)→ 4Zn(NO3)2 + N2O + 5H2O

ZnO. Amfoter xassələidir. ZnO turşularda və qələvilərdə asanlıqla həll olur.
Zn(OH)2 → ZnO + H2O
ZnCO3 → ZnO + CO2
ZnSO4 + 2NaOH → Zn(OH)2 + Na2SO4
Tətbiq sahələri. İstehsal edilən sinkin əsas hissəsi sink lövhələrin hazırlanmasında, polad əşyaların sinklənməsinə, müxtəlif xəlitələrin (bürünc – 40% Zn, 60% Cu, tompak – 10% Zn, 90% - Cu ) hazırlanmasına sərf edilir. Sənayedə və laboratoriyalarda sinkdən reduksiyaedici kimi istifadə edilir. Sink – oksiddən sink ağı (ağ boya ) alınmasında istifadə edilir.

Sual 52,53,54. Xrom


Dövri sistemin VI B qrupuna xrom, molibden və volfram d- elementləri daxildir.
Təbiətdə tapılması.
FeCr2O4 (və ya FeO·Cr2O3) - dəmir daşı
Cr2O3 - xrom (III) oksid
Alınması. 1797 – ci ildə Vokelen tərəfindən kəşf edilmişdir. Xrom təmiz halda alüminotermiya üsulu ilə alınır.
Cr2O3 + 2Al → 2Cr + Al2O3
Fiziki xassələri. Xrom bozumtul-ağ rəngli metaldır, xarici görünüşünə görə polada oxşayır. O, ağır (p=7,2q/sm3) və çətinəriyən (tərimə=1890oC) ən bərk metaldır. Onunla şüşə kəsmək olar. Havada xromun səthində oksid təbəqəsi əmələ gəlir ki, o da metalı korrozoyadan qoruyur.
Kimyəvi xassələri.
2Cr + 3H2O → Cr2O3 + 3H2
Cr + 2HCl → CrCl2 + H2; Cr + 2HF → CrF2 + H2
Cr + H2SO4(duru) → CrSO4 + H2
2Cr + 6H2SO4 (qatı) → Cr2(SO4)3 + 3SO2 + 6H2O
Cr + 6HNO3 (qatı) → Cr(NO3)3 + 3NO2 + 3H2O
Xromun oksidlərindən CrO - əsasi oksid, Cr2O3-amfoter, CrO3- turşu oksididir.
Xrom 2-oksid
2CrHg3 + O2 → 2CrO + 6Hg
Cr(OH)2 + 2HNO3 → Cr(NO3)2 + H2O
Xrom 3-oksid
4Cr + 3O2 → 2Cr2O3
2Cr(OH)3 → Cr2O3 + 3H2O
Cr2(SO4)3 + 3NaOH → 3Na2SO4 + 2Cr(OH)3
Xrom 6-oksid
K2CrO4 + H2SO4 → K2SO4 + CrO3 + H2O
CrO3 + H2O → H2CrO4 - xromat turşusu
2CrO3 + H2O → H2Cr2O7 - bixromat turşusu
Tətbiqi. Xromdan metalkəsən alətlərin hazırlanmasında istifadə olunan yüksək keyfiyyətli bərk poladların,12%-ə qədər xromu olan paslanmayan paladın istehsalında, korroziyadan qorumaq məqsədilə müxtəlif polad məmulatların xromlaşdırılması üçün istifadə edilir. Xromun nixrom adlı ərintisinin (20% Cr və 80% Ni) elektrik müqaviməti yüksək olduğu üçün ondan qızdırıcı cihazların spirallarının hazırlanmasında istifadə edilir.

Sual 55,56,57. Manqan


Manqan dövri sistemin VII B qrupuna daxildir.
Təbii birləşmələri.
MnO2 - pirolyuzit
Mn2O3 · H2O - manqanit
Alınması.
MnO2 + 2C → Mn + 2CO
Fiziki xassələri. Manqan sıxlığı p = 7,44 q/sm3 , tər = 1244o C olan gümüşü-ağ rəngli, bərk və kövrək metaldır. Mn orta kimyəvi aktivliyə malikdir.
Kimyəvi xassələri. Mn + 2H2O → Mn(OH)2 + H2
Mn + 2HCl → MnCl2 + H2
Mn + H2SO4 → MnSO4 + H2
Qatı nitrat və sulfat turşuları soyuq halda manqanı passivləşdirir.Bu turşuların isti məhlullarında manqan həll olur.
Mn + 2H2SO4 (qatı) → MnSO4 + SO2 + 2H2O
Mn + 4HNO3(qatı) → Mn(NO3)2 + 2NO2 + 2H2O
3Mn+8HNO3(duru) → 3Mn(NO3)2+2N2O+4H2O
Oksigenlə birləşmələri. Manqan oksigenlə aşağıdakı oksidləri əmələ gətirir.
MnO, Mn2O3; MnO2; MnO3, Mn2O7
əsasi oksid amfoter oksidi turşu oksidi
Mn(OH)2, Mn(OH)3 Mn(OH)4, H4MnO4 H2MnO4, HMnO4
Manqan 2-oksid, suda həll olmayan yaşıl-boz rəngli tozdur. Alınma üsulları:
MnCO3 → MnO + CO2
MnSO4 + 2NaOH → Mn(OH)2 + Na2SO4
Manqan 3-oksid, suda həll olmayan qara rəngli tozdur.
4MnO2 → 2Mn2O3 + O2
Manqan 4-oksid, suda həll olan qara rəngli maddədir, amfoter xassəlidir.
Mn(NO3)2 → MnO2 + 2NO2
Manqan 6-oksid, suda həll olan qırmızı rəngli maddədir. Turşu oksidi olub manqanat (H2MnO4) turşusuna uyğun gələn anhidriddir. MnO3 və uyğun turşusu H2MnO4 davamsız birləşmələrdir. Lakin duzları davamlı olub, manqan oksidini oksidləşdiricilərin iştirakı ilə közərtməklə əldə edirlər.
2MnO2 + 4KOH + O2 → 2K2MnO4 + 2H2O
Manqan 7-oksid, tünd yaşıl rəngli kristal maddədir.
2KMnO4 + H2SO4 → Mn2O7 + K2SO4 + H2O
Tətbiqi. İstehsal edilən manqanın əsas hissəsi (90%) metallurgiyada müxtəlif növ poladların alınmasında istifadə olunur. Manqan qara metallurgiyada çuqun və poladdan kükürdü ayırmaq üçün ferromanqan ərintisi şəklində tətbiq edilir. Manqan poladın bərkliyini, korroziyaya qarşı davamlılığını artırır. Onun ərintisindən dəmir yol xətləri, tank üçün zireh, ekskavator və buldozerlərin işçi hissələri hazırlanır.

Sual 58,59,60. Dəmir


Dəmir VIII qrupun B əlavə yarımqrupunda yerləşir.
Təbiətdə yayılmış mineralları:
Fe3O4 - maqnetit
Fe2O3 - hematit
FeS2 - pirit
Alınması.
FeO + CO Fe + CO2
Fe2O3 + 2Al 2Fe + Al2O3
Fiziki xassələri. Dəmir gümüşü-ağ rəngli parlaq metaldır. İstiliyi və elektriki yaxşı keçirir. Sıxlığı p = 7,86 q/sm3 , ərimə temperaturu isə tər = 15390 C-dir. Dəmir orta kimyəvi aktivliyə malik metal olub, maqnit xassəlidir.
Kimyəvi xassələri. + 2 oksidləşmə dərəcəsi göstərdiyi birləşmələri:
Fe + 2HCl FeCl2 + H2
Fe + H2SO4(duru) FeSO4 + H2
2Fe + 6H2SO4(qatı) Fe2(SO4)3 + 3SO2 + 6H2O
Fe + 4HNO3(qatı) Fe(NO3)3 + NO + 2H2O
8Fe + 30HNO3 (duru) 8Fe(NO3)3 + 3N2O + 15H2O
Dəmirin oksigenli birləşmələri.
FeO Fe2O3 FeO3 Fe3O4 (FeO · Fe2O3)
əsasi oksid amfoter oksid turşu oksidi qarışıq oksid
Dəmir 2- oksid.
FeCO3 FeO + CO2
FeSO4 + 2NaOH Na2SO4 + Fe(OH)2
Dəmir 3- oksid.
4Fe + 3O2 2Fe2O3
4FeCl3 + 3NaOH Fe(OH)3 + 3NaCl
Dəmir 6-oksid (FeO)3 - turşu xassəli olub dəmir qatı HNO3-lə passivləşdiyi zaman qoruyucu örtük əmələ gətirir. FeO3 və ona uyğun gələn ferrat turşusu – H2FeO4. Davamsızdır, lakin duzları ferratlar davamlı birləşmələrdir.
Tətbiqi. Saf dəmirdə tez maqnitləşmək və maqnitsizləşmək qabiliyyəti var, buna görə də onu transformatorlar, elektrik mühərrikləri, elektromaqnitlər və mikrofon membranlarının hazirlanmasında tətbiq edilir.Dəmir əsasən ərintilər – çuqun və polad şəklində istifadə edilir.
Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin