Sual Kimyanın ilkin qanunları. Kütlə və enerjinin saxlanması qanunu



Yüklə 98,2 Kb.
səhifə23/27
tarix27.01.2023
ölçüsü98,2 Kb.
#122636
1   ...   19   20   21   22   23   24   25   26   27
KİMYA İMTAHAN. CAVABLAR. 2022

Kimyəvi xassələri.
Be + 2H2O → Be(OH)2 + H2
2Be + O2 → 2BeO
Berillium duru turşularda həll olur. Nitrat turşusundan başqa digər duru turşulardan hidrogeni reduksiya edir.
Be + H2SO4 → BeSO4 + H2
Be + 2HCl → BeCl2 + H2
Duru nitrat turşusunda Be həll olur.
4Be + 9HNO3 → 4Be(NO3)2 + NH3+ 3H2O
Qatı nitrat və sulfat turşusu berilliumu passivləşdirir. Be amfoter xassəli metal olduğundan qələvilərin qatı məhlullarında həll olur.
Be + 2NaOH → Na2BeO2 + H2
Be + 2NaOH + 2H2O → Na2[Be(OH)4] + H2
Birləşmələri. BeO – ağ rəngli, bərk, yüksək temperaturda (25300 C) əriyən maddədir. Aşağıdakı üsullarla alınır.
BeCO3 → BeO + CO2
BeSO4 + 2NaOH → Be(OH)2 + Na2SO4
Tətbiqi. Be rentgen şüalarını yaxşı keçirdiyi üçün ondan rentgen borularında istufadə olunur. O, atom reaktorlarında neytron mənbəyi kimi tətbiq edilir. Be- un Ni- lə ərintisindən (Be-1,5%) cərrahiyyə alətləri və metal dişlər hazırlanır. Tərkibində 2 – 4 % Be olan mislə ərintisi berillium tuncu adlanır. Ondan qığılcım verməyən alətlər, yaylar, saat mexanizmləri və s. hazırlanır. Be ərintilərindən aviasiyada, gəmiqayırmada, elektrotexnikada istifadə olunur. Be ərintilərə legirləyici kimi əlavə olunur. Bu onların möhkəmliyini, bərkliyini və korroziyaya qarşı davamlılığını artırır. BeO (25300 C) çətin əriyən maddədir. Onlardan odadavamlı putaların hazırlanmasında istifadə edilir.


Yüklə 98,2 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin