2. Mühafizə örtükləri. Metalları korroziyadan mühafizə etmək məqsədilə onların səthinə mühafizə örtükləri çəkilir. Bunun üçün metal və qeyri -metal örtüklərdən istifadə edilir. Atmosfer korroziyasından mühafizə etmək üçün mühafizə olunan metalın səthi müxtəlif üsullarla korroziyaya qarşı davamlı metallarla (xrom, nikel, alüminium, qalay və s.), müxtəlif boyalarla örtülür. Elektrokimyəvi üsulla mühafizə edilən metalın səthini daha aktiv metalla örtdükdə mühafizə olunan metal katod, örtük isə anod vəzifəsini görür. Örtük az aktiv metal olduqda, mühafizə olunan metal anod, örtük isə katod rolunu oynayır.
3. Elektrokimyəvi mühafizə. Üsulun mahiyyəti anod və ya katodda gedən proseslərin zəiflədilməsindən ibarətdir. Bu məqsədlə mühafizə olunan metala daha aktiv metal parçası (protektor) birləşdirilir. Qalvanik cüt işlədikdə protektor dağılır, əsas metal isə mühafizə olunur.
4. Mühitin xassəsinin dəyişdirilməsi. Korroziyanın qarşısını almaq məqsədilə ingibitorlardan geniş istifadə olunur. İngibitorlar tərkibcə qeyri-üzvi (nitritlər, xromat və bixromatlar, qurğuşun-2-asetat və s.) və üzvi (tərkibində fosfor, oksigen, kükürd və ya azot olan üzvi birləşmələr) mənşəli olur.
Sual 41,42. Berilium
Elementlərin dövri sisteminin II qrup əsas yarımqrupuna berillium, maqnezium, kalsium, stronsium, barium və radium elementləri daxildir.
Təbii birləşmələri. 3BeO ·Al2O3 · 6SiO2 - beril
Be2SiO4 - fenakit
Alınması. Hazırda berilliumu berillium- flüoridi maqnezium və ya kalsiumla (metallotermiya üsulu) reduksiya etməklə alırlar.
BeF2 + Mg → MgF2 + Be
Fiziki xassələri. Berillium yüngül metal olub, birləşmələr şəklində açıq sarı, toz halında isə tünd boz rəngdədir, adi temperaturda kövrək, nisbətən yüksək temperaturda isə plastikdir. İstiliyi və elektriki yaxşı keçirir. Sıxlığı ρ = 1,85 q/sm3, ərimə temperaturu tər = 12850 C.
Dostları ilə paylaş: |