Sual 25. Bərk, maye və qaz halında olan maddələrin həllolmasına tempratur və təzyiqin təsiri. Məhlullar. İki və ya daha artıq komponentlərdən təşkil olunmuş bir fazalı sistem məhlul adlanır.
Qazların mayelərdə həll olması. Qazın mayedə həll olması həlledicinin və həll olan qazın təbiətindən, həmçinin temperatur və təzyiqdən asılıdır. Qazların suda həll olma qabiliyyəti müxtəlifdir. Məsələn, 0 temperatur və 1 atmosfer təzyiq şəraitində 1 l suda 1000 l NH3 , 500 l HCl , 20ml H2 , 40ml O2 və 21ml N2 həll olur.Temperaturun artması qazların mayelərdə həll olmasına mənfi, təzyiqin artması isə müsbət təsir göstərir.
Mayelərdə mayelərin həll olması.Bəzi mayelərin həll olması qeyri-məhdud olur. Su və spirtin bir-birində həll olması buna misal ola bilər. Su və spirtin yaxşı həll olması onların molekulları arasında hidrogen rabitəsinin əmələ gəlməsi ilə əlaqədardır.Bəzi mayelər isə bir birində çox zəif həll olur.Məsələn, efirin suda həll olması olduqca zəifdir.Üçüncü qrup mayelər arasında qarşılıqlı həllolma praktiki surətdə getmir.Buna su və kerasin misal ola bilər.Mayelərin qarşılıqlı həll olmasına temperatur, adətən müsbət təsir göstərir. Təziyq mayelərin bir birində həll olmasında çox zəif təsir göstərir.
Bərk maddələrin mayelərdə həll olması.Bərk maddələrin mayelərdə həll olması ilə əmələ gələn məhlullar, məhlulların daha geniş yayılmış növüdür. Bərk maddələrin mayelərdə həll olmasına temperatur müxdəlif cür təsir göstərir.Həll olma istilik udulması ilə getdikdə, temperaturun artması həllolmanı sürətləndirir. Əksinə həll olma zamanı istilik ayrılırsa, temperaturun artması ilə bərk maddənin həll olması zəifləyir.Bərk maddələrin mayelərdə həll olmasına təzyiq çox zəif təsir göstərir.
Sual 26. Məhlullar. Məhlulların fiziki və kimyəvi nəzəriyyəsi.
Məhlullar haqqında iki nəzəriyyə yaranmışdır: 1.Məhlulların fiziki nəzəriyyəsi; 2. Məhlulların kimyəvi nəzəriyyəsi.1887-ci ildə Vant-Hoff və Arrenius tərəfindən məhlullar haqqında fiziki nəzəriyyə irəli sürülmüşdür. Fiziki nəzəriyyə baxımından məhlul, həlledici ilə həllolan maddənin mexaniki qarışığıdır. Belə sistemdə molekulların qarşılıqlı kimyəvi təsiri nəzərə alınmır. 1887-ci ildə Mendeleyev məhlulların kimyəvi nəzəriyyəsini irəli sürmüşdür.Bu nəzəriyyəyə əsasən,həllolma prosesində həllolan maddə hissəcikləri ilə həlledici arasında qarşılıqlı təsir baş verir, az-çox davamlı olan yeni birləşmələr əmələ gəlir.Bu birləşmələrə ümumi halda solvatlar, həlledici su olduqda isə,hidratlar adı verilmişdir.