Sultan hüseyn bayqara divan سلطان حسین بایقرا


Vah ki, sonra zalimi-namehribanım örtədi



Yüklə 2,03 Mb.
səhifə13/27
tarix10.01.2022
ölçüsü2,03 Mb.
#109317
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

Vah ki, sonra zalimi-namehribanım örtədi.

Zülfündə sərgəştə səbrim heyli sarı açdı üz,

Bərq urub, axşam uzaşan karivanım örtədi.
Bu ki, tutdu bağ ara, kül rəngi bülbül guya ki,

Ey Hüseyni, onu bu odlu fəğanım örtədi.



š 183 ›

Gecə hicrindən visalına xəyalım var idi,


Heç kimə deyə bilməm kim, nə halım var idi.
Bilü ağzının hədisin şərh ədənə, ey həbib,

Xurdabinlər birlə hər dəm qeylü qalım var idi.


Yaxa yırtıb, çak edib köksüm, başıma daş urub,

Ağlar ərdim dəmbədəm ta kim, məcalim var idi.


Çünki gəldim özümə fəryad edib, çəkdim fəğan,

Həm itindən, həm özümdən infiqalim var idi.


Baş qoyub, canım fəda edib itinin alnında,

Eylədim vəqti bunu kim, etidalım var idi.


Qətlin ümidi həzin könlümə bir dəm girməsə,

Hər zaman yüz qatla ölmək ehtimalım var idi.


Vədeyi-vəsl olmasa hicri ara mən xəstəyə,

Ey Hüseyni, harda can vermək xəyalım var idi?



š 184 ›
Eşqim odundan, gəlib, Məcnun bir uçqun istədi,

Al dedim, sunğac əlin başdan ayağın örtədi.


Çün eşitdi Vamiqü Fərhad Məcnun köyməsin,

Gəlibən görgəc iki, heyrət oları çürkədi.


Qalmadı ol yar köyündə yeri, qan olmayan,

İtləri məcruh cismimi çü hər yan südrədi.


Xəstə könlüm dəlməyindən qanmadı tiği onun,

Gərçi hicran quşlarına bir-bir onu doğradı.


Gər qəmin çıxdıyü, nə əğyar mehri tapdı yol,

Navəkin peykanı ta könlüm şəqafın tügrədi.



š 185 ›
Heyrətim var, ta qara qılmış libasin ol pəri –

Kim, qaranğu tündə görmüş aftabi-xavəri.


Şərt ərər çün hər kişi öz yarına həmrənglik,

Tutdu cismimi qara dud üzrə könlüm azarı.


Ol qara yeldə tünündən, vah, nə çıxınca quyaş,

Yer üzün göy tək müzəyyən qıldı əşkim əxtəri.


Aya mane oldu bu şəbxun duman, yüz şükür kim,

Yetib ahım yeli, qıldı ol dumanı bir sarı.


Vardır ümidi Hüseyni təşnə ləbin, kim yenə

Dərdi-hicran dəf olub, edə visalın kövsəri.



š 186 ›


Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin