##Təsdiq edirəm: ##Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müdiri



Yüklə 1,45 Mb.
səhifə6/12
tarix09.02.2020
ölçüsü1,45 Mb.
#102042
1   2   3   4   5   6   7   8   9   ...   12


##num= 9// level= 1// sumtest=8 // name= İctimai inkişaf qanunauyğunluqları və onların mənimsədilməsi üsulları //


1. Tarixi təzahürlər və proseslərin obyektiv, daxili, təkraralanan əlaqələrini başa düşmək üçün tələb olunur:

A) Ümumi tarixi anlayışlar sisteminin mənimsənilməsi və məkan əlaqələrinin bilinməsi

B) Xüsusi tarixi anlayışlar sisteminin mənimsənilməsi və zaman əlaqələrinin bilinməsi

C) Çoxlu faktiki biliklərin olması; səbəb - nəticə, zaman və məkan əlaqələrinin bilinməsi

D) Tarixi hadisə və təzahürlər arasındakı zaman və məkan əlaqələrinin bilinməsi

E) Hadisənin baş vermə səbəbinin bilinməsi

2. Müəllim dövlətin meydana gəlməsi səbəbini izah edərkən faktlar zəncirini hansı ardıcıllıqla yaradır?

1 - Əmək məhsuldarlığının yüksəlməsi

2 - Məhsul artıqlığının yaranması

3 - Əmək alətlərinin təkmilləşməsi

4 - Siniflərin meydana gəlməsi

5 - İstismar etmək imkanının yaranması

A) 2, 3, 4, 5, 1

B) 5, 4, 1, 2, 3

C) 3, 1, 2, 5, 4

D) 1, 2, 3, 4, 5

E) 3, 4, 5, 1, 2

3. 1871 - ci il Paris üsyanının göstərilən məğlubiyyət səbəbləri içərisindən səbəb əlaqəsi ilə yanaşı həm də qanunauyğun əlaqə olan bəndi göstərin.

A) Kommunarların partiyasının dəqiq fəaliyyət proqramının olmaması

B) Versallıların sayca üstünlüyü

C) Milli Qvardiya rəhbərliyində dəyişikliklər edilməsi

D) Bismarkın Tyer hökumətini müdafiə etməsi

E) Milli Qvardiya MK - nın irtica qüvvələrinin çıxışlarına ciddi yanaşmaması

4. Qərbi Avropada orta əsr şəhərlərinin meydana gəlməsinin səbəb - nəticə zəncirindəki əlaqə həlqələrini ardıcıllıqla göstərin

1 - Əkinçilik və kənd sənətinin inkişafı

2 - Sənətkarlığın kənd təsərrüfatından ayrılması

3 - Əmək alətləri və üsullarının təkmilləşməsi

4 - Şəhərlərin meydana gəlməsi

A) 1, 3, 2, 4

B) 2, 3, 4, 1

C) 3, 1, 2, 4

D) 3, 4, 2, 1

E) 1, 2, 3, 4

5. Səbəb - nəticə əlaqəsi verilmiş bəndi göstərin.

A) İri feodalların güclənməsi və xalq üsyanları nəticəsində Ərəb xilafəti dağıldı

B) İslam - türk birliyi o zaman Azərbaycanın, o cümlədən Tiflis müsəlman əmirliyinin qorunub saxlanılmasında mühüm rol oynadı.

C) Ərəblər mədəniyyətin, elmin bir çox sahələrində avropalıların müəllimi olmuşdur.

D) 1919 - cu ildə ispanlar Magellanın başçılığı ilə dünya səyahətinə çıxdılar.

E) II Kir b. e. ə. 553 - cü ildə fars vilayətində hakimiyyətə gəldi

6. Səbəb - nəticə əlaqəsinə aid olmayan bəndi göstərin

A) Eramızın I - II əsrlərində Çindəki dözülməz vəziyyət kəndliləri və qulları üsyan qaldırmağa məcbur etdi

B) Əhəmənilər imperiyası Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində süqut etdi

C) Qədim yunan tarixçisi Heradotun əsərlərində Midiyada mədəniyyətin yüksək inkişaf etdiyi göstərilir

D) Yeni iqtisadi siyasətin tətbiq olunması sayəsində 1925 - ci ildə Azərbaycan iqtisadiyyatında canlanma baş verdi

E) İri feodalların güclənməsi və xalq üsyanları nəticəsində Ərəb xilafəti dağıldı

7. Səbəb - nəticə əlaqəsinə aid bəndi göstərin.

1 - İri feodalların güclənməsi və xalq üsyanları nəticəsində Ərəb xilafəti dağıldı

2 - İslam - türk birliyi o zaman Azərbaycanın, o cümlədən Tiflis müsəlman əmirliyinin qorunub saxlanılmasında mühüm rol oynadı

3 - Ərəblər mədəniyyətin, elmin bir çox sahələrində avropalıların müəllimi olmuşdur

4 - 1919 - cu ildə ispanlar Magellanın başçılığı ilə dünya səyahətinə çıxdılar

5 - İri feodalların gücllənməsi və xalq üsyanları nəticəsində Ərəb xilafəti dağıldı

6 - II Kir b. e. ə. 553 - cü ildə fars vilayətində hakimiyyətə gəldi

A) 1, 5

B) 2, 3

C) 3, 4

D) 2, 4

E) 4, 6

8. Bu hadisələrdən hansı qanunauyğundur? - sualına şagird hansı cavabı verməlidir?

A) Sezar dövləti təkbaşına idarə etmək istədiyinə görə e. ə. 44 - cü ildə ona sui - qəsd edildi

B) 1941 - ci il iyunun 18 - də Türkiyə Almaniya ilə dostluq və hücum etməmək haqqında müqavilə imzaladı

C) E. ə. 216 - cı ildə baş vermiş Kanna döyüşündə Hannibalın sərkərdəlik məharəti nəticəsində karfagenlilər romalılar üzərində qələbə çaldılar

D) Məhsuldar qüvvələrin inkişafı nəticəsində insanlar arasında bərabərsizlik meydana gəldi

E) E. ə. 480 - ci ildə baş vermiş döyüşdə iranlılar yunanlara ona görə qalib gələ bildilər ki, bir xain iranlıları dağ cığırları ilə Fetmopil keçidinə apardı


##num= 10// level= 1// sumtest=18 // name= Tarix təlimi vasitələri //


1. Metodik ədəbiyyatda dərslik öyrədici mühitin hansı növünə aid edilir?

A) Həm əşyavi, həm də informasiya mühitinə

B) Əşyavi mühitə

C) İnformasiya mühitinə

D) Sosial - psixoloji və informasiya mühitinə

E) Sosial - psixoloji mühitə

2. Həm ənənəvi, həm də interaktiv dərsliklərə xas olan ümumi cəhət:

A) Deklarativ xarakterli materiallara üstünlük veriməsi

B) Elmi - nəzəri materiallara üstünlük verilməsi

C) Təfərrüatçılığa geniş yer verilməsi

D) Monoqrafik üslubda yazılması

E) Elmin son nailiyyətlərinin dərsliyə gətirilməsi

3. Dərsliyin hazırlanmasına pedaqoji yanaşmadır:

A) Dərsliklər hazırlanarkən materialın seçilməsində şagirdlərin maraq dairələri və anlaq səviyyələri nəzərə alınmalıdır

B) Dərslik məlumat mənbəyi olmaqdan daha çox istiqamətverici mahiyyət kəsb etməlidir

C) Təlim materiallarının məzmununda, ardıcıllığında və sistemində şagirdi fəaliyyətə sövq edən məntiq olmalıdır

D) Dərsliyin motivasiya imkanları genişləndirilməlidir

E) Dərslik şagirdləri tədqiqatçılığa meylləndirməlidir

4. Dərsliyin istiqamətləndirici məzmununa aiddir:

A) Dərsliklərin hazırlanmasında elmin son nailiyyətlərinin nəzərə alınması

B) Dərslikdəki nəzəri və praktik materialların əlaqəli olması

C) Şagirdlərin tədqiqatçılığa meylləndirilməsi

D) Şagirdlərin idrak səviyyələrinin nəzərə alınması

E) Dərsliklərdə çoxlu tapşırıq və çalışmaların olması

5.Təlim standartlarına uyğunluq, faktların dəqiqliyi, qrammatik qaydaların gözlənilməsi dərslik hazırlanmasında hansı pedaqoji prinsipə riayət edilməsidir?

A) Ardıcıllıq

B) Müasirlik

C) Tamlıq

D) Düzgünlük

E) İnklüzivlik

6.Dərslikdə illüstrasiyaların, sxemlərin, cədvəllərin olması interaktiv dərslik hazırlanmasında hansı pedaqoji prinsipin gözlənilməsidir?

A) Əyanilik

B) Təlim vaxtına yuğunluq

C) İnklüzivlik

D) Fəal təlim üçün şəraitin yaradılması

E) Ardıcıllıq

7. Orta əsr şəhərlərinin meydana gəlməsinin səbəb - nəticə əlaqələrini ardıcıllıqla göstərin

1 - Əkinçilik və kənd sənətinin inkişafı

2 - Sənətkarlığın kənd təsərrüfatından ayrılması

3 - Əmək alətləri və üsullarının təkmilləşməsi

4 - Şəhərlərin meydana gəlməsi

A) 1, 2, 3, 4

B) 2, 3, 4, 1

C) 3, 1, 2, 4

D) 3, 4, 2, 1

E) 1, 3, 2, 4

8. Dərslikdə nəzəri, praktik, təsviri, qiymətləndirmə materiallarının olması interaktiv dərslik hazırlanmasında hansı prinsipin gözlənilməsidir?

A) Tamlıq

B) Əyanilik

C) Düzgünlük

D) Müasirlik

E) Yaş səviyyəsinə uyğunluq

9. Təlim materiallarının düzülüşündə hadisələrin xronoloji ardıcıllığının gözlənilməsi ardıcıllığın hansı prinsipi üçün səciyyəvidir?

A) Psixoloji baxımdan

B) Məntiqi baxımdan

C) Təqvim - tematik baxımdan

D) Məzmun baxımından

E) Bütün prinsipləri üçün səciyyəvidir

10. Təlim materiallarının məzmunu, həcmi və maraqlılığının nəzərə alınması pedaqoji prinsiplərdən hansının gözlənilməsidir?

A) Fəal təlim üçün şəraitin yaradılması

B) İnklüzivlik

C) Oxunaqlılıq

D) Yaş səviyyəsinə uyğunluq

E) Müasirlik

11. Dərslikdə təlim materiallarının miqdarı və ağırlığı müəyyənləşdirilərkən ayrılan vaxtın nəzərə alınması pedaqoji prinsipilərdən hansının gözlənilməsidir?

A) Təlim vaxtına uyğunluq

B) Yaş səviyyəsinə uyğunluq

C) Düzgünlük

D) Oxunaqlılıq

E) İnklüzivlik

12. Təlim materiallarının seçilməsinə diferensial yanaşma, hər bir sinifdə şagirdlərin inkişaf səviyyəsinin nəzərə alınması pedaqoji prinsipilərdən hansının gözlənilməsidir?

A) Müasirlik

B) Oxunaqlılıq

C) İnklüzivlik

D) Yaş səviyyəsinə uyğunluq

E) Tamlıq

13. Şagird üçün iş dəftərlərinin hazırlanmasında başlıca olaraq neçə mühüm tələb irəli sürülür?

A) 2

B) 5

C) 4

D) 1

E) 3

14. Şagird üçün iş dəftərlərinin hazırlanmasında tələb edilir:

A) İllik və gündəlik planlaşdırma nümunələri

B) Dərslikdəki təlim materialları ilə əlaqəli olması

C) Məzmun strategiyalarının reallaşma cədvəli

D) Yardımçı materialların olması

E) Qabaqlayıcı materiallarıın olması

15. Müəllim üçün metodik vəsaitin hazırlanmasında tələb edilir:

A) Təlim materiallarının müasir dünyagörüşünün formalaşmasına istiqamətləndirilməsi

B) Şagirdlərin praktik fəaliyyətinin təmin olunması

C) Dərslikdəki materiallara aid müxtəlif çalışma və tapşırıqların olması

D) Əyaniliklə təchiz edilməsi

E) İnteqrasiyaya aid tövsiyələrin olması

16. Müəllim üçün metodik vəsaitin hazırlanmasında tələb edilmir:

A) İstiqamətləndirici sualların olması

B) Qabaqlayıcı materialların olması

C) İllik və gündəlik planlaşdırma nümunələrinin olması

D) Yardımçı materialların olması

E) Mövzuların tədrisi texnologiyalarının əhatə edilməsi

17. Müəllim üçün vəsaitin əsas hissəsini təşkil edir:

A) Qabaqlayıcı suallar

B) Əlavə oxu mənbələrinin siyahısı

C) İnteqrasiyaya aid tövsiyələr

D) Mövzuların tədrisi texnologiyası

E) İllik və gündəlik planlaşdırma nümunələri

18. Dərsliyin metodik aparatına aid bəndi göstərin

A) Dərsliyin əyani təsvirlərlə təchiz edilməsi

B) Şagirdlərin lüğət ehtiyatlarının zənginləşdirilməsi

C) Dərslikdəki materialların təlim - tərbiyəvi əhəmiyyətə malik olması

D) Dərslikdəki nəticələrin şagirdlər üçün başa düşülən olması

E) Dərsliyin məzmununun elmi cəhətdən qüsursuz olması

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin