MƏLƏKUTİ (BATİNİ) TƏSBİHİ ZAHİRİ QULAĞI EŞİTMİR
Mələkuti təsbih yuxarıda dediyimiz «əqli təsbihdən» qeyridir. Təkvihi «fitri və ixtiyarsız» təsbihdə bir şeyin varlığı onu yaradana, aləmin varlığı isə onun Sahibinin tam şəkildə naqislikdən uzaq olmasına dəlalət edir. Amma başqa təsbihlərdən biri də bəşərin mələkut diliylə olan təsbihidir. Bu təsbihdə vücud aləminin bütün hissələri, hətta bədənimizin zərrələri belə Allahı bizim eşidə bilməyəcəyimiz mələkut tərzi ilə təsbih edirlər. Biz mülk və dünya aləmindəyik. Mülk aləminin zahiri cəhəti samit, batini isə zakirdi. Yəni həmişə Allahı zikr edir. Allah-Təala Quranda buyurur: «Yeddi göy, yer və onlarda olan bütün məxluqat Allahı təqdis və təsbih edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin, lakin siz onların dillərini bilmədiyiniz üçün təqdisini də anlamırsınız. Allah, həqiqətən, həlim və bağışlayandır!»1 Bu əqli təsbihi əqlən başa düşmək mümkündür. Əgər bir kəs mülk aləmindən çıxıb mələkut aləminə daxil olsa, bütün varlıq aləminin necə uca səslə Allahı zikr edib, Ona təsbih və həmd etmələrini başa düşər.
Mötəbər rəvayətlərdə daş qırıntılarının Peyğəmbər (s) əlində təsbih etmələri barəsində buyururdu: «Peyğəmbər (s) ovcundakı təsbih edən daş qırıntılarını səhabələrə göstərdi. Səhabələr daşların təsbeh etmələrini eşitdilər».
Daş, torpaq, kəssək və digər cansız aləm də Allahı təsbih edirlər. Amma onların təsbih səslərini səhabələrə eşitdirmək Peyğəmbərin (s) möcüzələrindəndir. Mülk aləmində olanlar, mələkut aləminin səsini eşidə bilməz. Lakin Peyğəmbər (s) möcüzənin qüdrətiylə mələkut aləminin səsini mülk və zahir qulağına eşitdirdi. Hiss olunmadığına görə mələkut təsbehinin inkar etmək olmaz. Bəşərin elmi, bilmədiyi şeylərlə müqayisədə dərya müqabilində bir damla qədərdir. İnsan bəzi şeyləri bildiyinə görə qürurlanmamalıdır. Hər şeyi başa düşdüyünü xəyal edib, dərk etmədiklərini inkar etməsinə ehtiyac yoxdur. Çünki başa düşmədiklərini inkar etməklə onların cahilliyi məlum olur.
Dostları ilə paylaş: |