«Nə‘t» (ﺍﻟﻧﻌﺖ) – «vəsf» təsvir edənin təsvir etdiyinin əməli, ehkamları, əxlaqı barədə söylədikləridir. Sifət və vəsf eyni mənalı olsalar da, vəsf konkret, sifət isə daha geniş mənalıdır. Vəsf edilərkən ümumi [şeylər] söylənir, sifətdə isə (onlar) ayrı-ayrılıqda fərqləndirilirlər.
«Sifət» (ﺍﻟﺻﻔﺔ) vəsf edilən şeydən fərqlənməyən bir şeydir. Deyilə bilməz ki, bu, vəsf olunandır, yaxud deyil.
«Zat» (ﺍﻟﺫﺍﺖ) özü-özlüyündə var olan şeydir. «Ad», «vəsf», «sifət» zatın əlamətləridir. Ad, vəsf, sifət yalnız zatla mövcuddur. Yalnız zatı (mahiyyəti) olan adlana, təsvir və vəsf edilə bilər. Belə ki, Qadir Allah-Təalanın adlarındandır, qüdrət Allah-Təalanın sifətlərindəndir, qüdrətli olmaq Onun vəsfidir. Mütəkəllim Allah-Təalanın adlarından bir ad, kəlam sifətlərindən bir sifət, bağışlayan Onun vəsflərindəndir.
Vasiti deyir: «Onun xəlqlə olan yalnız adı, yaxud sifəti və ya vəsfidir. Xəlq Onun adları ilə vəsflərindən, vəsfləri ilə sifətlərindən, sifətləri ilə Zatından pərdələnib. Qul Onun idarə etməsini, yaratmasını, fəzilətini və ehsanını xatırlayanda Onun vəsflərini xatırlamış və bu vəsflərlə Onu vəsf etmiş olur, Onun elmini, qüdrətini, kəlamını, istəyini xatırlayanda isə Onun sifətini xatırlamış və bu sifətlə Onu təsvir etmiş olur.
Şair deyir:
«Günəş sənin üzərinə öz nurları ilə doğanda
Son düşən şüalarla qarışırsan.
Onun məkanı Əziz Zatdan uzaqdadır,
Sən nəfsini məcburi vəsfdən arındıra bilməzsən».
Dostları ilə paylaş: |