«Mən sənəm, sən mənsən» (ﺃﻧﺎ ﺃﻧﺕ ﻭﺃﻧﺕ ﺃﻧﺎ) deyilənə gəlincə, onun mənası Şiblinin işarə etdiyi şeydir: «Bir məclisdə deyəndə ki, «Ey qövm, bu, Amir qəbiləsindən olan Məcnundur», ondan Leylanı soruşurlar. Cavab verir: «Leyla mənəm». O, Leyla ilə Leylada qeyb olmuşdu, sadəcə, Leylanın görkəmi qalmışdı. Onun üçün Leyladan savayı hər şey qeyb olmuşdu. O, hər şeyi Leyla ilə görürdü. Onun məhəbbətinə iddia edən necə edər? Bu, onun biliyini, dostluğunu və həzlərini aşan bir həqiqətdir. O hara, onun bir zərrəsindən belə uzaq olmayan, onun sifətlərinin birindən belə uzaqlaşmayan hara?! Məbudu (ibadət etdiyi) üçün bütün qüvvəsini sərf etmək qövm yanında ən yaxın rütbədir».
Yenə Şibli nəql edir: «İki sevgili gəmiyə minir. Birdən birisi dənizə düşür və az qalır boğula. O biri də özünü atır suya. Qəvvaslar suya atılıb hər ikisini çıxarırlar. Birinci o birindən soruşur: «Mən bilmədən suya yıxıldım, bəs sən özünü niyə dənizə atdın?» Cavab verir: «Mən səndə özümdən keçdim, elə bildim mən sənəm»».
Başqa bir rəvayətə görə, bir oğlan Şiblinin yanına gəlir və soruşur: «Ey Əbu Bəkr, məni məndən aldı, məni özümdən qeyb etdi, sonra özümə qaytardı, amma mən mənsiz idim!» Şibli soruşur: «Vay sənin halına, bu, səndə haradandır? Allah səni kor eləyib?» Oğlan deyir: «Ey Əbu Bəkr, bəs məni kor edən haradandır?» və Şiblinin qarşısından qaçıb gedir. Şair yazır:
«Unutmadan zikr etdik və zikr edirik,
Lakin yaxınlığın mehi əsdi və gözləri qamaşdırdı.
Onunla özümdən fani oldum, Onunla Onun üçün qaldım,
Haqq Ondan xəbər verən və anladandır».
Bir başqası isə deyir:
«Aşiq olan da, olunan da mənəm,
Əgər məni görsən, bizi görürsən.
Biz bir bədəndə iki ruhuq,
Allah bizə bədən geyindirdi».
Yaxud:
«Ey təmənna edənlərin ümidi,
Məni özündə yox etdin.
Məni özünə yaxınlaşdırdın, hətta
Zənn etdim ki, sən mənəm».
Bu, məxluqun öz istəyində məxluq üçün müraciətidir, bəs ona şah damarından da yaxın olana məhəbbət iddia edən necə olar?!
Dostları ilə paylaş: |