Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Cəmiyyətin əxlaqi tələbləri 2



Yüklə 277,04 Kb.
səhifə123/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   119   120   121   122   123   124   125   126   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Cəmiyyətin əxlaqi tələbləri
2.Kollektivin hörmətini qazanmaq iddiası
3.Yarış
4.Tənqid və özünütənqid
5.İşdəki çətinliklər
6.Ətrafdakıların nümunəsi
7.Maddi həvəsləndirmə və s.
Özünütərbiyənin ən ali motivi idealdır. İdeal həmişə insanı müəyyən sahədə özünütərbiyəyə cəhd göstərməyə yönəldir. Özünütərbiyənin motivlərini bilmək həm tərbiyəçilər, həm də özünütərbiyə ilə məşğul olan yeniyetmə və gənclər üçün çox əhəmiyyətlidir. Çünki həmin motivlərin bir qismi daha təsirli, davamlı olduğu halda, qalanları az təsirli, keçici ola bilər. Özünütərbiyə üçün daha təsirli və davamlı motivlərin olması böyük əhəmiyyətə malikdir.
Sosial psixologiyadan aydındır ki, insanların ümumi işdə təması və vəhdəti nə qədər güclü olarsa, onların ümumi işdə təması bir o qədər səmərəli xarakter daşıyar. Buradan aydın olur ki, kollektiv üzvlərinin rəğbətini qazanmış adamlar əgər özünütərbiyə ilə məşğul olarlarsa, bu hal kollektivin başqa üzvlərinə də mütləq sirayət edəcəkdir. Kollektiv vasitəsilə ayrı-ayrı şagirdlərin qarşısına özünütərbiyə öhdəliyi qoyulması da bu işin səmərəli nəticə verməsinə səbəb olur. Kollektivdə müsbət ictimai rəyin yaranması da özünütərbiyənin müvəffəqiyyəti üçün faydalıdır. Ona görə də bu sahədə kollektivə köməklik göstərmək olduqca zəruridir.
Şagirdlərin özünütərbiyəsinə istiqamət verən müəllim özünün bu sahədə nümunə göstərməsi, daim özünün pedaqoji ustalığını təkmilləşdirməsi həmin işi müvəffəqiyyətlə yerinə yetirməsinə təkan verir. Bütün dediklərimizdən aydın olur ki, müəllim şagirdlərin özünütərbiyəsinə ciddi rəhbərlik etməlidir. Bu zaman o, dörd vəzifənin həyata keçməsinə fikir verməlidir.
1.Şagirdlərin müsbət keyfiyyətlərini inkişaf etdirməli, bu və ya digər nöqsanı aradan qaldırmalarına inam yaratmaq.
2.Şagirdlərin öz şəxsiyyətinə tənqidi yanaşmasına, öz qüsurlarını görməsi və dərk etməsinə köməklik göstərmək.
3.Müəllim, tərbiyəçi şagirdin özünütərbiyə proqramını tərtib etməsinə köməklik göstərməlidir.
4.Müəllim, tərbiyəçi şagirdləri özünütərbiyənin ən səmərəli, düşünülmüş yolları ilə silahlandırmalıdır.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin