Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə140/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   136   137   138   139   140   141   142   143   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

2.Didaktik qabiliyyətlər-müəllimin zəruri məlumatları şagirdlərə çatdıra bilmək, öyrədə bilmək, onlarda fənnə qarşı maraq oyatmaq və s. kimi qabiliyyətlərdən ibarətdir. Buraya materialı aydınlaşdıra bilmək qabiliyyəti, ekspressiv-nitq (natiqlik) qabiliyyəti, nəzəri (akademik) qabiliyyəti aid etmək olar. Bu cür qabiliyyətlərə malik olan müəllimin fikri şagirdlər üçün aydın olur. Onlar təlim materialının məzmununu şagirdlərin səviyyəsinə uyğun, aydın və anlaşıqlı, sadə şəkildə izah edib, çatdıra bilirlər. Nəticədə onlar şagirdlərdə tədris etdikləri fənnə qarşı maraq oyadır, onların müstəqil işləməsinə şərait yaradırlar. Müəllimin nitqi canlı, obrazlı, ifadəli, emosional, aydın və qrammatik cəhətdən qüsursuz olmalıdır.
3.Təşkilati-kommunikativ qabiliyyətlər-müəllimin təşkilatçılıq funksiyası və ünsiyyəti ilə bağlıdır. Bu cür pedaqoji qabiliyyətlərə konkret olaraq aşağıdakıları aid etmək olar; təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, kommunikativ qabiliyyət, perseptiv (nüfuz) qabiliyyət, suqqestik (təlqin) qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, pedaqoji refleksiya, diqqəti paylaya bilmək qabiliyyəti və s. Müəllimin təşkilatçılıq qabiliyyətləri təlim-tərbiyə prosesində özünü dərhal büruzə verir. Müəllim həm şagird kollektivini, həm də öz fəaliyyətini düzgün təşkil edir. Müəllim şagirdlərə bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında onların hörmətini qazanmağı bacarır. Kommunikativ qabiliyyətlər uşaqlarla düzgün qarşılıqlı əlaqə yaratmağa imkan verir. Perseptiv qabiliyyətlər şagirdin daxili aləminə nüfuz edə bilmək, onun psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir. Suqqestik qabiliyyət şagirdlərə iradi təsir göstərmək, müəyyən tələbi irəli sürmək və onun yerinə yetirilməsinə mütləq nail olmaq qabiliyyətindən ibarətdir. Suqqestik qabiliyyətlər müəllimdə iradənin inkişafından, özünə qarşı dərin inamından, şagirdlərin təlim və tərbiyəsinə məsuliyyət hissindən asılıdır. Pedaqoji mərifət müəllimin öz şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və konkret şəraiti nəzərə alaraq daha məqsədəuyğun təsir üslubundan istifadəni müəyyənləşdirə bilməsində təzahür edir. Pedaqoji mərifətdə şagirdə qarşı hörmət və tələbkarlıq bacarıqla birləşdirilir. Pedaqoji təxəyyül zamanı müəllim öz işinin nəticəsini qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda hansı keyfiyyətləri inkişaf etdirməyin mümkün olduğunu görür. Pedaqoji refleksiyaya malik olan müəllim pedaqoji fəaliyyət və ünsiyyətdə əldə olunmuş nəticəni müqayisə edə bilir. Diqqəti paylaya bilmək qabiliyyətinə malik olan müəllim öz diqqətini iki və daha artıq fəaliyyət və ya obyekt üzərinə paylaya bilir. Müəllim nəzər diqqətini bütün şagirdlərin üzərinə yönəldə bilir, yorğunluq, diqqətsizlik, intizamın pozulması hallarına öz münasibətini bildirməklə öz davranış tərzini izləyir.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin