Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Müəllimin elmi dünya görüşü, inamı, yüksək mənəvi siması, yüksək mədəni səviyyəsi olmalıdır. 2



Yüklə 277,04 Kb.
səhifə138/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   134   135   136   137   138   139   140   141   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Müəllimin elmi dünya görüşü, inamı, yüksək mənəvi siması, yüksək mədəni səviyyəsi olmalıdır.
2.Müəllimin pedaqoji fəaliyyətə müsbət münasibəti olmalıdır.
3.Müəllimin pedaqoji bilik, bacarıq və vərdişləri olmalıdır.
4.Müəllimin pedaqoji qabiliyyəti olmalıdır.

14. Müəllimin pedaqoji bacarıq, vərdiş və qabiliyyətləri
Plan:
1. Müəllimin bacarıq və vərdişləri
2. Şəxsi qabiliyyətlər
3. Didaktik qabiliyyətlər
4. Təşkilati-kommunikativ qabiliyyətlər
Müəllimin pedaqoji ustalığını şərtləndirən cəhətlərdən biri də pedaqoji bacarıq və vərdişlərdir. Müəllim təkcə dərin biliyə malik olmaqla, öz fənnini hərtərəfli mənimsəməklə kifayətlənməməlidir. O, eyni zamanda bildiklərini, tədris etdiyi elmin əsaslarını şagirdlərə çatdırmağı da bacarmalıdır. Ona görə də müəllim öz fənnini yaxşı bilməklə, onu şagirdlərə çatdırmaq bacarıq və vərdişlərinə də yiyələnməlidir. Müəllim şagirdlərin təlim-tərbiyə işini idarə etməyi bacarmalıdır. Belə olduqda müəllim şagirdlərin təlim-tərbiyə işini düzgün istiqamətə yönəldə bilər. Məhz buna görə də müəllim təkcə müvafiq biliklərə malik olmamalı, eyni zamanda həmin bilikləri şagirdlərə çatdırmağı, onlara aşılamağı da bacarmalıdır. Pedaqoji bacarıq və vərdişləri 4 qrupa bölürlər.
1.Məlumatverici bacarıq və vərdişlər. Buraya daxildir:
-elmi materialları tədris materialı şəklinə salmaq;
-müvafiq tədris metodları tətbiq və inkişaf etdirmək;
-proqramlaşdırılmış təlim üsullarını tətbiq etmək;
-şagirdlərin anlayacağı şəkildə danışmaq;
-əks əlaqəni təmin etmək.
2.Səfərbəredici bacarıq və vərdişlər. Buraya daxildir:
-şagirdlərin diqqətini səfərbərliyə almaq və onlarda təlimə və əməyə davamlı maraqlar yaratmaq;
-şagirdlərə əldə etdikləri nəzəri bilikləri təcrübəyə tətbiq etmək bacarığı aşılamaq;
-şagirdlərin öz güclərini düzgün tətbiq etmələrinə nəzarət etmək.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin