Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan



Yüklə 277,04 Kb.
səhifə60/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   56   57   58   59   60   61   62   63   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

7.Əkizlər metodu uşağın irsiyyəti, xüsusilə mikromühitdə aparılan təlim-tərbiyə ilə irsiyyət arasındakı münasibətləri müəyyənləşdirir. Həmin metodun mahiyyəti eyni və ya müxtəlif yumurtadan əmələ gələn əkizlərin psixi inkişaflarını müşahidə və eksperiment şəraitində tutuşdurmaqdan ibarətdir. Eyni irsi imkanlarla doğulan uşağın müxtəlif şəraitdə inkişafı müxtəlif olur. Irsi xüsusiyyətlərin inkişafına mikromühit bəzən imkan vermir və bunun nəticəsində istedadlı valideynlərdən doğulan uşaqlar öz irsini davam etdirmir.
8.Fəaliyyət məhsullarının təhlili metodu birbaşa uşağın psixi fəaliyyətinə deyil, onun nəticələrinə yönəlmiş olur. Uşaq fəaliyyətinin məhsulları olan uşaq rəsmləri, onların hazırladıqları oyuncaqlar, fiqurlar tədqiqatçı üçün məlumat mənbəyidir. Bu metod vasitəsilə əldə edilən psixi faktlar o halda etibarlı hesab edilə bilər ki, onların hazırlanması zamanı uşağın fəaliyyəti müşahidə edilsin.
9.Genetik metodu uşaqların psixoloji xüsusiyyətlərini, dərketmə imkanlarını aşkara çıxarmaq məqsədilə istifadə edilir.
10.Sitoloji metodla yeni nəslin insana məxsus əlamətləri və onlarda təzahür edən fərdi psixoloji xüsusiyyətlərin inkişafı məsələsi öyrənilir.
11.Ailə genelogiyası metodu ailənin, nəslin psixi xüsusiyyətlərini genotiplə əlaqədar öyrənilir. Bu metoddan ən çox psixiatrik tədqiqatlarda istifadə olunur.
2. Uşaq psixologiyasının mövzusu, vəzifələri və
digər elmlərlə əlaqəsi
Plan:
1. Uşaq psixologiyasının mövzusu
2. Uşaq psixologiyasının əhəmiyyəti
3. Uşaq psixologiyasının fəlsəfə və ümumi psixologiya ilə əlaqəsi
4. Uşaq psixologiyasının pedaqogika və yaş psixologiyası ilə laqəsi
5. Uşaq psixologiyasının uşaq anatomiyası və fiziologiyası ilə əlaqəsi
Uşaq psixologiyası uşağın psixi inkişafının faktlarını, qanunauyğunluqlarını, dinamikasını və spesifik xüsusiyyətlərini öyrənir.Uşaq psixologiyası yaş psixologiyasının xüsusi bölmələrindən biri olub fərdin inkişafının psixoloji xüsusiyyətlərindən bəhs edir. Uşağın fəallığı, yeni olan hər şeyə marağı, rəftar və davranışındakı təkrarsızlıqlar, müstəqillik meyli, müşahidəçiliyi, nitqə yiyələnməsi, yaşlılarla qarşılıqlı əlaqə üsulları, hissi, hərəki və emosional həyatında müşahidə olunan dəyişikliklər, onun psixi inkişafına aid edilən faktlardır. Uşaq hər şeydən əvvəl fiziki və psixi imkanlarının məhdudluğu ilə yaşlılardan fərqlənsə də, özünün inkişaf tempinə görə yaşlıları xeyli geridə qoyaraq fərd səviyyəsindən şəxsiyyət səviyyəsinə doğru inkişaf edir.
Uşaq psixologiyası uşaqlıq dövründə uşağın psixikasının necə formalaşması, onun davranışının müxtəlif təzahürləri arasındakı səbəb-nəticə əlaqələrini tədqiq edərək, tərbiyə üçün proqram xarakterli istiqamətləri müəyyənləşdirir. Ər və arvad valideyn olduqdan sonra ailədə psixoloji mühit dəyişir, ailədaxili münasibətdə övlad mərkəzi mövqedə durmaqla ailə münasibətlərinin möhkəmlənməsi, qarşılıqlı məsuliyyətin yüksəlməsini şərtləndirir. Uşaq ailənin fərəh mənbəyi olmaqla yanaşı, gələcəkdə yüzlərlə yeni qayğı və problemlərin yaranmasının səbəbkarıdır. Ailədaxili münasibətdə mülayimlik, səmimiyyət, sevgi, qayğı, və qarşılıqlı məsuliyyət yeni doğulmuş körpənin fiziki və psixi baxımdan sağlam böyüməsinin əsas şərtidir.
Uşaq psixologiyasını öyrənməklə uşağın psixi aləminin möcüzələrinə, onların sirli-sehrli dünyasına bələd olmaq olar. Ailədə və tərbiyə müəssisələrində uşağın düzgün tərbiyə edilməsi üçün uşaq psixologiyasını öyrənmək olduqca vacibdir. Uşaq həyatının məqsədəmüvafiq təşkili onun tərbiyəsində başlıca prinsiplərdən biridir. Uşağın tələbat və istəkləri ilə onları ödəmək imkanları arasında yaranan ziddiyyətlər onun fəallığının yüksəlməsinə təkan verir. Odur ki, uşağın psixikasının öyrənilməsində onun psixi xüsusiyyət, keyfiyyət və tələbatlarının nəzərə alınması olduqca zəruridir. Uşaq psixi xassə və keyfiyyətlərə yiyələnərək, özünün gələcək inkişafının ilkin bazasını yaratmış olur.
Uşaq psixologiyası müstəqil və fundamental elmlərdən biri kimi onun üçün vacib elmi əhəmiyyət kəsb edən bir sıra digər elmlərlə qarşılıqlı əlaqədədir. Həmin elm sahələrinə aşağıdakılar daxildir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin