Ümumtəhsil məKTƏBLƏrində TƏhsilin keyfiyyətinin yüKSƏldilməsində pedaqoji monitorinq və qiyməTLƏndirməLƏrin rolu



Yüklə 112 Kb.
səhifə10/12
tarix10.01.2022
ölçüsü112 Kb.
#110574
1   ...   4   5   6   7   8   9   10   11   12
Təhsilin keyfiyyəti – təhsilin real səviyyəsinin gözlənilən tə­lim nəticələri (məz­mun standartları) ilə uyğunluq dərəcəsini gös­tə­rir.

Təhsilin real səviyyəsinin yüksəldilməsi hökumətin müəyyən etdiyi, qarşıya qoyduğu hədəf­lə­rə çatmaq müvafiq indikatorlar əsasın­da təhsil müəssi­sə­lə­rində (1) təhsil prosesinin təşkili, (2) fənlər üz­rə təhsil proqramlarının yerinə yetirilməsi, (3) pedaqoji kadrların peşə sə­riştəliliyi və təhsilin göz­lə­nilən nə­ti­cə­lə­rinin əldə olunmasında on­la­rın fəaliyyətinin təmin edil­məsi, (4) təhsilalanların dərs­lik və dərs vəsaitləri ilə təmin olunması, (5) təhsilalanların fənlər üzrə fər­di təhsil nailiyyətləri, onla­rın in­ki­şaf di­na­­mi­kası və yekun attestasiyasının nə­ti­cə­ləri, (6) təlim­verənlərin yeni təhsil texnolo­gi­ya­larına yiyələnmə və onlardan istifadəetmə vəziyyəti, (7) təhsil mü­əs­sisəsinin maddi-texniki bazası, (8) təd­ris pro­se­si­nin zəruri maddi-texniki resurslarla təmin edil­­məsi, (9) təhsil mü­əs­sisəsində tərbiyə işinin təşkili, (10) əlavə təhsil xidmət­lə­rinin və­ziyyəti, (11) təhsilalanların və təhsilverənlərin qida məh­sul­la­rı ilə tə­mi­natı və sağ­lam­lıq vəziyyəti və (12) təhsil müəssi­səs­inin ma­liyyə tə­minatı ilə bağlı fəa­liy­yət istiqamətləri üzrə aş­kar­lıq şə­rai­tində davamlı mo­nito­rinq­­lə­rin apa­rılmasını və onların mü­qayisəli təhlilinin həyata ke­çi­ril­mə­­si­ni tələb edir. Bu isə öz növbəsində təhsil müəssisələrinə rəh­bər­lik edən­lərin, tədris işləri üzrə direk­tor mü­a­vin­lə­rinin, fənn metodbirləşmələrinin, təhsil şöbələri­ (ida­­rə­ləri) məs­lə­hət­çilərinin və metodik mərkəz­lə­rinin əmək­daş­ları­nın fəaliyyəti­nin yeni əsas­lar üzə­rində qu­rul­masını (təş­kil edilməsini) zə­ruri edir. Təh­silin keyfiyyətinə nəzarəti həyata ke­çi­rən­lərin əsas vəzi­fəsi yalnız təhsilalanların təlim nəti­cə­lərinin qiy­mət­lən­di­ril­məsinin apa­rıl­ma­sından ibarət ol­ma­yıb, ey­ni za­man­da təhsilverə­nin, təhsil pro­sesinə cəlb olunanların, ümu­mi­likdə təhsil müəssisə­sinin fəaliy­yə­tinin qiymətlən­di­ril­mə­sinə komp­leks şəkildə yanaşılmasını da özündə ehtiva edir.

Biz təhsil müəssisələrində təhsilin keyfiyyətinin yük­səl­dil­məsi – tədris ili ərzində və təhsil səviy­yələrinin sonunda fənn kurikulumları üzrə monito­rinq­­lə­rin aparıl­ma­­sını, təhsil­alan­ların baca­rıq və nailiyyət­ səviyyəsinin fərdi qiymət­lən­di­ril­mə­si­ni və bunun əsasında təhsilverən­lərin, məktəb psi­xo­loqu və sosio­loqunun, təhsil müəssisəsi­ rəhbərliyinin, həm­çi­nin mü­əs­sisədə yaradılan və fəaliyyət gös­tərən ictimai təşki­lat­ların, xid­mət sahə­sin­də ça­lışanların və di­gər işçilərin fə­a­liy­­yə­ti­nin qiy­mət­lən­­diril­mə­sini və dəyərləndirilməsini zəru­ri edir.

Təhsilin keyfiyyətinə nəzarəti həyata keçirmək və hədəflərə çatmaq üçün təhsili idarəedənlərin öz fəaliyyətlərini aşağıdakı sxem əsasında qurmalarını məqsədəuyğun hesab edirik:


Sxemdən görünür ki, təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq ilkin olaraq təhsilalanın re­al vəziyyətinin öyrənilməsindən başlayır, bununla bağlı monitorinq (I qiymətləndirmə) aparılır, prob­lem və onların yaranma səbəbləri müəyyən olu­nur, təkliflər hazırlanır və həyata keçirilir, ye­ni­dən monitorinq (II qiymətləndirmə) aparılır, onların nəticələri müqa­yi­səli təh­lil olunur – dəyər­lən­di­rilir, nailiyyət səviyyəsi və çatışmazlıqlar müəyyən olunur və bu proses davamlı olaraq tək­rar edilir.



Aparılan monitorinqlərin nəticələrinin təhlili təhsilin keyfiy­yətinin bilavasitə müəlli­min bilik, ba­ca­rıq və iş key­­fiy­yə­ti­nin sə­viy­yə­sindən asılı olduğunu və on­dan yük­səkdə olma­dığını göstərir. Bu baxımdan təhsilin bü­tün pillə və səviyyələrində təhsilalanın keyfiyyətli təhsil almasını təmin etmək üçün pedaqoji kadr hazırlayan ali və orta ixtisas təhsili müəssisələrində müasir tələblərə uyğun təh­silverənin hazırlanması ilə bağlı (1) tədris olu­nan fənlərin siyahısının dəqiqləşdirilməsinə, (2) fənn ku­rikulumlarının məzmununun müəyyən edil­mə­sinə, (3) təlim/tədris prosesinin yeni texnolo­gi­ya­lar­dan istifadə edilməklə qurulmasına, (4) mə­zun­la­rın yeni qiymətləndirmə sistemindən istifadə et­mək bacarıqlarına yiyələnməsinə, (5) bütün tipdən təhsil müəssi­sə­lə­rin­də işlə­yən­lərin peşəkarlıq sə­viy­yə­si­­nin yük­­səldilməsinə (ixtisasartırma təhsilinə) diq­qət ye­tiril­mə­si­ni, məq­sədyönlü, sis­tem­li və da­vam­lı iş apa­rıl­masını zəruri hesab edirik.


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin