Валидейнляримин язиз хатирясиня


Qiymətlərin dövlət tənzimlənməsinin mahiyyəti



Yüklə 2 Mb.
səhifə70/73
tarix18.11.2023
ölçüsü2 Mb.
#132942
1   ...   65   66   67   68   69   70   71   72   73
tikinti-smeta

4 .Qiymətlərin dövlət tənzimlənməsinin mahiyyəti


Müasir şəraitdə iqtisadiyyatın inkişafı prosesində qiymətlərin formalaşmasında həm bazar münasibətləri, həm də dövlət tənzimlənməsi fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə dövlət sahibkarlıq və ayrı-ayrı müəssisələrin fəaliyyətinə müdaxiləsi əsasən dolayı yolla həyata keçirilir. Dövlətin iqtisadiyyata təsirinin başlıja növlərindən biri qiymətin tənzimlənməsidir. Dövlət tənzimlənməsi bir tərəfdən jəmiyyət üçün zərərli sayılan iqtisadi fəaliyyətin məhdudlaşdırıjısı kimi, digər tərəfdən isə bəzi sahibkarlıq formaldarının inkişafına köməklik göstərən təkanveriji kimi çıxış edə bilər. Beləliklə, iqtisadiyyatın dövlət tənzimlənməsinin əsas məqsədi, jəmiyyətin ilk növbədə sosial müdafiəyə ehtiyajı olan əhali təbəqəsinin marağını qorumaq, onu müdafiə etmək və ətraf mühiti qorumaqdır.


Dövlətin iqtisadiyyata təsirinin əsas istiqamətlərindən biri tələb və təklifi nizamlayan qiymətin tənzimlənməsidir.
İnkişaf etmiş ölkələrin təjrübəsində qiymətlərin dövlətin təsiri ilə məhdudlaşdırılması əsasən aşağıdakı mərhələlərdən ibarətdir.

  1. Dövlət tərəfindən qiymətlərin təsbit olunması, bunlara aşağıdakılar daxildir:

  • dövlət preyskurant qiymətlərini tətbiq etməklə;

  • sərbəst bazar qiymətlərinin «dondurulması» ilə;

  • inhisar qiymətlərini təsbit etməklə.

  1. Dövlət tərəfindən qiymətlərin tənzimlənməsi, bu halda dövlət müəssisənin qoyduğu qiymətlər üçün qaydalar müəyyən edir. Bununla əlaqədar olaraq, müasir şəraitdə qiymətlərin tənzimlənməsinin aşağıdkı formaları vardır:

  • əmtəələrin istehsalı və tədavulu sferasında dövlətin iştirakı ilə qiymətlərin tənzimlənməsi;

  • əmtəə bazarlarında tələb və təklifin balanslaşdırılmasına təsir etmək yolu ilə qiymətlərin tənzimlənməsi;

  • antiinhisar qanunverijiliyi və gəlirlərin tənzimlənməsi siyasəti ilə tənzimlənməsi;

  • pul tədavülü sferası, eləjə də bu formaların əlaqələndirilməsi vasitəsilə konyukturanın tənzimlənməsi.

Belə ki, dünya təjrübəsində qiyməğtlərin tənzimlənməsinin aşağıdakı üsulları vardır:

  • qiymətlərin son həddi səviyyəsinin müəyyən edilməsi;

  • pərakəndə satış qiyməti elementlərinin son hədd səviyyəsinin müəyyən edilməsi;

  • birdəfəlik qiymət artımlarının son hədd səviyyəsiinn müəyyən edilməsi;

  • inhisar qiymətləri üzərində dövlət nəzarəti;

  • dövlət müəssisələri tərəfindən qiymət qoyulması yolu ilə bazar qiymətlərinin tənzimlənməsi və s.

  1. Sərbəst (müqavilə) qiymətlərin qoyulması. Bu halda dövlət ədalətsiz (haqsız) rəqabətə və bazarın inhisarlaşdırılmasına bir sıra qadağalar tətbiq edir ki, bunlara aşağıdakılar daxildir:

  • qiymətlərin üfüqi təsbit olunmasına qadağa;

  • qiymətlərin şaquli təsbit olunmasına qadağa;

  • qiymət ayrı-seçkiliyinə qadağa;

  • demninqə qadağa;

  • «ədalətsiz» qiymət reklamına qadağa.

Qeyd etmək lazımdlır ki, qiymətlərin dövlət tənzimlnməsi metodları iki qrupa bölünür: dolayı və iqtisadi metodlar; birbaşa və ya inzibati metodlar. Qiymətin iqtisadi metodlarını tənzimləyərkən dövlət qiymətləri tələb və təklif və ya qiymətin tərkib elementlərinə təsir göstərməklə dəyişdirir. Belə ki, vergi siyasəti ilə qiymətlərin tərkib elementlərinə təsir göstərir.
Qiymətlərin birbaşa tənzimlənməsi əsasən ijtimai istifadə (istehlak) sahələrində (enerci, nəqliyyat, rabitə və s.) tətbiq olunur. Bu sahələrdə qiymət və tariflər adətən inhisarlarla münasibətdə aşağı və yüksək mənfəət normaları əsasında müəyyən olunur. Qiymətlərin dolayı üsulla tənzimlənməsində, qiymətlərin özünə deyil, qiymətlərin əmələ gəlməsinə təsir edən amillər əsasında meydana çıxır. Dövlət tənzimlənməsinin birbaşa metodları arasında, qiymətlərin inzibati qaydada müəyyən olunmasıdır ki, bu da bir çox ölkələrdə Fransa, Hollandiya, Belçika və s. fəaliyyət göstərir. Dövlət tənzimlənməsinin birbaşa metodları ilə yanaşı qiymətlərin əmələ gəlməsi prosesinə təsir edən dolayı metodlar da mövjuddur və onlar əlaqəli surətdə dövlət inhisar tənzimlənməsinin ümumi alətləri hesab olunurlar. Onu da qeyd etmək lazımdır ki, qiymətlərin əmələ gəlməsinə təsirin dolayı metodlara Qərbi Avropa ölkələrində hələ XX əsrin başlanğıjından tətbiq edilir. Burada qiymətin əmələ gəlmə metodları adətən konyuktürların dəyişdirilməsinə, maliyyələşdirmə, valyuta və vergi əməliyyatları sahəsində vəziyyətin sabitləşməsinə, tələb və təklif arasındakı nisbətin normalaşdırılmasına yönəldilir və makroiqtisadi xarakter daşıyır.
Bir çox inkişaf etmiş ölkələrdə qiymətlərin tənzimlənməsinin dolayı metodlarına, dövlət tərəfindən torpaq rentasının, uçot dərəjələrinin, əmək haqqının, eləjə də qiymətlərin əmələ gəlməsinə təsir edən digər amillərin tənzimlənməsinə yönəldilmiş fəaliyyətlər aid edilir. Hazırki şəraitdə dünyanın bir çox ölkələrində o jümlədən Azərbayjanda pul-kredit siyasəti qiymətlərin iqtisadi metodlarla tənzmlənməsinin ən başlıja vasitəsidir. Onu da qeyd etmək lazımdır ki, bazar münasibətləri şəraitində qiymətlərin iqtisadi metodlarla tənzimlənməsinin əsas vasitələrndən biri də vergi siyasətidir.
Qeyd etmək lazımdır ki, bazar münasibətləri şəraitində qiymətlərin ən başlıja tənzimləyijisi bazar və rəqabətdir. Qiymətlərin dövlət tənzimlənməsi isə yalnız qiymətlərin bazar mexanizmi çərçivəsində tənzimlənməsini tamamlamaq məqsədini güdür.
Tənzimlənən inhisar zamanı dövlət müəssisələrinə ijazə verir ki, ədalətli gəlir normasını təmin edən qiymətləri və tarifləri müəyyən etsin. Bu istehsalın əldə etdiyi səviyyəsinin saxlamağa, zəruri hallarda isə hətta istehsalı genişləndirməyə imkan verir.
Tənzimlənməyən inhisar, qiymət üzərində müəyyən nəzarəti həyata keçirir və bazarda qiyməti müəyyən etmək imkanı ola bilər. Lakin, inhisarçı müəssisə heç də həmişə maksimal qiyməti müəyyən etmir. Bu bir sıra amillərlə izah olunur, onun tətbiqi qorxusu, dövlət tənzimlənməsinin tətbiqi qorxusu, rəqibəlrin jəlb etmək istəməməsi, qiymətləri aşağı salmaq hesabına satışın həjmini mümkün dairəsində genişləndirmək jəhdi və s.
Onu da qeyd etmək lazımdır ki, bazar münasibətlərinə keçidin əsas şərtlərindən biri qiymətlərin liberalaşdırılmasıdır, yəni onların tələb və təklif əsasında formalaşmasıdır. Bu barədə 1992-ji il 2 yanvar tarixli 540 saylı «Qiymət və tariflərin sərbəstləşdirilməsi» haqqında Respublika Prezidentinin fərmanının ijrasına uyğun olaraq Nazirlər Kabinetnin 2 yanvar 1992-ji il tarixli 3 saylı «Qiymət və tariflərin sərbəstləşdirilməsi» tədbirləri haqqında qərarı olmuşdur. Sonralar da qiymətlərin sərbəstləşdirilməsi barədə bir çox qərarlar olmuşdur ki, burada əsasən istehsal - texniki təyinatlı məhsullara, xalq istehlakı mallarına və xidmətələrə bazarda təşəkkül tapmış tələb və təklif əsasında formalaşan sərbəst (bazar) qiymətləri (tarifləri) tətbiq olunsun.
Azərbayjan Repsublikasında qiymətin əmələ gəlmələsinin dövlət tənzimlənməsi ölkə Prezidentinin «Qiymətlərin (tarifləri) dövlət tənzimlənməsinin nizamlaşdırılması tədbirləri haqqında» fərmanı ilə həyata keçirilir. Bu fərmanda həmçinin, qiymətlərin dövlət tənzimlənməsinin həyata keçirildiyi məhsulların və xidmətlərin siyahısı da müəyyən olunmuşdur.
Müxtləif tipli bazar mühitində dövlət, qiymətin əmələ gəlməsinə müəyyən səviyyədə nəzarət edir və bu aşağıdakı jədvəl 13.4-də göstərilmişdir.
Bazar münasibətləri şəraitində qiymətin əmələ gəlməsinin dövlət tənzimlənməsi qüvvədə olan qanunla tənzimlənir
Qiymətlərin dövlət tənzimlənməsində «Antiinhisar fəaliyyəti haqqında», «Haqsız rəqabət haqqında» və digər qanunlar qiymətlərin dövlət tənzimlənməsinin qanunveriji bazasında mühüm yer tuturlar. Azərbayjan Respulikasında qiymət intizamının pozulmasına Azərbayjan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi və əlaqədar orqanlar nəzarət edirlər. Nəzarət hüququ olan orqanlar vergi qanunverijiliyin və dövlət qiymət intizamının pozulması nətijəsində budjəyə ödənilməmiş vergilər, əldə edlmiş gəlirlər aşkar etdikdə, onların məbləğləri barədə vergi orqanlarına və əlaqədar orqanlara məlumat verirlər.
Dövlət, qiymət intizamının pozulması ilə əlaqədar müəssisələrə və vətəndaşlara maliyyə sanksiyaları tətbiq edilir. Belə ki, dövlət qiymət intizamının pozulmasında gəlir əldə edilməsinə görə rəsmi xəbərdarlıq edilməklə, bu gəlirin miqdarıfnda rəsmi xəbərdarlıqdan sonra iki il ərzində buna təkrar yol verdikdə həmin gəlirin iki misli, bundan sonra il ərzində yol verildikdə üç misli miqdarında (bu hədlər dövrü olaraq dəyişə bilər) sanksiyaları tətbiq edilir.

Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin