Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə5/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   2   3   4   5   6   7   8   9   ...   162
Elektron diw

Epitel qatı. Ağız boşluğunun selikli qişasının üzəri daima seliklə örtülü və ya nəm 
olur. Bu mühiti selikli qişanın selik vəziləri təmin edir.  
Ağız boşluğunun selikli qişasının epitel qatının tərkibində hüceyrə qatları və sıraları 
ayrıd edilir. Bunlardan ən dərində - selikli qişanın xüsusi lövhəsi ilə sərhəddə, başqa 
sözlə, birləşdirici toxumanın üzərində yerləşən qat – bazal qatdır. Bazal qat bir sırada 
yerləşmiş bazofil sitoplazmalı, kubşəkilli hüceyrələrdən təşkil olunmuşdur. Bunun 
üzərində tikanabənzər qat yerləşir. Bu qat bir neçə iri, poliqonal formalı 
hüceyrələrdən təşkil olunmuşdur. Həmin hüceyrələr bir-biri ilə aydın nəzərə çarpan 
hüceyrələrarası körpücüklərlə birləşmiş olurlar. Nəhayət, ən səthi qat – yastı epitel 
qatıdır. Ön səthdəki hüceyrələr daim qopub ayrılır və tüpürcəyə qarışırlar. Hər gün 
ağız boşluğunun selikli qişasının epitel qatından külli miqdarda hüceyrə ayrılır. Bu 
itki, daha dərin qat hüceyrələrinin bölünməsi hesabına bərpa olunur. Hüceyrələrin 


mitozu əsasən bazal və tikanabənzər qatda müşahidə olunur. Ağız boşluğu epitelinin 
təzələnmə sürəti haqqında tam təəssüratı mitoz indeksi yaradır: bu hər 1000 
hüceyrəyə düşən mitozun miqdarı deməkdir. Ağız boşluğu epitelində mitoz indeksi 
təqribən 2,1- 2,2 –dir. Bu inderks insan yaşa dolduqca tədricən artır. Histokimyəvi 
tədqiqatlar göstərmişdir ki, ağız boşluğu selikli qişanın buynuzlaşmayan epitelisi bir 
sıra xüsusiyyətlərə malikdir. Birincisi, bu hüceyrələr qlikogen sintez edir və saxlaya 
bilir.Qlikogen dənələri əsasən tikanlı qat hüceyrələrinin sitoplazmalarında yerləşir. 
Bununla birlikdə, ağız boşluğunun epiteli fermentlərinin oksidləşmə aktivliyi, dərinin 
çoxqatlı epitel fermentlərinin aktivliyindən yüksəkdir. Ağız boşluğu epitelinin 
ultramikroskopik tədqiqatı göstərmişdir ki, bu hüceyrələrdə lövhəli kompleks
sitoplazmatik şəbəkə və mitoxondrilər yaxşı inkişaf etmişlər. Səthə yaxınlaşdıqca bu 
orqanellərin miqdarı azalır, lap səthi hüceyrələrdə isə onlar heç olmurlar. Qlikogenə 
reaksiya verən epitel hüceyrələrində, adətən, aqranulyar sitoplazmatik şəbəkə 
müşahidə edilir. Ağız boşluğunun epitel hüceyrələri, adətən, desmosomlar vasitəsilə 
əlaqələnir. Epitelin hüceyrələrarası sahələri aşağı elektron sıxlıqlı maddə ilə dolur. 
Onun miqdarı səthə yaxınlaşdıqca azalır.  
Ağız boşluğu epitelinin quruluşu epiteli üstünün buynuzlaşmasından asılı olaraq 
dəyişir. Son illərin tədqiqatları göstərmişdir ki, insanda sərt damaq, diş əti 
 
 
və hətta dilin-sapabənzər məməcikləri qismən buynuzlaşmaya məruz qalır. Qalan 
yerlərdə isə ağız boşluğunun selikli qişası çoxqatlı buynuzlaşmayan epitellə 
örtülüdür.  
Ağız boşluğu selikli qişasının xüsusi qatı (lövhəsi) [tunica mucosa proprid]. 
Hüceyrəarası maddə, lifli struktur və hüceyrə elementlərindən təşkil olunmuş 
birləşdirici toxumadan ibarətdir.  
Birləşdirici toxumanın hüceyrəarası maddəsinin əsasını turş mukopolisaxaridlər təşkil 
edir.  
Lifli strukturun əsasını yerindən asılı olaraq, kollagen və argirofil liflər təşkil edirlər.  
Xüsusi selikli qişanın hüceyrə elementləri fibroblastlar, tosqun, plazmatik hüceyrələr, 
seqment nüvəli leykositlərdən ibarətdir. Xüsusi selikli qişa tədricən kəskin sərhəd 
olmadan selikaltı qata keçir.  
Selikaltı qat (tunica submucosa). Kövşək birləşdirici toxumadan təşkil olunmuşdur. 
Bu qatın mövcudluğu selikli qişanın hərəkətli olmasına şərait yaradır. Bu qat qan və 
limfa damarları ilə boldur. Çoxsaylı kiçik selik vəziləri vardır.  
Diş əti (gingiva). Diş əti ağız selikli qişasının bir hissəsi olub, çənənin alveolyar 
çıxıntılarını örtür və dairəvi bağ vasitəsilə dişlərə sıxılır. Anatomik olaraq diş əti üç 
nahiyəyə bölünür: marginal, alveolyar və papilyar.  
Hərəkətli selikli qişa ilə hərəkətsiz selikli qişanın sərhəddi keçid pərdəsi adlanır.  
Diş ətinin epitel lövhəsində buynuz qat yaxşı inkişaf etmişdir. Diş ətinin dəhliz və 
xüsusi ağız hissələrində buynuzlaşma dərəcəsi müxtəlifdir. Adətən, dəhliz hissədə 
buynuzlaşma güclüdür. Diş ətinin xüsusi lövhəsi sıx yerləşmiş kollagen lif 
dəstələrindən ibarət lifli birləşdirici toxumadan təşkil olunmuşdur. Diş ətində adətən 
selikaltı qat olmur.  


Dil (lingua). Dil – xüsusi ağız boşluğunda yerləşən, zəngin qan və limfa damarlarına, 
sinir uclarına malik olan selikli qişa ilə örtülmüş, eninəzolaqlı əzələvi orqandır. Dil 
tələffüzdə, dişləmədə, çeynəmədə, udmada, dadbilmədə və sümürmədə iştirak edir.  
Dilin zirvəsi (ucu), əsası, kökü, yuxarı, aşağı səthləri və yan nahiyələri vardır. Dilin 
selikli qişası çoxqatlı yastı epitel ilə örtülüdür. Selikli qişanın quruluşu dilin üst və alt 
hissələrində müxtəlifdir. Üst səthdə, dilin arxasında selikli qişada çıxıntılar əmələ 
gəlir ki, bunlara «məməciklər» deyilir.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin