Rusiya Federasiyası (RF) və dünya
təsərrüfatında onun rolu
Sosial-iqtisadi inkişafda xarici iqtisadi faktorun rolunun qiymətləndirilməsi. RF keçmiş SSRİ-nin varisidir. Lakin əvvəlki mövqeyi tamamilə itirilib. Bazar iqtisadiyyatı yaratmaqla RF dünya təsərrüfatına, beynəlxalq hüquq münasibətlərinə hörmətlə yanaşan və əməl edən bərabər hüquqlu tərəfdaş kimi daxil olmağa çalışır. RF-nın müasir vəziyyətində başlıca olaraq xarici iqtisadi faktorun rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi hiss olunmaqdadır.
RF dünyada ən böyük ərazi(17.4 mln km) və təxminən 150 milyon nəfər əhaliyə malikdir.(Bu göstərici üzrə dünyada 6-cı yeri tutur).Ölkədə kömür və karbohidrogen ehtiyatları zəngindir.Belə ki, dünya ehtiyatlarının ümumi həcminin 20% -ə qədəri bu ölkədə yerləşir. 1990-1998-ri illərdə UDM-un həcmi 40% aşağı düşmüş və 1999-cu ildə təxminən 0.8 trln. dollar təşkil etmişdir.RF bu göstərici üzrə dünyada 8-ci yeri tutur.Adambaşına düşən UDM-un səviyyəsinə görə RF ortasəviyyəli dövlətlər qrupuna aiddir(təxminən 6220 dollar) və dünya iqtisadi iyearxiyasının beşinci pilləsində qərar tutur.
İstehsalın strukturu bütövlükdə sənayedən ibarətdir ÜDM-də sənayenin payı-64%-dir. Lakin əsas yer yanacaq-energetika sahələrinə məxsusdur.Sənaye istehsalının strukturunda yanacaq-energetika sahəsi 64% təşkil edir.
Səmərəlilik baxımından Rusiya istehsalı inkişaf etmiş ölkələrin səviyyəsindən geridə qalır.RF-da məşğul əhalinin birinə düşən şərti xalis məhsul təxminən 20% təşkil edir. ABŞ-da bu rəqəm 24%, Yaponiyada isə 27%-dir.
Bazar iqtisadiyyatının əsaslarının formalaşdırılması xarici iqtisadi faktorun rolunu mahiyyətcə artırdı.Ölkənin iqtisadi inkişafı geriləmə ilə xarakterizə olunsa da, bu proses davam etdirildi.Lakin yeni məqsədlər,yeni vəzifələr,nəhayət, iqtisadi sistemin başqa xarakterdə olması,xarici iqtisadi əlaqələri iqtisadi artımın əhəmiyyətli faktoru kimi nəzərdən keçirilməsini tələb etdi.1997-ci ildə eksport kvotası (yaxın xaric ölkələri ilə xarici əlaqələr hesaba almaqla) 16.5%təşkil etdi.Müasir xarici iqtisadi əlaqələrin xüsusiyyəti ondan ibarətdir ki,onların strukturunda yaxın xarici ölkələr ilə münasibətlər geniş inkişaf zonasına malikdir.Bu ölkələrin üzərinə (yəni yaxın xarici ölkələrin )xarici iqtisadi fəaliyyətin təxminən 60%-i düşür.RF-nın xarici ticarətində əmtəə dövriyyəsinin həcmi 1998-də 132.4 mlrd dolları ötdü.Burada eksport-75 mlrd dollar,import 57.4 mlrd dollar təşkil etdi.Bu keçmiş sovet xarici ticarətin səviyyəsindən 1990-dakı 20%-dən çoxdur və1992-ci ilin səviyyəsini 40% ötür.Xarici iqtisadi fəaliyyətin həcmindəki artım son 2-3 ildə ölkənin iqtisadi situasiyasında olan ciddi dəyişiklikləriəks etdirir.1998-ci ilin avqustundakı maliyyə böhranı RF-da iqtisadi şəraiti köklü şəkildə dəyişdirdi.1996-1997-ci illərdə infilyasiya aşağı idi.Lakin 1998-ci ildə inflyasiyanın səviyyəsinin 12% olması bir qədər süni xarakter daşıyırdı ki,bu da rublun (1 dollara olan münasibətin 6 rubl səviyyəsində qalması) valyuta kursunun qorunması ilə əlaqədar idi.Qızıl valyuta ehtiyatlarının azalması ,neft və neft məhsullarına dünya qiymətinin kəskin aşağı düşməsi Rusiya hökumətini xarici borcların ödənilməsini dondurmağa və rublun devalvasiyasına məcbur etdi.Bununla yanaşı rublun devalvasiyası eksportun artımını stimullaşdırır.Lakin,ölkədəki çətin maliyyə situasiyası eksportun inkişaf səviyyəsinə çıxmasına imkan vermir və importun əhəmiyyətli dərəcədə sıxışdırılmasına şərait yaratmır.
RF-da hələlik investisiya prosesinin intensivləşdirilməsinə səylər hiss olunmur.Sənaye istehsalının həcmi 1998-ci ildə 3%i güclə ötürdü.Bu da iqtisadi artım haqqında ciddi danışmağa əsas vermir.Bir sıra sahələrdə istehsalın həcmi aşağı düşməkdə davam edir.Xarici iqtisadi əlaqələrin strukturu hələ də yaxşı deyildir.Eksport strukturunun həcminin 75%-dən çoxunu yanacaq-xammal məhsulları,o cümlədən neft və təbii qaz təşkil edir.Əlvan metallar eksportun təxminən 56%-ni təşkil edir.İslahat illərində ölkənin təbii resurslarının eksportdakı payı artıb.Bunun müqabilində hazır məhsulun payı aşağı düşüb.Bu gün bu pay o qədər azdır ki,RF-nın iqtisadiyyatının böhran xarakterli olduğunu aydınlaşdırır.Hələlik durğunluq dəf olunmuşdur.Odur ki,RF-nın xarici iqtisadi əlaqələrindəki keyfiyyətli və səmərəli yeniləşmələrdən danışmaq çətindir.
Dostları ilə paylaş: |