Yeni DÜnya düZƏNİ


Rəhbərlər ədalət uğrunda başçılıq edəcək



Yüklə 3,78 Mb.
səhifə18/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   14   15   16   17   18   19   20   21   ...   97
Rəhbərlər ədalət uğrunda başçılıq edəcək. 

Hər biri küləkdən daldalanacaq,

Leysandan sığınacaq,

Susuz diyarda axar çaylar,

İstidən qovrulan diyarda nəhəng qaya kölgəsi kimi olacaq. 

O zaman görən gözlər daha bağlanmayacaq,

Eşidən qulaqlar dinləyəcək. 

Çılğın qəlblər biliyə meyil salacaq,

Pəltək dillər apaydın danışacaq.

Daha axmağa səxavət sahibi,

Alçaq adama alicənab deməyəcəklər”.

Əşiya (İsayya) peyğəmbərin (ə) kitabının VII fəslinin 14-cü bəndində onun bakirə qadından doğulacağı öncədən bildirilmişdi:

Buna görə Yehova Özü sizə əlamət verəcək: qız hamilə qalıb bir oğul doğacaq və adını İmanuil (Tanrı bizimlədir) qoyacaq”.

Maşiah (Məsih) barədə müjdələrə Ərəmya (İeremiya) və Hizqiyal (Hezekiil) peyğəmbərlərin (ə) də kitablarında da rastlanmaqdadır. Məsələn, Ərəmyanın (ə) kitabının XXIII fəslinin 5-6 – cı bəndlərində onun Həzrət Davudun (ə) soyundan olacağı və şahlıq quracağı bildirilməkdədir:

Gün gələcək, Davudun nəslindən saleh pöhrə çıxaracağam. O, padşah olacaq. Bəsirətlə davranacaq, bütün ölkədə haqq-ədalətin, salehliyin keşiyində duracaq, - bəyan edir Yehova”.

Bu fikir eyni kitabın XXXIII fəslinin 15-16 – cı bəndlərində də təkrarlanır:

O günlərdə, o zaman Davudun nəslindən saleh pöhrə çıxaracağam. O, ölkədə salehliklə, haqq-ədalətlə davranacaq. O günlərdə Yəhuda xilas olacaq, Yerusəlim əmin-amanlıqda yaşayacaq. Onu “Salehliyimiz Yehovadandır” deyib çağıracaqlar”.

Hizqiyal (Hezekiil) peyğəmbərin (ə) kitabınıb XVII fəslinin 23-cü ayəsinin də Maşiahla (Məsihlə) bağlı olduğu hesab edilir:

Külli-İxtiyar Yehova belə deyir: “Hündür sidr ağacının təpəsindən bir budaq götürüb əkəcəyəm. Onun başındakı pöhrələrdən zərif zoğ qıracağam, gətirib hündür, əzəmətli dağda əkəcəyəm”...”.

Yəhudilərin fikrincə, Maşiah haqqında müjdələrə Həqqay və Zəkəriyyə peyğəmbərlərin (ə) kitablarında da rast gəlinməkdədir. Məsələn, Həqqayın (ə) kitabının II fəslinin 23-cü bəndinin Maşiaha işarə etdiyi düşünülür:

Ordular Allahı Yehova bəyan edir: “Ey Şəəltiil oğlu Zərubabil, ey Mənim qulum! O gün səni götürüb möhür üzüyü edəcəyəm”, - Yehova bəyan edir, - “Çünki Mən səni seçmişəm”, - ordular Allahı Yehova bəyan edir”.

Zəkəriyyənin (ə) kitabında da Maşiahın müjdələndiyinə inanılır. Bu kitabın III fəslinin 8-ci bəndində belə deyilir:

Ey baş kahin Yuşə, sən və sənin önündə oturan, rəmzi məna daşıyan yoldaşların, qulaq asın: Mən qulum Pöhrəni gətirirəm! ”.

Eyni kitabın VI fəslinin 12 bəndindən isə belə aydın olur ki, Beytül-Məqdisi (Süleyman məbədini) Maşiah bərpa edəcəkdir:

Ona söylə: “Ordular Allahı Yehova deyir: “Bax, Pöhrə adlı adam budur! O, olduğu yerdə boy atacaq və Yehovanın məbədini tikəcək”.

Müjdələrin Dənyal Peyğəmbərin (ə) kitabında da olduğuna inanılır. Məsələn, sözügedən kitabın VII fəslin 18-ci bəndində söylənilənlər yəhudi xalqının Maşiahın bütün dünya üzərində əbədi şahlığı ilə mükafatlandırılacağı kimi şərh edilir:

Lakin padşahlığı Haqq-Taalanın müqəddəs bəndələri alacaq, onlar bu padşahlığa əbədi sahib olacaqlar. Bəli, əbədiyyən, sonsuzadək”.

Həmin fəslin XXII bəndində yazılanlar da eyni mənada yozulur:

Bu zaman Əzəldən Var Olan gəldi və Haqq-Taalanın müqəddəs bəndələrinin xeyrinə hökm çıxarıldı. Beləcə, müqəddəs bəndələrin padşahlığa sahib olmaq vaxtı yetişdi”.

Eyni fikir 27-ci bənddə də təkrarlanır:

Padşahlıq, hakimiyyət və göylər altında olan səltənətlərin cah-calalı Haqq-Taalanın müqəddəslərinə, Onun xalqına veriləcək. Onların padşahlığı əbədi padşahlıqdır, bütün hökmdarlar onlara qulluq edib boyun əyəcək”.

Beləliklə, Maşiah damarlarında Həzrət Davudun (ə) qanını daşımalı və “padşah”, yəni kral nəslindən olmalıdır. Üstəlik də bu kralın gələcək “Dünya hökuməti”nin paytaxtı kimi nəzərdən keçirilən Qüdsün (Yerusəlimin) kralı olmağa hüququ olmalıdır. Hazırda bir növ “Dünya hökuməti” funksiyasını yerinə yetirən BMT ilə hər hansı bir bağının olması da vacib şəxsdir.

Ortaya belə bir sual çıxır: Bu gün damarlarında Həzrət Davudun (ə) qanını daşıyan və Qüdsə rəsmən haqq iddia etməyə hüququ olan hər hansı bir kral nəsli mövcuddurmu?

Suala müsbət cavab verə bilərik. Belə bir nəsil var və həmin nəsil “Kəllə və sümüklər”in də, Bilderberq klubunun da, 300-lərin də üzstündə duran 13 nəsildən biridir. Söhbət aşağıdakı 13 nəsildən gedir:

Rotşildlər

Rokfellerlər

Morqanlar

Astorlar


Bandilər

Kollinslər



DuPontlar

Friman


Habsburqlar

Lordlar


Oppenhaymerlər

Rassellər

Varburqlar

Bu ailələrdən sadəcə biri – Habsburqlar kral xanədanıdır.

Sözügedən ailənin Avropanın gizli kralı kimi tanınan və Müqəddəs Romanın imperatorlarından olan Çarlesin (Charles) soyundan olduğu məlumdur.

Habsburq ailəsi xiristianlığın rəsmi doktrini ilə ziddiyyət təşkil edən inancın müdafiəçisidir. Bu inanca görə, Həzrət İsa (ə) guya arvadı və övladıyla birlikdə çarmıxa çəkilməkdən qurtularaq, Fransaya qaçmış və məşhur Merovengian xanədanıyla qohum olaraq soyunu günümüzədək davam etdirməyi bacarmışdır. Bu səbəbdən də ailənin ən yaşlı nümayəndəsi 98 yaşlı Otto fon Habsburq (Otto fon Habsburg) Qüds kralı olmağa əsas namizəd idi. Maraqlıdır ki, o, hətta Qüds kralı olmağa namizədliyini rəsmən irəli sürmüşdü də.

Hazırda bu soyun ən öndə gələn ismi Lotaringiyalı Karl Habsburqdur (Karl Habsburg-Lothringen). 1961-ci ilin 11 yanvar tarixində Almaniyanın Bavariya əyalətinin Ştarnberq şəhərində anadan olub. Sonuncu Avstriya imperatoru I Karlın nəvəsidir. 1986-1998 – ci illər arasında Panavropa İttifaqının Avstriya qolunun prezidenti olmuş Lotaringiyalı Karl Habsburq 1992-1993 – cü illərdə “ORF” İctimai TV-də “Kim kimdir?” (Who is Who?) verilişinin aparıcısı kimi çıxış etmiş, 1996-cı ildə Avstriya Xalq Partiyasından (ÖVP) Avropa Parlamentinə seçilmişdir. Onun 19 yanvar 2002-ci il tarixində BMT-nin yan qurumlarından biri kimi fəaliyyət göstərən Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatının (UNPO) baş direktoru təyin edildiyi, 2007-ci ildən “Mavi qalxan” Milli Komitələr Assosasiyasının prezidenti olduğu bilinməkdədir.


Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin