Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatı (UNPO)
UNPO təşkilatının əsas məqsədi, təmsil olunmayan xalqların və toplumların humanitar və mədəni hüquqlarını qorumaq, həmin xalqlara öz idarə etmə sistemlərini yaratmaqda kömək etmək və onları digər xalqların hücümlarından qorumaqdan ibarətdir. UNPO dövətlər arasında BMT-yə qəbul olunmaq üçün ilk addım hesab olunur. Palau və Doğu Timor kimi müstəqil dövlətlər də müstəqil olmamışdan öncə UNPO-ya üzv olmuşdular. 2009-cu ildən etibarən Güney Azərbaycan da UNPO-ya qoşulmuşdur.
SSRİ-nin parçalanması ərəfəsində yaranan bu qurumun yaradılması ideyasının ilk təşəbbüskarı Tibet Milli Azadlıq Hərəkatının fəalı Tserinq Camipa, Uyğur Milli Azadlıq Hərəkatının təmsilçisi Erkin Alptəkin, XIV Dalay-lamanın tərəfdarlarından olan Maykl van Praaq və Estoniya Konqresinin üzvü Linnart Myalle olublar. Onlar bu ideyanı hələ 1980-ci illərdə dilə gətirmişdilər. Təşkilatın əsası 1990-ci ilin 5-6 sentyabrında Estoniyanın Tartu şəhərində beynəlxalq qeyri-hökumət təşkilatının yaradılması məqsədilə imzalanan Memorandumla qoyulmuş, daha sonra isə Haaqada 11 fevral 1991-ci il tarixində Estoniya, Ermənistan, Gürcüstan, İraq Kürdüstanı, Filippin Kordilyerləri, Latviya, Doğu Türküstan, Palau, Tayvan, Tatarıstan, Tibet, Qaərbi Papua, eləcə də Avstraliya aborigenləri, Albaniya yunanları və Kırım tatarlarının iştirakı ilə təsis edilmişdir.
UNPO-nun qərargahı Haaqa şəhərində yerləşir.
Beləliklə, “Dünya hökuməti”nin yaradılmasının əsas şərtlərindən biri mövcud ulus-dövlətlərin (milli dövlətlərin) parçalanaraq, yerlərində daha asan idarə edilə bilən xırda etnik dövlətlərin yaradılmasını öngörməkdədir. Təbii ki, ABŞ, İngiltərə, Fransa, İspaniya, Çin, Rusiya və s. kimi dövlətlər də parçalanmadan kənarda qalmayacaq. Daha sonra isə yeni etnik dövlətlərin vahid mərkəzdən idarə olunan konfederasiyası və ya federasiyası təşkil ediləvək. Yəni Etnosların Ümumdünya Federasiyası qurulacaq.
Plana görə yeni Dünya düzəni İsrail ərazisində başlaması və bütün dünyaya yayılması öngörülən Harmageddon (III Dünya) savaşından sonra mərhələ-mərhələ həyata keçirilməlidir. İsrailə hücuma keçməklə savaşı başladacaq dövlətlər də məlumdur. Onların hansı dövlətlər olduğunu Hizqiyal peyğəmbərin (ə) kitabının XXXVIII fəslindən öyrənmiş oluruq. Həmin fəslin 1-4 – cü bəndlərində müharibənin əsas şər qüvvəsindən söhbət açılaraq, belə deyilir:
“Yenə mənə Yehovanın sözü nazil oldu: “Ey bəni-adəm, üzünü Məcuc ölkəsindən olan Yəcuca, Roş, Məşəq və Tubalın baş əmirinə tut və ona qarşı peyğəmbərlik edib söylə ki, Külli-İxtiyar Yehova belə deyir: “Mən sənə qarşıyam, ey Yəcuc, ey Roş, Məşəq və Tubalın baş əmiri! Səni yolundan qaytaracağam. Sənin çənələrinə qarmaq keçirəcəyəm, səni dəbdəbə ilə geyinmiş, böyük və kiçik qalxanla silahlanmış, qılınc oynadan böyük izdihamla - ordunla, süvarilərinlə, atlarınla birgə çəkib sürüyəcəyəm”.
Buradakı “Roş” (רֹאשׁ) kəlməsinin ivrit (yəhudi) dilində nə anlama gəldiyi məlum deyil. Sadəcə çox sayda mülahizələr var. Bu səbəbdən də “Bibliya” başqa dillərə tərcümə edilərkən, hərə bu kəlməyə bir anlam verməyə çalışmışdır.
İngilis kralı Yakobun əmri ilə ingiliscəyə çevrilən Bibliyada (XVII əsr) həmin kəlmə “the chief prince”, yəni “baş şahzadə // böyük knyaz”, fransız tərcüməsində “prince-chef” (baş şahzadə), latın tərcüməsində “princeps capitis” (baş şahzadə), Martin Lüterin almancaya tərcüməsində “der oberste fuerst” (baş rəhbər) kimi tərcümə edilmişdir.
Ən qədim tərcümələrdən olan yunan tərcüməsində isə “Roş” kəlməsi xüsusi isim kimi işlənmiş və “Ros” kimi yazılmışdır. Əski slavyan dilində yazılmış qədim rus “Bibliya”larında da eyni halla, yəni kəlmənin xüsusi isim kimi çıxış etməsi və “Ros” şəklində yazılması halı ilə üzləşirik. Bu səbəbdən də ortodoks kilsə mənsubları onu həmişə “Rus”, yəni Rusiya kimi anlamışlar. Onların təsəvvüründə Yəcuc “Məcuc” adının sinonimi olan Rusiyanın ali baş komandanıdır.
Məşəq və Tuval // Tubal isə bir çox şərhçinin fikrincə, Moskva və Tobolsk şəhərlərini bildirir.
Hazırda Rusiyanın ali baş komandanı prezident Vladimir Putindir. Ölkənin paytaxtı da Moskvadır. Tuvala gəlincə isə, burada söhbət Tobolsk şəhərindən yox, Rusiyanın Tuva Muxtar Respublikasından getməlidir. Çünki hazırda Rusiyanın müdafiə naziri olan Sergey Şoyqu (Sergey Küjüget oqlu Şoyqu) Tuvalıdır və Tuva türklərindədndir.
Beləliklə, Harmagedon savaşı zamanı Rusiya İsrailə qarşı savaşacaq. Mətndən göründüyü kimi, əsas müttəfiqləri eynən Suriyada olduğu kimi Fars, yəni İran olacaq. Belə aydın olur ki, müttəfiqlər sırasında Həbəş (Efiopiya) və Put (Liviya ?) da olacaq:
“Hər biri sipərlə, dəbilqə ilə yaraqlanan Fars, Həbəş və Put, həmçinin Qomerlə ordusu, ucqar şimaldan Toqarma evi və bütün ordusu - çoxlu-çoxlu xalqlar səninlədir”.
Savaşın iştirakçılarından simvolların dili ilə “Vəhy” kitabında da söz aşılmaqdadır. Sözügedən kitabın XII fəslində deyilir:
“Göydə böyük bir əlamət göründü: günəşə bürünmüş bir qadın. Ay onun ayaqlarının altında idi, başında on iki ulduzdan ibarət tac vardı. Qadın hamilə idi və ağrıdan, doğuş sancılarından qışqırırdı.
Dostları ilə paylaş: |