Yeni DÜnya düZƏNİ


V FƏSİL Gizli planın kral Maşiahdan öncəki mərhələsi və ya Beytül-Məqdis (III Süleyman (ə) məbədi)



Yüklə 3,78 Mb.
səhifə32/97
tarix01.01.2022
ölçüsü3,78 Mb.
#103177
1   ...   28   29   30   31   32   33   34   35   ...   97
V FƏSİL
Gizli planın kral Maşiahdan öncəki mərhələsi və ya Beytül-Məqdis (III Süleyman (ə) məbədi)
1967-ci il İsrail-Ərəb savaşından sonra Tapınaq təpəsinin yəhudilərin əlinə keçməsi ilə “ Maşiah” layihəsinin üçüncü, sonuncu mərhələsi başlamış oldu.

Azərbaycan ədəbiyyatında adı daha çox “Məbəd dağı” kimi çəkilən Tapınaq təpəsi yəhudilərin ən müqqəddəs yer hesab etdikləri məkandır. Bura həm də Tampliyerlər təriqətinin (Knights Templar) siyasi mərkəzidir. Tövrata görə, Həzrət İbrahimin (ə) oğlunu  Tanrıya qurban vermək üçün çıxtığı və daha sonra Həzrət Süleyman (ə)  tərəfindən ucaldılan məbədin yerləşdiyi təpədir. Hazırda sözügedən məbədin yerində Əl-Əqsa məscidi bulunmaqdadır ki, bu da həmin təpəni müsəlmanlar üçün də önəmli müqəddəs yerlərdən biri halına gətirməkdədir.

“Əhdi-Ətiq”də yazılanlara görə, Həzrət Süleyman (ə) dövrü İsrail krallığının ən möhtəşəm dövrü olub. Bu dövr təkcə dindar yəhudiləri deyil, tarixçiləri də çox məşgul edən mövzulardandır. Əski yəhudi kitablarında belə rəvayət edilir ki, Həzrət Süleyman (ə) atası Həzrət Davudun (ə) vəsiyyətinə əsasən, e.ə 950-947 – ci illər arasında bir məbəd tikdirmişdi. Bu məbəd Həzrət Musaya (ə) Sina Dağında nazil edilən 10 əmrin yazıldığı iki daş lövhəni mühafizə edən Müqəddəs Əhd sandığının saxlanılması məqsədilə ucaldılmışdı. Yəhudilərin “Müqəddəs Ev” (müsəlman qaynaqlarının da eyni anlama gələn “Beytül-Məqdis”) adlandırdıqları bu məbədin əsas tapınaq hissəsi, müxtəlif yazılı qaynaqlara görə, onun qərb bölümündəydi, məbədin şərq tərəfində isə qadınlar üçün həyət yerləşirdi.

Beytül-Məqdisin içində bir ön otaq və bir də müqəddəs əmanətlərin, yəni Əhd sandığının saxlanıldığı əsas otaq vardı. Məbədin divarlarından kənarda isə qurbanların kəsilməsi və qanların axıdılması üçün nəzərdə tutulan qurbangah yerləşirdi. Bina 27 metr uzunluğunda, 9 metr genişliyində və 13,5 metr yüksəkliyində idi.

Beytül-Məqdis (Süleyman (ə) məbədi) ilk dəfə e.ə. 587-ci ildə Babillilərin Qüdsü ələ keçirdikləri zaman II Navuxodnosorun əmriylə dağıdılmışdır. Bu tarixdən etibarən yəhudilər üçün Babil sürgünü başlamış, bu əsarət e.ə. 538-ci ilə qədər sürmüş, fars şahı Kirin bölgəni ələ geçirməsi və yəhudilərə azadlıq verməsi ilə sona çatmışdı. Kirdən sonra hakimiyyətə gələn Dara şahın dövründə, daha dəqiq desək, e.ə. 515-ci ildə məbəd onun izni və dəstəyi ilə təkrar inşa edildi.

Beytül-Məqdisin, başqa sözlə, II Süleyman məbədinin b.e. 20-ci ilində Romalıların Yəhuda valisi Hirod tərəfındən restavrasiya edildiyi, genişləndirildiyi, ətrafının qoruma divarları ilə əhatə edildiyi bilinməkdədir. Bu gün əski Qüdsün “ağlama divarı” kimi tanınan qismi həmin Hirodun zamanında məbədin memarlığına əlavə edilmiş divarın qalığından başqa bir şey deyildir.

66-cı ildə yəhudilər Romalılara qarşı üsyan qaldırdılar.


Roma imperatoru Neron üsyanı yatırtmaq üçün Yəhudaya 30 minlik ordu göndərdi, amma bu ordu üsyançılar tərəfindən məğlub edildi. Belə olunca, bölgədəki problemi həll etmək üçün Neron özünün qəddarlığı ilə tanınan general Vespasian və oğlu Titusu üsyançıların üzərinə göndərdi.

Vespasian və ordusu bütün yol boyu qarşılarına çıxan kənd və şəhərlərdə qətliam edə-edə, Qüdsə doğru irəliləyərkən, Neron öldürülür və Vespasian imperator elan edilir, orduya başçılığı oğluna verərək geri dönür.
Titus Qüdsü mahsirəyə alır və şəhər əhlini aclığa məhkum edir. Bu yolla Qüdsü ələ keçirən Titus şəhəri, o cümlədən məbədi yerlə bir edir. Bu hadisə 70-ci ildə baş verir.

Romalılar II Süleyman məbədinin yerində öz dini inanclarına uyğun olaraq, Yüpiter məbədi tikirlər. Yəhudilərin e.ə 132-133 - cü illərdə təkrar üsyan etmələri və Yüpiter tapınağını yıxmalarından sonra bölgəyə göndərilən Roma orduları tapınağı büsbütün ortadan qaldırırlar. Konstantinin dövründə yəhudilərə oralarda dolaşmaq belə yasaq edilir, onlar Qüdsdən sürgün edilirlər. Tapınağ təpəsi isə şəhərin zibillik yerinə çevrilir.

637-ci ildə uzun bir mühasirədən sonra Qüds şəhəri müsəlmanlar tərəfindən fəth edilir. Şəhər Həzrət Ömərə (r) təslim olmağı qəbul edir. Müslümanların gəlişiylə Tapınaq təpəsi yenidən yəhudilərin üzünə açılır. Onlara tətbiq edilən bütün qadağalar ləğv edilir. Təpə Həzrət Ömərin (r) əmri ilə zibildən təmizlənir və Beytül-Məqdisin xarabalıqları üzərində taxtadan bir məscid (Mescid-i Əqsa) tikilir. Qeyd edək ki, Peyğəmbərimiz (s) məhz bu məsciddən Meraca yüksəlmiş və müsləmanlar 16 ay boyunca buranı qiblə qəbul etmiş, üzlərini həmin istiqamətə tutaraq, namaz qılmışlar.

Əməvilər dövründə Məscid-i Əqsa yenidən, bu səfər daşdan tikilir, 3 min adamın eyni anda namaz qıla biləcəyi şəkildə genişləndirilir. Həzrət Mühəmmədin (s) Meraca qalxarkən ayağını son olaraq basdığı yer olan Muallaq daşının üstündə Qübbətüs-Səhra inşa etdirilir.

I Xaçlı səfəri zamanı, daha dəqiq desək, 1099-cu ildə Qüdsü işğal edən xaçlılar məscidi dağıdırlar və yerində saray tikirlər. Tikdikləri sarayı “Süleyman məbədi adlandırırlar. 1119-cu ildə həmin saray tampelyerlərin mərkəzi qərargahına çevrilir. 1187-ci ildə Qüdsü xaçlılardan azad edən Səlahəddin Əyyubi Əl-Əqsa məscidini yenidən bərpa edir.1516-cı ildə Qüds Osmanlılara keçir və 1918-ci ilə, yəni ingilis işğalına qədər həm şəhər, həm də Məscid-i Əqsa Osmanlı himayəsində qalır.

Əl-Əqsa məscidi həmişə yəhudilər üçün bir göz dağı olmuş və bu gün də göz dağı qalmaqda davam edir. Çünki o, Beytül-Məqdisin, yəni Süleyman (ə) məbədinin üzərində inşa edilmişdir. Müsəlmanlar üçün böyük önəm daşıyan bu məscidi dağıtmadan Süleyman (ə) məbədini bərpa etmək mümkün deyil. Bu səbəbdən də 1967-ci il savaşı zamanı, iyunun 7-də baş verən ağır döyüşlərdən sonra yəhudilər Qüdsün Əski Şəhər hissəsinə daxil olub, Batı Divarını və Tapınaq Dağını ələ keçirdikləri sırada ilk növbədə məscidi partlatmaq istəmiş, fəqət beynəlxalq təzyiq və qınaqlardan çəkilən Moşe Dayan buna imkan verməmişdi.

1969-cu ildə bir yəhudi təxribatı (terror aktı) nəticəsində məscidin bir bölümü yıxılmış, fəqət yıxılan hissələr sonradan İordaniya kralının maddi dəstəyi ilə bərpa edilmişdir.

Məscid-i Əqsa bir neçə dəfə bombalama və hücuma məruz qalmışdır. Bunlardan ən qanlısı 8 oktyabr 1990-cı il tarixində 30 müsəlmanın öldürülüb, 800-ünün isə yaralandığı terror aktıdır.

1994-cü ildə İsrail və İordaniya arasında imzalanan Sülh müqaviləsinə əsasən, İsrail məscidin təhlükəsizliyinə təminat verilmişdir. Bununla belə, hazırda yəhudilər məscidi uçurmaq üçün yeni bir hiyləgər plana baş vurmuşlar. İllərdir ki, məscidin altında arxeoloji qazıntılar adı ilə çox sayda lağım atılır. Məqsəd süni bir qəza təşkil etmək və Əl-Əqsa məscidini uçurmaqdır.

Yəhudilərin dini inancının və esxatoloji dünyagörüşünün önəmli sütunlarından birini Maşiaha, yəni Məsihə inam təşkil edir. “Maşiah” adının anlamı “yağlanmış”, “yağ sürtülmüş” deməkdir. Maşiah Axırzamanda gəlməsi və yəhudilərin hökmdarı olması gözlənilən şəxsdir. Tanrı tərəfindən seçildiyinə və Onun tərəfindən göndəriləcəyinə inanılan bu şəxs bir sıra əski yəhudi kitablarında, məsələn, Talmud, Midraşim (Talmudun şərhi) və Əhdi-Ətiqdə müjdələnmişdir.

Yəhudilərin fikrincə, Maşiah haqqında ilk müjdəyə Əşiya (İsayya) peyğəmbərin (ə) kitabının IX fəslinin 1-6 – cı bəndlərində rast gəlinməkdədir:

Lakin bu dəfəki zülmət ölkə əzab çəkərkən olduğu kimi olmayacaq. O zaman Zəbulun və Niftalı torpağı xar olmuşdu. Sonra isə O, dənizkənarı yol boyunca uzanan, İordan bölgəsində yerləşən, yadellilər yaşayan Cəliləni şərəfləndirəcək.  




Yüklə 3,78 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin