2017v3
12
5) avtomobil yollarında hərəkət təhlükəsizliyinə aid olmayan nişanların və göstəricilərin, reklam lövhələrinin və
transparantların qurulması,
bu Qanunun tələblərinə uyğun olmayan yol nişanlarının yerləşdirilməsi,
həmçinin
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydalar pozulmaqla, reklam
və digər məlumat qurğularının yerləşdirilməsi;
6) dəmiryol keçidlərinin, bəndlərin, şlüzlərin, nohurların, digər meliorasiya və hidrotexniki qurğuların
tikintisi,
yenidən qurulması, təmiri və ləğvi, çayların və kanalların yatağının dərinləşdirilməsi;
7) bərk örtüklü yollarda avtomobillərin, traktorların, digər özügedən və qoşqulu nəqliyyat vasitələrinin zavod
sınaqlarının keçirilməsi;
8) təhkim zolağında nəqliyyat vasitələrinin durması və yuyulması üçün meydançaların, xidmət obyektlərinin,
köşklərin, pavilyonların, digər qurğuların yerləşdirilməsi və ticarət aparılması, avtomobil yollarının tikintisi,
saxlanılması, təmiri və yenidən qurulması ilə bağlı olmayan işlərin görülməsi, müvafiq icra hakimiyyəti orqanının
xidməti tikililəri və qurğuları istisna olmaqla, avtomobil yollarının tikintisi, saxlanılması, təmiri, yenidən qurulması
üçün nəzərdə tutulmayan bina və qurğuların yerləşdirilməsi;
9) yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsi (krosslar, avtomotoyarışlar, digər kütləvi
tədbirlər).
VI. Tırtıllı,
uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin avtomobil
yollarında hərəkəti bu Qanunun 10-cu maddəsinin ikinci hissəsində göstərilən hüquqi
və ya fiziki şəxslər ilə
razılaşdırılmalıdır. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin
avtomobil yollarından istifadə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən olunur. Tırtıllı, uzun ölçülü, iri qabaritli, ağır çəkili və ya təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrinin
hərəkəti zamanı avtomobil yoluna və yol qurğularına zərər dəydikdə, yol örtüyü və yolun mühəndisi konstruksiyası
zədələndikdə, avtomobil yoluna və ya yolda yerləşdirən qurğulara müdaxilə edildikdə, onların sahibləri bu zərəri
ödəməyə borcludurlar.
VII. Bu maddədə sadalanan qadağanlar və məhdudiyyətlər bu Qanunun 10-cu maddəsinin
ikinci hissəsində
göstərilmiş hüquqi və ya fiziki şəxslər tərəfindən avtomobil yollarının saxlanılması, abadlaşdırılması və avtomobil
yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılması üçün görülən işlərə şamil edilmir.
VIII. Avtomobil yollarından istifadə olunması zamanı yol hərəkəti təhlükəsizliyinin bu maddədə göstərilmiş tələblərini
pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Dostları ilə paylaş: