Азярбайъан поезийасында яли кярим мярщяляси



Yüklə 0,52 Mb.
səhifə1/10
tarix03.01.2022
ölçüsü0,52 Mb.
#51109
  1   2   3   4   5   6   7   8   9   10

Lit.az-Azərbaycanın ədəbiyyat portalı


© Cavanşir Yusifli
AZƏRBAYCAN POEZİYASINDA ƏLİ KƏRİM MƏRHƏLƏSİ


Bir neçə söz
Poeziya haqqında yazmaq yəqin ki, çox çətindir. Deyə bilərsiniz ki, «yəqin ki» sözü yerinə düşmür. Çətindir. Dəhşətli dərəcədə çətindir. Bəzən elə olur ki, şer sənin demək istədiklərinin də əvəzinə danışır və özünü onu təsvir etməkdən güclə saxlayırsan. Təsvir etmək yanılmaqdır, şeri bir kənara qoyub onun əvəzində, onun havasına başqa bir şeir yazmaq kimi bir şeydir. Bədii mətn – şeir mətni çox qəribə və mürəkkəb bir hadisədir. Onun strukturu, yaddaş mənasında necə deyərlər oyaq və mürgüləyən (əsrlər boyu) «toxumalardan» ibarətdir. Olur ki, yüz illər boyu şeir mətninin yalnız oyaq hissəsi oxunur, millət bundan feyziyab olub, doyub bir kənara «tullayır», unudur, ancaq əsrlər ötəndən sonra (bir an kimi – işıq sürəti ilə-!) şeir mətninin bu vaxta kimi yatan, yuxuda olan hissəsi oyanır, insan ruhunda möcüzəli təbəddülat doğurur, dünyanın əvvəlki sabit yozumu dəyişir, şübhəli, cavablandırılması çətin olan suallar meydana çıxır. Fikrimizcə, müqəddəs kitablardakı mətnlərin əvvəlki halını – şeir şəklini bərpa etmək mümkündür. Şerin qafiyələri, bənzətmə və digər «texniki vasitələri» sadəcə aradan qaldırılıb, şerin, poeziyanın özü bir bölünməz metaforaya çevrilib, məhz belə olduğu üçündür ki, bu mətnləri oxuyub anlayan insan başını içinə doğru aşağı əyib sükuta qərq olur, səssizliyin içində qeyb olur. Bu sadə faktı nəzərə almasan, sadəcə axmaq vəziyyətinə düşə bilərsən.

Bizdə sadəcə gözəl, bəyənilən, sevilən və oxunmayan, bəyənilməyən, kitabda qalan… şairlər var. Bunların hamasını bir ümumi ovqat birləşdirir: bu insanlar haqqında təsadüfi hadisələr kimi yazılır, onları bir-birinə birləşdirən, ümumi inkişaf, təkamül stixiyası müsətvisinə gətirən cəhətlər araşdırmadan kənarda qalır, bədii mətnə belə bir istehlakçı münasibət bu gün ona gətirib çıxarıb ki, Füzuliyə elliklə pərəstiş edildiyi kimi, S.Vurğun və R.Rza da elliklə, eyni fanatik ehtirasla, sadəcə proletkultçuluq, sadəcə sovet poeziyası kimi inkar edilir.

Tarixi inkişafın müəyyən dönəmlərində bəzən ideoloji iqlim və hərarət o dərəcədə yüksək olur ki, ən istedadlı şair belə, nə qədər çırpınsa da bu «qəfəsin» içindən çıxa bilmir, yazmağı «ölüm», ölümü «həyat» kimi yaşayır. Mistik bir ovqat yaranır: ölən adamın yaşaması bəzən ölümdən betər olur. Səməd Vurğun dünyasının dəyişəndən sonra da sovet tərzində nə qədər təbliğ edildi, hətta Ermənistanda öz ata-baba ocaqlarında yaşayan Azərbaycanlılar qovulandan sonra, 20 yanvar hadisələri ərəfəsi kommunist partiyasının baş katibinin müraciətində də Səməd Vurğundan misralar vardı. Bu artıq ideologiya gücünə «yaşamağın» ifrat formasıydı. Olsun ki, Səməd Vurğunun burada bir elə günahı yox iydu, ancaq... Səməd Vurğunun əzablı, min cür müşkül və problemlərlə dolu həyatı, müstəqil həyatı bundan sonra başlanacaqdı…

Bütün bu hadisələri sadəcə bəzi yazılarda olduğu kimi «inkarı inkar» qanunu ilə (inkar edibsən – edəcəklər-!) izah etmək müşkül məsələdir. Unutmaq lazım deyil ki, ədəbi mətnlər mahiyyətcə həm də mif mətnləridir. Mifdəki özü-özünü doğma, özü-özünü törətmə funksiyası bədii mətnlərə də xasdır. Səməd Vurğunun yüksək ilham və istedadla qələmə aldığı şeirlər bu gün, sabah… özü-özünü, gerçək halını, bir damcı kimi qələmdən düşməyən, onun içində boğulan halını da bərpa edir və edəcək. Bir dəfə indi çox məşhur bir şairlə görüşdə Əli Kərim haqqında sual verildi. Qonaq bu sualı belə cavablandırdı ki, Əli Kərim doğrudan da çox böyük şairdir (bu fikri «Üçüncü Atlı» poemasından əzbərdən dedyiyi misralarla möhkəmləndirdi), ancaq onun poeziyasında vətənpərvərlik yetərincə deyil. Bu elə kommunist partiyasının baş katibinin Səməd Vurğuna münasibətinin o biri üzüdür. Mahiyyətcə fərqlənmir.

Poeziya, əbədiyyat, milli şüuru və təfəkkürü ifadə və ona xidmət edən əbədiyyat tamam başqa şeydir.

Əli Kərim Azərbaycan ədəbiyyatında və poeziyasında əsrlər boyu gedən «çarpışmaların» nəticəsi olmaqla çox maraqlı bir hadisədir. Onun missiyası, kitabdan da görəcəyiniz kimi, təkcə zaman-zaman ideoloji basqılar nəticəsində, ideoloji iqlimin və hərarətin yüksəkliyi səbəbindən yaranmış boşluqları doldurmaqdan ibarət deyildi. Həm də… uzaqdan təsir göstərmək idi. Bunu özü də yazmışdı:

Ömür tənhalıqda bada gedərdi,

Əgər olmasaydı gözəl insanlar.

Mənimdir onların sevinci, dərdi

Mənə özüm kimi əzizdir onlar


Bəzən rastlaşıram özümlə özüm,

Düşəndə bir yerə güzarım mənim.

Yüz gördü, min gördü, sox gördü gözüm

Bir deyil, on deyil məzarım mənim.


... Baxsan bu dünyanın ha tərəfinə

Bir yerdə qəbrim var, on yerdə sağam.

Göy uçsa, yer qopsa, ölmərəm yenə,

Hələ neçə dəfə doğulacağam…


Bu kitabın yazılmasının bir məqsədi də Əli Kərim və ümumən XX əsr Azərbaycan poeziyası haqqında monoqrafik tədqiqatların yazılmasına yön verməkdir; elə indiyə qədər də adını çəkdiyimiz mövzuda neçə-neçə dissertasiyalar, kitab və məqalələr yazılmışdır. Ancaq, mübahisəli görünsə də, bütün bunlar hadisə kimi yox, təzahürlər kimi öyrənilmişdir. Səməd Vurğun haqqında yazılan cild-cild əsərlərdə çoxmu mətləb var, yaxud belə deyək: onların Səməd Vurğuna çoxmu dəxli var? Məlum olur ki, bu qədər əzbərlənən, haqqında yazılan Səməd Vurğun ümumiyyətlə oxunmayıb.

Bizə belə gəlir ki, Səməd Vurğun və Əli Kərim haqqında ən gözəl əsərlər bundan sonra yaranacaq....

Bu kitab o həsrətlə yazıldı...



Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə