Биринҹи фәсил


İZDİVACI ASANLAŞDIRMAQ HAQQINDA MARAQLI BİR HADİSƏ



Yüklə 8,85 Mb.
səhifə17/65
tarix08.03.2020
ölçüsü8,85 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   65

İZDİVACI ASANLAŞDIRMAQ HAQQINDA MARAQLI BİR HADİSƏ


Dahi alim Mərhum Molla Məhəmməd Təqi Məclisi üç alim oğul və dörd fəzilətli qız atası idi.

Onun böyük qızı Amənə Bəyimdir. Amənənin öz alim həyat yoldaşı ‒ «Üsuli-kafi» kitabının şərhçisi Molla Saleh Mazandarani ilə maraqlı və ilahi izdivac hekayəsi belədir: Molla Saleh Mazandarani tanınmış şiə alimlərindən olmuşdur. Onun macəra ilə dolu həyat tarixinin icmalı belədir: Atası olduqca yoxsul bir kişi idi. Belə ki, öz oğlunun xərclərini təmin etməyə belə qadir deyildi. Bu səbəbdən o, oğluna deyir: «Mən sənin xərclərini təmin edə bilmirəm. Bu işlə özün məşğul ol».

Çox gənc olan Molla Saleh İsfahana gəlir və bu şəhərdəki elm mərkəzlərindən birində təhsil almağa başlayır. Burada hər bir tələbəyə, elmi səthinə uyğun olaraq, müəyyən məbləğdə pul verilirdi. Təhsilə yeni başlayan Molla Salehin aylığı olduqca az idi. Belə ki, öz adi məişət xərclərini belə ödəmirdi.

O çox sıxıntı və çətin günlər keçirir, hətta gecələr mütaliə edərkən belə, bu iş mərkəzinin həyətində yandırılan çıraqdan istifadə edirdi.

Lakin o böyük ciddiyyət və möhkəm iradəsi nəticəsində məhrumiyyətlərə qələbə çalaraq, yüksək elmi məqama yetişdi. Belə ki, Əllamə Məclisi - Molla Məhəmməd Təqinin dərslərində iştirak etmək şərəfinə nail oldu. Çox keçmədi ki, Əllamənin xüsusi diqqətini cəlb edərək, bütün tələbələrdən önə keçdi.

«Miratül-əhval» kitabının müəllifi bu barədə yazır: «Bu zaman Molla Saleh cavan bir alim idi. Ailə qurmaq, özünə həyat yoldaşı seçmək haqqında düşünürdü. Əllamə Məclisi bu haqda məlumat əldə etmişdi. Bu səbəbdən bir gün ona dedi: «İcazə verirsənmi sənin üçün həyat yoldaşı seçim?» Molla Saleh başını aşağı saldı. Bir neçə andan sonra öz razılığını bildirdi. Əllamə Məclisi yerindən qalxıb evə daxil oldu. Bir çox elmlərə dərindən yiyələnən alim qızı Amənə Bəyimi yanına çağırıb dedi: «Qızım, səni bir nəfərə ərə vermək istəyirəm. Lakin olduqca yoxsul və son dərəcə fəzilət sahibi bir şəxsdir. Bu iş sənin razılığına bağlıdır». O fəzilətli xanım çox böyük bir həya ilə dedi: «Atacan, yoxsulluq kişilərin eybi deyil». O bu sözü ilə izdivaca razılığını bildirdi. Bundan sonra Əllamə onların əqdini oxudu və toy üçün bütün müqəddimələri hazırladı.

Molla Saleh toy gecəsi gəlinin bənzərsiz olmasını müşahidə etdikdən sonra qadir Allaha şükür edərək bir küncə çəkilib mütaliəyə məşğul oldu. O qarşıya çıxan böyük bir elmi məsələni həll edə bilmirdi. Amənə Bəyim bunu başa düşdü. Molla Saleh səhəri gün tədris üçün evdən çıxanda, Amənə bu elmi məsələnin geniş şərhini yazıb, onun yerinə qoydu. Növbəti axşam Molla Saleh onun yazısına baxdı və qarşıya çıxan həllolunmaz məsələni həll etdiyini gördü. Elə buna görə də alnını torpağa qoyaraq şükür səcdəsi etdi və sübhə qədər ibadətlə məşğul oldu. Bu minvalla o gəlinlə üç günə qədər kəlmə belə kəsmədi.

Əllamə Məclisi bu hadisədən xəbərdar olduqda ona dedi: «Əgər bu qadın sənə münasib deyilsə, sənin üçün digərini tapım». Molla Saleh dedi: «Yox, düşündüyünüz kimi deyil. Bütün bunların səbəbi Allahın şükrünü əda etməkdir. Allaha şükür edirəm ki, mənə belə bir nemət bəxş edib. Lakin bu nemətin şükrünü edib qurtara bilmirəm». Əllamə Məclisi bu sözü eşitdikdə buyurdu: «Allahın şükrünü etməyi bacarmamağı etiraf etmək bəndələrin şükrünün son həddini göstərir».

Diqqət yetirirsinizmi? Əllamə Məclisi öncə bütün elmləri mənimsəmək şəraitini öz qızı üçün yaradır. Bununla da o, elmin fətholunmaz qüllələrinə yetişir. Sonra onu ismət, həya, iffət mədəni, İslam əxlaqı, təvazö’ simvolu kimi yetişdirir. Daha sonra isə onun izdivac məsələsində ən asan yolu seçir və sorğu-sualsız onu iman, əxlaq, əməl baxımından özünə münasib olan birinə ərə verir. Ən başlıcası isə budur ki, onu Molla Salehə ərə getməyə məcbur etmir. Bu məsələdə təkəbbürlük göstərmir. Əksinə, ilahi maarifin tələbinə uyğun olaraq özünə həyat yoldaşı seçməyin qızının razılığına bağlı olduğunu bildirir. Digər mühüm bir məsələ isə budur ki, o, şükür etməyə başı qarışıb gəlindən ayrı düşən Molla Salehə «Bəyənmirsənsə, sənin üçün digər bir qadın seçim»-deyə təklif edir.

Haqq övliyalarının, həqiqət aşiqlərinin, saleh və ləyaqətli şəxslərin, imanlı və iffətli qadınların, pak və pakizə ailələrin əxlaqı, getdiyi yol budur! Allahın bərəkəti bu növ izdivaclara şamil olur və Onun rəhməti bu tip ailələrə hakimdir.

Molla Saleh o müqəddəs qadın vasitəsi ilə altı alim, ədib, fəqih və şair oğul, iki fəzilət sahibi qız atası oldu. Onun qızlarından biri Əbul Məalinin həyat yoldaşı, Mir Əbu Talibin isə anası olmuşdur. Bu ata və oğul hər ikisi görkəmli alim olmuşlar.

Ayətullahul-üzma Brucerdinin beşinci babası, I Məclisinin qız nəvəsi seyyid Məhəmməd Mir Əbu Talibin kürəkəni olmuşdur. Bununla da onun övladları Məclisi ailəsinə bağlanır. Onun ikinci qızı Ayətullah Brucerdinin altıncı babası seyyid Əbdülkərim Təbatəbainin həyat yoldaşı, seyyid Məhəmməd Təbatəbainin isə anası olmuşdur.

Məsum imamlardan bizə gəlib çatan rəvayətlərin birində deyilir: «Allah-təala bəşərin ehtiyacı olan hər bir şeyi öz elçisinə təlim etmişdir. Aşağıdakı hadisəni onların bir nümunəsi kimi qeyd etmək lazımdır: Bir gün Peyğəmbər (s) mənbərə qalxıb, Allaha həmd və səna etdikdən sonra buyurdu:« Ey camaat! Vəhy mələyi Allah tərəfindən mənə nazil olub dedi: «Gənc qızlar ağacların nazik budaqlarında yetişən meyvəyə bənzəyirlər. Onları yetişən kimi dərmək lazımdır. Əks təqdirdə, günəşin hərarəti, küləklərin əsməsi onları məhv edəcək. Gənc qızlar həddi-büluğa yetişdikdə, onların qərizələrinin tüğyanının ərdən qeyri dərmanı yoxdur. Əks təqdirdə, onlar aludə və məhv ola bilərlər. Çünki onlar da insandırlar».1

Valideynlər bu məqama olduqca diqqət yetirməlidirlər. Qızlar lazımi inkişaf həddinə çatdıqda, olduqca asan və sadə yolla onların izdivac məsələsini həll etməlidirlər. Onlar bu hərəkətləri ilə Haqqın buyruğuna əməl etmiş və böyük bir savab qazanmış olacaqlar.


BƏHSLƏŞMƏK ŞEYTANİ BİR MƏSƏLƏDİR


Bəzi fərdlərin ən pis adətlərindən biri də bəhsləşməkdir. Belə ki, hər hansısa bir fərd və ya ailə öz qohumlarının, qonşularının yaxşı maddi vəziyyətini görüb əl-ayağa düşür və nəyin bahasına olursa olsun, onlarla ayaqlaşmağa çalışır. Qız öz qohum qızlarının maddi vəziyyətinə göz dikir və gələcək həyat yoldaşının, nikah və toy mərasimlərinin filan qızın nikah və toy mərasimləri kimi olması arzusuna düşür. Buna görə də münasib elçilərə «maddi durumları yaxşı deyil» -deyə, rədd cavabı verir. İzdivac təkliflərini qəbul etməyərək vaxtı o qədər uzadır ki, artıq yaşı keçir. Bu zaman çıxılmaz vəziyyətdə qalaraq, yaşlı və ya həyat yoldaşı olmuş kişi ilə ailə qurmağa məcbur olur. Bəzən də evdə qalıb, ömrünün sona yetməsini gözləyir. Belələri izdivac etsələr də, gənclik əhval-ruhiyyəsindən məhrum olurlar. Nə ərlərinə qulluq göstərməyə, nə də övlad tərbiyə etməyə hövsələləri çatmır. Ümumiyyətlə, bəhsləşmə izdivac yolunun maneələrindən, şeytani sifət və pis adətlərdəndir.

Quranın «Hicr» surəsinin 88-ci və «Taha» surəsinin 131-ci ayələrində dünya əhlinin dünyasına, var-dövlətlilərin var-dövlətinə göz dikməyə qadağa qoyulmuşdur. İmamların rəvayətlərində qeyd olunur: «Daim digərlərinin dünyasına göz dikən və onlarla ayaqlaşmaq arzusunda olan şəxslər sonsuz qəm-qüssə və həsrətə düçar olurlar».

İzdivac Allaha görə, xalis niyyətlə olmalıdır. Ondan məqsəd, Peyğəmbərin (s) sünnəsini həyata keçirmək, saleh övlad yetişdirmək və Haqqın rəhməti sayəsində pak bir həyat sürmək olmalıdır.

İzdivacın təməli bu məqsədlərlə qurularsa, olduqca möhkəm və sarsılmaz olar və Allahın bərəkəti bu izdivacda özünü göstərər.

İzdivacın müqəddiməsi hazırlandıqda, bu məsələ ilə əlaqəli şəxslər onun sona qədər davam edib həyata keçməsinə çalışmalı, yersiz dəxalətlərdən çəkinməlidirlər. Onlar bu ilahi əmrin icrasında qeyri-adilanə qəzavət, öz yerini şirin etmək və s. kimi məsələlərdən qəti şəkildə uzaq olmalıdırlar.



Yüklə 8,85 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə