İnformatikanin əsaslari



Yüklə 5,72 Mb.
səhifə8/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

EHM nəsilləri.


1943-cü il. Amerikalı Qovard Aykenin rəhbərliyi və IBM firmasının sifarişi və dəstəyi ilə Mark-1 adlı ilk proqramla idarə edilən kompüter yaradıldı. Bu, elektromexaniki relelər üzərində qurulmuşdu. Verilənlərin emalı proqramları perfolentdən daxil edilirdi.

1945-ci il. Amerikalı Con fon Neyman Eniak maşını badə ilkin məruzə‖ adlı hesabatda müasir proqramla idarə edilən kompüterin prinsiplərini komponentlərini elan etdi. Bu komponentlər aşağıdakıla idi:

-hesab-məntiq qurğusu;

-idarəetmə qurğusu;

-yaddaş;


-informasiyanın daxil edilməsi və çıxarılması qurğusu.


52 Yaxın illərədək çobanlar otardıqları qoyun sürüsünün sayını tərkibini çomaq, qamçı sapı s. üzərinə naxışlara bənzər xüsusi yazı formasında qeyd edirdilər. Bəzi kəndlərdə indi də qonşular süd xapı edərkən divarda, kərəndə, dirəkdə s. yanaşı şaquli xətlər çəkmək, xapı qaytardıqca həmin xətlərin üstündən çəpəki xətt çəkmək üsulundan istifadə edirlər (İ.M.)

Bu günədək istehsal edilən kompüterlərin böyük əksəriyyəti fon Neyman arxitekrturası ilə buraxılır.



1946-cı il. Amerika Con Presper Ekert Con Uilyam Moçli Mark-1 maşınından 1000 dəsürətli olan Eniak53 adlı ilk güclü elektron-qəm kompüterini yaratdılar.

1956-cı il. Yüksək səviyyəli ilk alqoritmik dil olan FORTRAN yaradıldı. Bu dil, əslində, 1954-cü ildən 1957-ci ilədək Con Bekusun rəhbərliyi altında IBM korporasiyasında proqramçılar qrupu tərəfindən yaradılmışdı54. FORTRAN adı FORmula TRANslator sözlərindən yaradılmış və düsturların tərcüməçisi deməkdir. Bu dil bu gün də elmi və mühəndis hesablamalarının aparılmasında geniş istifadə edilir.

1958-ci il. Amerikalı Cek Kilbi ilk inteqral sxem qurdu.

1960-cı il. ALQOL-60 alqoritmik dili yaradıldı.

1963-cü il. Dartmut kollecinin professorları Tomas Kurt Con Kemeni BASİC55 adlı alqoritmik dil işləyib hazırladılar. Bu dil proqramlaşdırmanı öyrətmək üçün nəzərdə tutulmuşdu.

1964-cü il. Aprelin 7-də IBM firması System-360 komterləri aisinin yaradılması barə elan verdi. Bu, kompüterlərin unifikasiyası, birgəliyi standartlaşdırılması yolunda ən mühüm addım idi. Həmin il nəşr edilən elmi məqalər ilk fə fərdi komter‖ termini işlədilmdi.

1970-ci il. İsveçrəli Niklaus Virt Paskal adlı proqramlaşdırma dili işləyib hazırladı ki, bu da sonra proqramlaşdırmanın öyrədilməsində geniş tətbiq edildi.

1971-ci il. Intel firmasın mühəndisi Ted Xoffun rəhbərliyi altında 4 mərtəbəli (4004) ilk mikroprosessor yaradıldı ki, buna da bir kristalda yaradılmış kompüter‖ deyirdilər. Bu mikroprosessor 2250 tranzistordan yığılmışdı universal kompüterin mərkəzi prosessorunun bün funksiyalarını icra edə bilirdi.

1974-cü il. İntel 8080 prosessoru bazasında yaradılmış Altair‖ adlı ilk mik- rokompüter bazara çıxarıldı. Hər bir alıcıya maşın təklif edən Albukerk şərindən olan kiçik TS şirti İBM və DEC firmalarının şahlıq etdiyi bazarın sakit yatı pozdu.

1975-ci il. Pol Allen və Bill Qets adlı iki tələbə Altair adlı fərdi kompüter üçün Basic dilinin interpretatorunu hazırladılar. Bu gün fərdi kompüterlərin proqram təminatı üzrə


53 ENIAC - Electronic Numerical Integrator and Calculator

54 1945-ci ildə Plankalkul adlı dil ixtira edilsə də, 2000-ci ilədək reallaşdırıla bilmədi.

55 BASIC - Beginner's All-purpose Symbolic Instruction Code - универсальный код символических инструкций для начинающих; Basic - основной, базовый)

nəhəng istehsalçıya çevrilmiş məşhur Microsoft şirkətinin təməlini həmin tələbələr qoymuşlar. Həmin dövrdə MOP-technoloqy 6502 adlı mikroprosessor yaradıldı ki, bu da 4300 tranzistordan yığılmışdı və o dövrün fərdi kompüterlərində geniş istifadə edilirdi. IBM firması ilk lazer printerlərdən biri olan IBM 3800 adlı printeri bazara çıxardı.



1977-ci il. Bu ildə 6502 prosessoru bazasında Apple-2 (Apple komputer), 8088 prosessoru bazasında PET (Commodore) və Z80 prosessoru bazasında TRS-80 (Tendy Corporation) adlı üç fərdi kompüter kütləvi istehsala buraxıldı.

1983-cü il. Apple Computer firması Apple Lisa ad mış-la idarə edilən ilk rdi komter qurdu. Həmin ildə çevik diskrin (disketrin) kütləvi istifadə edilməsinə başlandı.

1985-ci il. Microsoft firması Windows 1.01 qrafik interfeysi əsasında fərdi kompüter üçün çoxməsələli əməliyyat mühiti yaratmağa ilk cəhd etdi.

1988-ci il. Apple firmasının banisi Stiv Cobs özünün Next Computer adlı yeni firmasında Next adlı kompüter və Next Step adlı əməliyyat sistemi yaradılmasına nail oldu. Philips firması CD-I (CD-Interactive) kompakt-disk üçün yazı standartı işləyib hazırladı.

1989-cu il. Tim Berners-Li56 şəri biliyin birləşdirilməsi‖ məqdi ilə

Ümumdünya hörümçək toru‖ (World Wide Web - WWW) adlanrdığı paylanmış informasiya sistemi konsepsiyası təklif etdi. Bunun yaradılması üçün iki mövcud texnologiyanı verilənlərin ötürülməsi üçün IP-protokollar texnologiyası ilə hiper-mətn texnologiyasını (Hypertext Technology) birləşdirdi.

1991-ci il. Hiper-mətnə baxış üçün əmr sətri rejimində işləyən ilk kompüter proqramı

brauzer ((Browser) yaradıldı. Bunun tətbiqi 1992-ci ildə son yekunda tün planeti əhatə edən tikişsiz informasiya mühiti‖ (Seamless Informational Area) yaradılmasına yönəldilm layihənin uğurla icrana imkan verdi.



1993-cü il. Intel firması Pentium mikroprosessorunu təqdim etdi. Siemens firması özün Synapse1 adlı neyrokompüterini təqdim etdi ki, bunun da gü 8000 işçi stansiyanın cü ekvivalentdir. Bu kompüter süni neyronlar şəbəkəsindən aldığı informasiyanın paralel emalını yata keçirir. Sözü gedən neyrokompüter şəklin niqtin tanması üzrə həll edilən məsələlər üçün ideal qurğudur.

56 Tim Berners-Lee, Conseil Europeen pour la Recherche Nucleaire - CERN, Женева

1995-ci il. Fərdi kmpüterlərin proqram təminatı sahəsində dünyəvi hadisə baş verdi: Windows-95 adlı çoxməsələli universal əməliyyat sistemi yaradıldı. 1995-ci ilin sentyabrında buraxılmış Windows-95 əməliyyat sistemi IBM PC kompüterləri üçün ilk qrafik interfeysli əməliyyat sistemi oldu. Sonra bu inkişaf etdirilərək Windows-98-ə, daha sonra isə növbəti versiyalara çevrildi. Aparat-proqram təminatı istehsalçıları qovşaq və qurğuları elə düzəldirlər ki, Windows əməliyyat sistemi ilə uyuşan olur. Yəni indiki kompüterlərə istənilən qurğunu qoşmaq heç bir problem yaratmır. Microsoft firması özüsazlanan qurğular üzrə yeni standart57 daxil etdi.

1996-cı il. Hər bir sonrakı EHM nəslinə aid olan maşınlar əvvəlkilərdən daha cəld, daha etibarlı, daha ucuz və daha kiçik qabaritli olmaqla, daha mükəmməl giriş-çıxış qurğularına malik idi. Kompüter insanın informasion funksiyalarının texniki modeli kimi qəbul edildiyindən, giriş qurğuları görmə, eşitmə taktil-toxunma kimi təbii dərketmə kanallarına yaxınlaşdırılmaq istiqamətində inkişaf etdirilir. Buna görə kompüterdə iş günü-gündən daha münasib şəkil alır.

XX əsrin son rübündə sənaye EHM-ləri, sonra isə fərdi kompüterlər çoxfunksiyalı idarəedici sistemlərin və informasiya sistemlərinin yaradılmasının aparat-hesablayıcı təməlini təşkil etdi.

Aşağıdakı cədvəldə elektron-hesablayıcı qurğuların müxtəlif nəsillərinin parametrləri verilmişdir:


EHM

nəsli

Element bazası

İşləmə sürəti

Proqram təminatı

Tətbiqi

Nümunələr

I (1946-

1959)


Elektron lampaları

10-20 min əməl/san

Maşın dilləri

Hesablama məsələləri

ENIAK (ABŞ), MESM (SSRİ), URAL (SSRİ)

II (1960-

1969)


Yarımkeçiri- cilər

100-500 min əməl/san

Alqoritmik dillər, dispetçer sistemləri, paket rejimi

Mühəndis, elmi, iqtisadi məsələlər

IBM 701

(ABŞ), BESM-6, BESM-4,

Minsk-22 (SSRİ)


III (1970-

1979)


İnteqral sxemlər

1 milyon əməl/san

Əməliyyat sistemləri, vaxt bölgüsü rejimi

AİS, LİAS, elmi-

texniki məsələlər



IBM 360 (ABŞ),

ES-1030,1060 (SSRİ)






IV (1980

sonra)



Super BİS, mikrosxemlər

Yüzlərlə mln. əməl/san

VB və VBS-lər

İdarəetmə, kommunikasiya,AİY, mətn emalı, qrafika

Fərdi kompüterlər, serverlər




      1. Kataloq: uploads
        uploads -> Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universiteti adau-nun 80 illik yubileyinə həsr edilir adau-nun elmi ƏSƏRLƏRİ g əNCƏ 2009, №3
        uploads -> Mühaziry riyazi mYntiqin elementlYri
        uploads -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ
        uploads -> AZƏrbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU
        uploads -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
        uploads -> Mövzu Fənnin məqsədi və vəzifələri
        uploads -> Marketinq fənni üzrə İŞÇİ TƏDRİs proqrami
        uploads -> Asm-nin iqtisadiyyatı və idarə edilməsi
        uploads -> Təqdimatların hazırlanması (Powerpoint, Word, Excel)

        Yüklə 5,72 Mb.

        Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə