1:1 Kompüterləşmə Ssenariləri
Giriş
1:1 tədris mühitində texnologiyadan effektiv istifadənin yollarını daha yaxşı başa düşmək üçün aşağıda verilən ssenarilərdən bir yaxud bir neçəsini gözdən keçirin. Bu ssenarilər sizə sinfinizdə istifadə edə biləcəyiniz müxtəlif ideyalar verəcək. Yadda saxlayın ki, bunlar sadəcə mümkün olan məsələlərə dair qısa xülasə təmin edir və sinfinizdə rastlaşa biləcəyiniz məsələ yaxud maneələri həll etmək üçün nəzərdə tutulmur. 1:1 kompüter sinfində ortaya çıxa biləcək məsələlərin həlləri növbəti modullarda müzakirə olunur. Bir, yaxud bir neçə ssenari ilə tanış olduqdan sonra verilən sualları cavablandırın. Bu ssenarilərdə adı çəkilən ideyaların bəzilərindən sinfinizdə istifadə etməyin, yaxud uyğunlaşdırmağın yollarını nəzərdən keçirin.
Ssenari 1- 1:1 Çoxsaylı sinif məşğələlərini eyni vaxtda idarə etmək üçün kompüterdən istifadə
Ssenari 2- 1:1 Kompüterdən istifadə dərsi fərqli edir
Ssenari 3- Hər bir şagirdin ehtiyaclarının qarşılanması
Ssenari 4- 1:1 Monica ilə kompüterdən istifadə
Ssenari 5- 1:1 Dizayn və kəşf
Ssenari 6- 1:1 Tam orta məktəbdə ingilis dilində kompüterdən istifadə
Ssenari 7- 1:1 Kompüterləşmə alternativ qiymətləndirməyə dəstək verir
Ssenari 8- 1:1 Əməkdaşlıq
Ssenari 9- 1:1 Kompüterləşməyə keçid
Müzakirə üçün suallar
Ssenari 1- 1:1 Çoxsaylı sinif məşğələlərini eyni vaxtda idarə etmək üçün kompüterləşmədən istifadə
Xanım Batey bilir ki, doqquzuncu sinif üçün dəqiq elmlər fənnindən kursda adi mexanizmlərdən istifadə dərsində praktiki laboratoriyada onun şagirdləri xeyli şey öyrənirlər. Hətta mexaniki bilikləri ən az olan şagirdlər dərindən bu prosesə cəlb olunurlar. Belə ki, onlar maili müstəviləri öyrənmək üçün oyuncaq maşınının yolundan istifadə edir, əşyaları qaldırmaq üçün müxtəlif linklər və onun istinad nöqtələrini sınaqdan keçririr və öz çəkilərini qaldırmaq üçün blok sistemlərini sınaqdan keçirirlər. Məsələ ondadır ki, tədqiqatları yaxşı aparmaq üçün kifayət qədər avadanlıq yaxud vaxt yoxdur. Ənənəvi əlli dəqiqəlik vaxt müddətini nəzərə alsaq tədqiqata cəlb olunmuş hər bir mexanizmin hər bir növünə (maili müstəvilər, linklər və bloklar) dair tədqiqat aparmaq üçün vaxt yetərli deyil; səmərəlilik məqsədləri üçün laboratoriya işləri şagirdləri addımbaddım istiqamətləndirir. Daha çox avadanlıq olarsa müəllimlər kiçik qruplar yarada bilər və ən az biliklərə malik olan şagirdlərin belə fəallıq nümayiş etdirməsi və avadanlıqdan bacarıqla istifadə etməsi üçün onları seçim prosesinə yönəldə bilər.
Hər bir şagirddə netbuk olduqda işlərin məcrası dəyişir. Müəllimə başqa bir fənn müəlliməsi ilə veb sorğu (axtarış) işləyib-hazırlayır və şagirdləri diqqətlə seçilmiş bir sıra sadə mexanizmli onlayn simulyasiyalara cəlb edir. Bu cür simulyasiyalar birbaşa tədrisə ayrılmış vaxt müddətini tamamilə azaldır və praktiki laboratoriyalarda istifadə olunan avadanlıqdan şagirdlərin daha hazırlıqlı istifadəsinə imkan yaradır.www.cosi.org/onlineExhibits/simpMach/sm1.html*). Pedaqoji kollektiv Web sorğunu tədris strategiyasından istifadə etməklə tərtib edir ki, kollektivdəki hər bir şagird adi mexanizmlərin hər bir növü üzrə mütəxəssis olsun (onlayn simulyasiyalar vasitəsilə) və qrupun digər üzvlərinə təməl prinsipləri öyrətməkdən cavabdehlik daşısın. Web sorğu şagirdlərin kollektiv şəkildə araşdırma aparmaları üçün böyük imkanlar açır və kollektivlərin etdiyi seçimlərlə bağlı istiqamət verir və beləcə Xanım Bateyini onların işini müşahidə etmək və istiqamətləndirmək vəzifəsindən azad edir.
Web sorğu ilə əlavə işin təmin olunduğu praktiki laboratoriyalar kiçik qrupların daha çox sorğuyönümlü araşdırmalar aparmaqla çoxsaylı növbələşmə etməsinə imkan yaradır. Bu, kollektivin laboratoriya hesabatında onlayn tərtib olunan nəticələr əldə etməkdə şagirdlərin üzərinə daha böyük cavahdehlik qoyur. Hər bir komanda həmçinin öz nəticələrindən istifadə etməklə adi mexanizmlərin bir növünə dair eksperiment hazırlayıb həyata keçirir. Dərsə dair qiymətləndirmələrlə yanaşı şagirdlər ənənəvi çoxvariantlı/boş yerləri doldur testlərini tamamlayırlar. Burada yeganə istisna budur ki, bunlar onlayn aparılır və onlar nəticələrə dair dərhal rəy alırlar. Dərs bitdikdə şagirdlər Web sorğunu və laboratoriyanın işini təkmilləşdirməyə dair öz tövsiyələrini irəli sürürlər, tədris kollektivinə elektron olduğundan istifadəsi asan məlumatlar verirlər.
back to top
Ssenari 2-1:1 Kompüterdən istifadə dərsi fərqli edir
Xanım Riçardson 1:1 kompüterdən istifadə metodundan öncəki günlər barədə düşünərkən onun üzü gülür. Dərs gününə başlayan coşqun üçüncü sinif şagirdlərinə baxır. Bu il 72-ci Otaqda həm müəllim, həm də şagirdlərin həyatı necə də dəyişib. Xanım Riçardson bir il əvvəli düşünür:
"Üzr istəyirəm, Justin. Sənin sənədini bərpa etmək istəyirəm, amma görünür kimsə bilmədən bunu silib. Sən təzədən başlamalı olacaqsan".
"Xanım Riçardson, mən iki həftə əvvəl yazdığım yazını tapa bilmirəm".
"Xanım Riçardson, harada yerləşdirdiyimi unutmuşam. Bir həftədir ki, bu kompüterlə işləyirəm".
"Xanım Riçardson, diskimin harada olduğu yadımda deyil".
"Mayk, Kelli, Stüart və Stiv, mən başa düşürəm ki, çətindir. Lakin hamınız gərək bu həftə edəcəyiniz təqdimatınızı növbə ilə çap etməyə cəhd göstərəsiniz".
"Xanım Riçardson, bu kompüterdə dördümüzün də işləməsi üçün kifayət qədər yer yoxdur".
"Mənim evdə kompüterim yoxdur, ona görə də mən bu axşam araşdırma apara bilməyəcəm".
İndi isə Xanım Riçardsonun günü belə başlayır:
"Tim bu gün sən Maykla birlikdə Heyvanların Araşdırılması təqdimatı üzərində işləyəcəksiniz. Oldu?"
"Səndi, heyvanların araşdırılmasına başlamaq üçün netbuku götür get kitabxanaya. Hər hansı sualın olsa mənim electron ünvnıma yaz. Mən sənə dərhal cavab verəcəm".
"Xanım Riçardson, dünən mənə evə verdiyiniz Yazıçıların Praktiki Seminarı yazısını qurtarmışam. Netbukumu Səndiyə verim ki, o bizim həmkar konfransımıza dair "dəyişiklikləri izləyə"bilsin.
"Dena netbuku gətir qoy stolumun üstünə müəllim konfransı aparaq və sənin broşürünü redaktə edə bilək. Daha sonra sən yekun versiyana başlaya bilərsən".
"Kil və mən orfoqrafik kəlmələri məşq etmək üçün onun netbukunda işləyəcəyik. Biz sizin tövsiyə etdiyiniz beş Vebsaytdan istifadə edəcəyik".
"Ryan, məktəbdə sevimli ev heyvanlarınıza dair məlumatları toplayıb qurtaran kimi diaqramınızı qurmağa başlaya bilərsiniz. Netbuklarınızı götürüb gedin evə və bunu ev tapşırığı olaraq başa çatdırın".
"Zax və Ariana, bu gün E-yoldaşınıza email yazın və ağbaşlı qartal haqqında topladığınız məlumatları göndərin. Əminəm ki, onalar da sizə emailla bəzi məlumatlar göndəriblər.
Şagirdlər onlara verilən tapşırıqlarla məşğul olmaq üçün həvəslə dağılışırlar və bir-birinə qarışan uşaqların səsi sinfin abu-havasını doldurur. Xanım Riçardson özünün ilk müəllim/şagird Yazıçılar Praktiki Seminar konfransını gözləyir və əməkdaşlıq mühitində birgə çalışan, müstəqil şəkildə sakitcə işləyən və hər kəsin həvəslə işlədiyi şagirdlərinə baxır. Bir il bundan öncə işləmək vaxtı gəldikdə sanki havanı xaos bürüyürdü. İndi isə 72-ci Otaqda həyatın 1:1 kompüterləşmə ilə xeyli sistemləşdiyi görünür. Burada şagirdlər sinif səviyyəsinə görə mühüm məzmunu nəinki öyrənir, eləcə də onlar ömürboyu bilik və bacarıqlarını inkişaf etdirərək təkmilləşdirirlər. E-poçt göndərmə, mətnin redaktəsi, sənədlərin yaradılması və Internet-dən istifadə- bütün bunlar bugünkü gündə və gələcəkdə şagirdlərin uğur qazanmalı olduğu bilik və bacarıqlardır. Dena əlində netbuk konfransa başlamaq üçün hazır və həyəcnalı vəziyyətdə xanım Riçardsonun yanına gedən anda təbəssümlər gülüşlə əvəz olunur. 72-ci Otaqda vaxt dəyişib və sözsüz ki, yaxşlığa doğru!
back to top
Dostları ilə paylaş: |