PİŞAVƏR GECƏLƏRİ
I
SEYİD MƏHƏMMƏD MUSƏVİ ŞİRAZİ
SULTAN-VAİZİN
2
Kitabın adı:
Pişavər gecələri
Müəllif:
Seyid Məhəmməd Musəvi Şirazi
Tərcümə edən:
Beytul-Hikmət TM
Naşir:
Şəhriyar
Çap tarixi:
2006
Çap növbəsi:
Birinci
Tiraj:
3000
İSBN
964-5934-92-3
3
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
ÖN SÖZ
1
Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur, Allahın salamı olsun
peyğəmbərlərin sonuncusu, nəbi və əmin olan həzrət Məhəmməd (s.), tahir olan
Əhli-beytinə (s) və xüsusilə də əmisi oğlu və vəsisi Əminəl-möminin Həzrət Əliyə
(ə).
Burada Allahın verdiyi tovfiqi, Peyğəmbər (s) ailəsinin (ə) xüsusi diqqəti və
elm və ədəb sahiblərinin istəyi sayəsində bu dəyərli kitabın IV nəşrinin də sona
çatdığı üçün dəyərli oxuculara bu dörd önəmli xüsusi xatırlatmaq istəyirəm:
1. Batil əhlinin etdiyi pisliklərdən biri də alimlərin kİtablarına xəyanət əlini
uzatmaları, söylədiklərini təhrif və bəzi bölümlərini məhv etmələridir.
Təəssüflər olsun ki, bu pis iş Misir və digər ölkələrdəki əhli-sünnət
mətbəələrində açıq-aydın görülmədədir. Onlar bir çox təhriflər və bəzi mövzuları
məhv etməklə, əslində, bilavasitə öz yazıçısı və alimlərinin ruhunu incidirlər. Bəzi
ifratçı alimlərin fikir və nəzərlərinin əsiri olan mürtəcilərin bu cür çirkin üsullara əl
atmaqla haqq və həqiqətin ortadan qaldırılmayacağından qəflət etmələri, doğurdan
da, təəssüfdoğurucudur.
Halbuki, Allah-təala bilavasitə haqqı qorumağı Öz qüdrət və iradəsi altına
almışdır. Ön sözdə bir o qədər izah verməyə yer olmadığı üçün və məsələni
isbatedici bir misal olsun deyə, sadəcə bir məsələyə işarə etmək istəyirəm:
Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə Şeyx Mustafa əl-Babi əl-Hələbi
və qardaşlarının göstərişi ilə «Əl-Kubraye-Əmriyyə» mətbəəsində ikinci dəfə nəşr
olunan «Təfsiri-Kəşşaf»ın 3-cü cildinin 301-ci səhifəsində Carullah Zəməxşərinin
söylədiyi şer
2
və bəyan etdiyi əqilə açıq-aydın bir şəkildə qeyd edilmişdir. Lakin
təəssüflər olsun ki, Hicri-qəməri tarixi ilə 1373-cü ildə Qahirədə – «Əl-İstiqamə»
mətbəəsində çap edilən kitabın yeni nəşrində söylənilən şerlər çıxarılmışdır.
Əlbəttə, bu, əhli-sünnət qardaşların etdiyi bu cür hərəkətlərindən sadəcə bir
1
Bu ön sözü mərhum müəllif sağlığında ktabın dördüncü nəşri üçün yazmışdır. Biz burada dörüncü nəşr üçün
yazılmış ön sözə ikinci və üçüncü nəşr üçün yazdığı ön sözləri xülasə edərək əlavə edirik.
2
Şerlərin hamısı bu kitabda dəlil olaraq gətirilmişdir.
4
misaldır. Daha doğrusu, bizim kitabın mətnində işarə etdiyimiz bəzən qaynaqlar və
məlumatlar əgər yeni kitabların yeni nəşrlərində görülməzsə, səbəbi, haqqında
söhbət açdığımız təhriflərdir. Yerdə qalanını isə, özünüz müqayisə edin.
2. Kitabın nəşri və mətbəənin göstərdiyi bütün diqqət və səylərə baxmayaraq,
təəssüflər olsun ki, kitab çap olunduqdan sonra yenə də bir qrup xətalar araşdırılıb-
tapılmış, mümkün olduğu qədər bu xətaların aradan aparılması üçün cəhd
göstərilmişdir.
3. Pakistan, Bağdad və Küveytdən bəzi dostlar bu kitabın öz dillərinə tərcümə
edilməsi xüsusunda icazə istəmişdilər. Mən də burada, «Pişavər gecələri» və «Səd
məqalə» («Yüz məqalə») kitablarının tərcümə edilə biləcəyinə əmin olduğum üçün
izn verdiyimi qeyd etmək istərdim. Sadəcə, mütərcimlərin bu kitabları kəlmə-
kəlmə tərcümə etmələrini, heç bir təhrifə yol verməmələrini və məna baxımından
bütünlüklə tərcümə etmələrini istəyirəm.
4. Əvvəl də söylədiyim kimi, bu kitabın nəşrini ticarət, mənfəət məqsədilə
etmirəm. Bu mövzuda heç bir umacağım yoxdur, heç kəsdən də maddi və mənəvi
yardım almamışam. Dediklərimə bilavasitə kitab satışı ilə məşğul olan müəssisələr
də şahiddir. Məqsədim, sadəcə vilayət maarifinin təbliğidir, nəinki maddi mənfəət.
Lakin buna baxmayaraq, bəziləri bu kitaba böyük bir maraq olmasından sui-
istifadə edərək, satış qiymətini artırırlar. Bu səbəbdən, dindar kitab evlərinə
xəbərdarlıq edirəm: Bu iş vilayət məqamına xəyanət və pis bir işdir! Mən bundan
razı deyiləm; müəllifin razılığı olmadığı üçün Allah, Peyğəmbər (s) və vilayət
məqamının Sahibi (ə) də bu pis əməldən razı olmayacaqdır!
1
Bu kitabı sadəcə vilayətin həqiqətləri və imamət məqamının gözəlliklərini
aşkara çıxarmaq və düşmənlərin illərcə əhli-sünnət qardaşların zehnində icad
etdikləri batil şübhə və ilqaları ortadan qaldırmaq üçün yayılmasını istəyirəm.
Zəhmətimin hədər getməyəcəyinə ümid bəsləyirəm. Çünki Allah-təala Qurani-
Kərimin «Ali-İmran» surəsinin 195-ci ayəsində belə buyurur:
«Şübhəsiz, Mən, istər kişi olsun istərsə də qadın, heç bir əməl sahibinin
əməlini zay etmərəm».
1
IV nəşrin sonu.
5
Vilayət nurlarını zahir edən bu kitab dost, düşmən və bütün müsəlmanların
marağına səbəb olmuşdur.
Əlbəttə, bu kitab (ilk dəfə) çap olduqda hər tərəfdən hücuma, təzyiqə məruz
qala bilərik. Çünki bizdən əvvəlkilər də bu cür təzyiqlərə məruz qalmışlar. Hesab
edirəm ki, dardüşüncəli və inadkar insanların bizi də qınayacağı, etiraz edəcəkləri
əvvəlcədən məlumdur. Müəyyən təzyiqlərə məruz qalacağımız böyük ehtimaldır
1
.
Bəzi alimlər (fars dilində olan) bu kitabın uca anlamına, zahiri ibarələrinə
etirazlarını bildirərək, nə səbəbdən bu kitabın ədəbi incəliklər, uca fəlsəfi və elmi
anlamlarla həmahəng olmadığını ifadə edə bilərlər.
Əvvəlcədən də bəyan etdiyim kimi, ömrüm boyu etdiyim işlər öz
təşəbbüsümlə olmuşdur, əsla, göstərişlərə baxmamışam. Həqiqi mənada yaradılmış
aləminin kiçik bir zərrəsi olduğum üçün öz düşüncəmlə hərəkət etmişəm. Bundan
əlavə, fikrimcə, natiqlər və yazarlar, eləcə də rəsmi elmi məclislərə qatılan alimlər
adi xalq üçün danışmalı və yazmalıdır. Şübhəsiz, bu cür mövzularda elm və fəlsəfə
alimləri bir çox kitablar yazmışlar. Alimlər üçün bu cür yazıları qələmə almaq,
əbəs və nöqsandır. Adi xalqa elmi və fəlsəfi mövzuları yazmaq və ya bəyan etmək,
bütünlüklə, səhv, faydasız iş və ömrü hədər etmək deməkdir. Uca mövzular
olduqca sadə bir bəyanla ifadə edilməlidir.
Bundan əlavə deməliyəm ki, mən bu kitabı elmi və zehni gücümlə gözəl bir
kitab yazmaq məqsədilə də qələmə almamışam; hökmlərdə müsəlmanları
aldadanların hiylələrinə, tələlərinə düşməmələri üçün sadə bir dildə ifadə edərək,
mətbuatda da yer alan bu uca mövzuları ölkə müsəlmanlarına təqdim etmək
istədim.
Bu kitab sürətlə yaza bilən Hindistanlı mətbuat müxbirlərinin hüzurunda bir
neçə əhli-sünnət alimiylə etdiyim bəhslərdən ibarətdir. Burada bəhs olunan
mövzular ilk öncə mətbuat işçiləri tərəfindən qələmə alınaraq, qəzet və jurnallarda
dərc olunmuşdur (şəkil 1). Daha sonra mən bu məqalələri toplayaraq, kitab şəklinə
salmışam.
1
Bu kitab 1997-ci ilə qədər fars dilində (hələ başqa dillərdə demirəm) İranda 37 dəfə çap olunmuşdur.
6
Hər nə qədər mümkünsə, dəlil və məntiqlə söylənmiş, düşmənin fitnə
salmasına yol aça biləcək cümlələr nəql edilməmiş, qaynaq və mənbələr, həmçinin
ifadələr gözdən keçirilərək, sağlam şəkildə oxuyuculara təqdim edilmişdir.
Elm, fəzilət və ədəb əhli olan şəxslərin bu kitaba sadə və təmiz bir niyyətlə
yanaşacağına ümid edirəm. Müşahidə etdikləri səhvlərə görə əfv etmələrini və bu
iradları bizlərə bildirmələrini istəyirəm. Nəzərə alınmalıdır ki, insan unutqandır,
məsum peyğəmbərlər və dəyərli vəsilərdən başqa heç kəs unutqanlıqdan uzaq
deyildir.
Bəziləri bu kitabda yazılanların yeni bir şey olmadığını, 1300 il
söylənilənlərin təkrarından ibarət olduğunu ifadə edə bilərlər. Buna cavab olaraq
demək olar ki, dini mövzular kimi deyildir; zaman axınında itməz və yenidən kəşf
edilməzlər. Qurani-kərim, mötəbər hədislər və tarixi həqiqətlər, əsla, dəyişməzlər!
Əlbəttə, hər kəs sahib olduğu inancın mənbələrindən faydalanır. Mən də Qurani-
kərim, mötəbər hədislər, tarixi həqiqətlər və elm əhlinin dəyərli araşdırmalarından
istifadə edərək, faydalanmışam.
Bəzi sadə şəxslərin fikrincə bu cür kitablar fitnə və ayrılığa səbəb olur. Buna
görə də, yazılmamasının lüzumlu olduğu iddiasını irəli sürürlər. Buna da cavab
olaraq söyləmək olar ki, biz də dini təqvaya sahibik. Elm, əntiq və ədəbdən
kənarlaşaraq qələm sahiblərinin iftiralar yazması qəbahətli, səhv bir iş və qəbulu da
mümkünsüzdür.
Əlbəttə, biz bəziləri narahat olmasın deyə, elmi və məntiqi bəhsləri bir kənara
qoyub, irəli sürülən ittiham və iftiralara qarşı susmağı da doğru bilmirik. Bunun şiə
aləminə böyük bir zərər verəcəyi qənaətindəyik.
Çünki tarixdə müşahidə olunduğu kimi, biz nə qədər susmağa üstünlük
verərək həqiqətləri dilə gətirməmişiksə, bəzi kəslər də bir o qədər cəsarətlənərək
elm, ədəb, din və mədəniyyəti bir kənara qoymuş, xəyanətkar dil və qələmləri ilə
şiə müsəlmanlarını təhqir etmişlər. Onlarla hər nə qədər dost olduqsa da,
düşüncələrini, şəriətdən kənar davranışlarını bəzi yazarlarının müqəddəslərimizə
qarşı etdikləri küfr, təkfir və iftiralarını görməməzliyə qoyduqsa belə, yenə də
7
onlar zərrə qədər də dəyişmədilər, hətta daha da arsızlaşdılar. Fürsət tapdıqca
hücuma keçərək, xalqa bizləri kafir və müşrik kimi tanıtdırdılar.
Bütün bunlara baxmayaraq, dostluq və nəzakət kölgəsinə sığınıb cavab
verməmək insanın vəzifəsini yerinə yetirməmək mənasındadır. Elə başa
düşülməsin ki, ən müsəlmanlar arasında fitnə yaratmaq istəyirəm. Mən Quran
ayələri, Peyğəmbərin (s) əmrləri və məsum Əhli-beytin (ə) tövsiyələri baxımından
müsəlmanların birlik və bərabərliyini istəyirəm. Çünki İslam ümmətinin səadəti,
əzəməti müsəlmanların birliyindədir. Əlbəttə, sözügedən birliyin reallaşması,
müsəlmanlar arasında dostluq və qardaşlıq münasibətlərinin təmin olunması üçün
hər iki tərəfin buna riayət etməsi lazımdır. Birlik və bərabərlik üçün həqiqətlərə
göz yummaq və anlaşılmamazlıqlara qarşı səssiz dayanmaq, susmaz olmaz; bu cür
görməməzlik bizim əleyhimizə tamamlanır.
Mən, heç şubhəsiz, əhli-sünnət qardaşlar ilə dostluq və səmimiyyət
münasibətlərinin, eləcə də İslam firqələri arasında gözəl əlaqələrin qurulması və
anlayışın hakim olmasını istəyirəm. İslam və müsəlmanların islahı bundadır. Lakin
əhli-sünnət qardaş və alimləri də bu dostluğa inanmalı, birlik və bərabərlik üçün
hərəkət etməlidirlər. Əks təqdirdə, birtərəfli dostluq davamlı və uzun müddətli
olmayacaqdır, bu birtərəfli dostluq riya səbəbiylədir. Hər zaman, xüsusilə də
günümüzdə bəzi həyasız yazarlar, sünni adı altında bir qrup kitab və məqalələr
qələmə almış, inanclarımıza hücum etmiş və insanları bu mövzuda aldatmağa
çalışmışlar. Maraqlısı da budur ki, bütün bu söyüş, xəyanət və iftiralara
baxmayaraq, özlərini haqq sahibi görürlər. Onlara qarşı şiələrdən biri öz haqqlarını
qorumaq məqsədilə cavab verməyə mübarizəyə qalxdıqda isə, ona hücum edərək,
iftira və yalanlarla ləkələməyə çalışırlar. Halbuki söyüş acizlərin işidir! Onlar buna
riayət edərkən, şübhəsiz, biz də susur və xətalarını görməməzliyə vururuq. Əhməd
Əmin, Qasim, Məhəmməd Sabit, Kürd Əli və Musa Cərullah kimi şiə məzhəbinin
müqəddəslərinə hücum edən kəslər Misirdəki «Əl-Əzhər» Universiteti, Dəməşq,
Bağdad və digər yerlərdəki elmi mərkəzlər tərəfindən rədd edilir. Əslində,
yandırılması zəruri olan kitab və məqalələr dərc olunmazsa, biz də böyük bir
8
dostluq şəraitində onlara qardaşlıq əlimizi uzadar, aradan gedən əzəmətimizi
yenidən qazanmaq üçün böyük bir vəhdət əldə edə bilərik.
Lakin həyasız yazarlar və gizli əllər davalı şəkildə özlərini sünni olaraq
tanıtdırır, bu birlik və səmimiyyətin bərpa olunmasına mane olur, öz zəhərli
qələmləriylə müsəlmanların qəlbinə nifaq toxumları səpirlər. Bizə qarşı edilən bu
qədər küfr, təkfir və xəyanətlər müqabilində susmağımız və cavab verməməyimiz
necə tələb oluna bilər?!
İnsanlar arasında təxribat salanların pis bir əməl sahibi olduğunu söyləyənlər
cılız yazarların məqalə və kitablarına baxmayıblarmı? Əgər bir anlıq belə bu
məqalə və kitablara nəzər yetirsələr, bu satılmış qələm sahiblərinin, təxribatçıların,
əslində, kim olduğunu açıq-aydın müşahidə edə bilərlər.
Son zamanlarda yazılan şiə kitablarına baxsanız, yazılanların yalnız
özünümüdafiə xarakterli mövzular olduğunu aydın şəkildə görə bilərsiniz. Heç bir
ağıl sahibi bu qədər iftira və küfrlər qarşısında səssiz qalmağı tövsiyə etməz. Mən
də təbliğ məqamına gəldiyim andan etibarən İslam müqəddəslərini müdafiə etməyə
və düşmənlərin hər növ hücumlarına qarşı mübarizə aparmağa çalışdım. Çünki
xurafat və nəfsani arzularla mübarizənin çox çətin olduğunu bilirəm. Adətlər ilə
aparılan mübarizə düşmənçilik yaradır. Bu səbəbdən böyük hidayətçilər azğın
ümmətləri ifrat və təfritdən qorumağa çalışdıqda, davamlı olaraq cahillərin hücum
və təzyiqlərinə məruz qalmış və müxalif qüvvələrlə qarşılaşmışlar.
Peyğəmbərlərin və dəyərli vəsilərinin həyatları, insanın ağlını heyrətə
gətirəcək düşmənçiliklərlə doludur. Onların düşmənləri hər cür Çirkin
davranışlara, iftiralara əl atmışlar. Biz də peyğəmbərlərin ardıcıllarıyıq. Bu
səbəbdən şiddətli hücumlara məruz qalacağımız əvvəlcədən bəllidir. Hər cür
çətinliklər qarşısında səbir etməliyik ki, tabe olduğumuz ilahi insanlar ilə məşhur
ola bilib, böyük bir savaba nail olaq, inşallah.
Allaha şükrlər olsun ki, indiyə qədər bu yolda böyük fədakarlıqlar göstərdim.
Daxili və xarici düşmənlər mənə qarşı çıxaraq, bir çox iftiralara əl atdılar, töhmət
vurdular, müxtəlif yollarla məni təhdit etdilər. Mən isə, bu hücumlar qarşısında
özümü müdafiə də etmədim. Bu mövzuda səbir etdim, məcbur qaldım, imanım
9
daha da artdı. Davamlı olaraq böyük dini şəxsiyyətlərin tarixini, həyatını göz
önümdə canlandırdım və yeganə hökmün Allahın hökmü olduğunu söylədim.
Dostları ilə paylaş: |